Xəbər lenti

3 iyun, 12:37

Sabahın hava proqnozu açıqlanıb

3 iyun, 12:37

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının finalçıları bəlli oldu

3 iyun, 12:37

Hakaton XXI əsr bacarıqlarının formalaşdığı təhsil platformasıdır – Nilufər Rəhimova

3 iyun, 12:25

Qəbul imtahanlarında fənlər üzrə ən yaxşı nəticə göstərən məktəblər – SİYAHI

3 iyun, 12:16

Qəbul imtahanlarında məzunları yüksək bal toplayan rayonların adları açıqlanıb

3 iyun, 11:55

Qəbul imtahanlarında “4” və “5” qiyməti alanların sayı artıb

3 iyun, 11:46

Qız və oğlan abituriyentlər daha çox hansı ixtisasları seçiblər?

3 iyun, 11:38

BANM-də “SPE PetroBowl” çempionatının seçmə mərhələsi keçirilib

3 iyun, 11:36

I sinfə elektron qəbul prosesi davam edir

3 iyun, 11:29

Məktəblərdə “İnsan hüquqları aylığı” ilə bağlı tədbirlər keçirilir

3 iyun, 11:15

Şuşada səslənən türklüyün, birliyin və gələcəyin harmoniyası

3 iyun, 10:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

3 iyun, 10:39

Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıtı qabaqlayır

3 iyun, 10:32

Ali məktəblərə müsabiqədənkənar qəbul üçün sənəd qəbulu başlayır

3 iyun, 10:11

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

3 iyun, 10:03

“Bacarıqlar məktəbi” layihəsində təlimçi olmaq istəyənlərin NƏZƏRİNƏ!

3 iyun, 10:01

BDU tələbələrinin “Ezop” tamaşası festivalda qalib olub

3 iyun, 09:35

PISA 2025 tədqiqatının əsas mərhələsi yekunlaşdı

3 iyun, 09:27

ADNSU-da “Energynet.LAB” laboratoriyasının açılışı olub

3 iyun, 09:20

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

Pedaqoji yazılar

Daha çox göstər
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı
2 iyun, 20:13

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı hazırlanıb.“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin may sayında hesabatdan çıxarışlara yer verilib.Hesabatda təşkilatın inkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətinin artırılması, hər bir uşağın təhsilə çıxışının təmin olunması və gender bərabərliyinin təşviqi istiqamətində gördüyü işlər əks olunur. Qlobal təhsil tərəfdaşlığının missiyası tərəfdaşlıqları və investisiyaları səfərbər edərək, təhsil sistemlərini transformasiya etməkdir. 2024-cü ildə Qlobal təhsil tərəfdaşlığı tərəfındən 1 milyard ABŞ dollarından çox qrant təsdiqlənib ki, bu da əvvəlki illə müqayisədə 25% artım deməkdir. İnkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı üçün əlavə maliyyə vəsaitləri cəlb etmək Qlobal Təhsil Tərəfdaşlığı tərəfındən idarə olunan bir maliyyələşdirmə mexanizminə malik "Multiplier" adlı proqramının əsas məqsədidir.Qlobal təhsil tərəfdaşlığı qrantları son 4 ildə 253 milyon uşağa fayda verən 4 milyard ABŞ dollarına yaxın əlavə maliyyə resursu yaradıb. Həmçinin 1,9 milyon müəllim təlim keçib, 36000 sinif otağı tikilib və ya təmir olunub. Təhsil sistemlərinin transformasiyası qlobal təhsil tərəfdaşlığının əsas yanaşmasıdır. Bu yanaşma ölkələrin liderliyi ilə prioritet islahatların seçilməsi və bu islahatlara bütün tərəfdaşların resurslarının yönəldilməsini nəzərdə tutur.2024-cü ildə Qana, Banqladeş, Vanuatu kimi ölkələrdə əsas diqqət erkən yaşlarda təhsilin keyfıyyətinin artırılmasına, gender bərabərliyinin təmin olunmasına və əlilliyi olan uşaqların təhsilə cəlb edilməsinə yönəlib. Qlobal təhsil tərəfdaşlığının maliyyə alətləri o cümlədən "Multiplier” və "Girls' Education Accelerator" (Qızların Təhsilini Dəstəkləmə Proqramı) ölkələrə əlavə və səmərəli maliyyə cəlb etməyə imkan verir. Qrantlar nəticə əsaslı maliyyələşdirmə mexanizmləri ilə müşayiət olunur və ölkələrdə təhsil xərclərinin səmərəliliyinin artırılmasına stimul verir.Qlobal təhsil tərəfdaşlığı humanitar təşkilatlarla münaqişə və böhran şəraitində olan ölkələrdə təhsilin davamlılığını təmin etmək üçün əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Ukrayna, Sudan, Cənubi Sudan, Pakistan və digər ölkələrdə məktəblərin bərpası, müəllimlərin təlimi, psixososial dəstək və müvəqqəti təhsil mərkəzlərinin yaradılması kimi tədbirlər həyata keçirilib. Eyni zamanda, qlobal təhsil tərəfdaşlığının qrantlarının əksəriyyəti gender bərabərliyinin təşviqinə və əlilliyi olan uşaqların təhsilə cəlb edilməsinə yönəlib. “Girls' Education Accelerator” proqramı vasitəsilə 15 ölkədə 3,6 milyon qız uşağının təhsilə çıxışını yaxşılaşdıran 225 milyon dollar həcmində maliyyə dəstəyi ayrılıb. Hesabatda qeyd edilir ki, qlobal təhsil tərəfdaşlığının uğurunun əsas səbəblərindən biri də geniş tərəfdaşlıq şəbəkəsidir. Burada hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və donorlar birgə fəaliyyət göstərir. Qlobal təhsil tərəfdaşlığı tərəfındən maliyyələşdirilən 133 milyon dollarlıq qlobal təhsil dəstək fondu olan "Education Out Loud" (Təhsilin Güclü Səsi) vətəndaş cəmiyyətinin təhsil siyasətinin formalaşmasında iştirakını gücləndirir. 2025-ci ildə Qlobal təhsil tərəfdaşlığı yeni maliyyələşdirmə mərhələsinə başlayaraq, "Qlobal təhsil tərəfdaşlığı 2030" adlı strategiyanı hazırlayacaq. Gələcəkdə əsas prioritetlərdən biri daha çox ölkənin, donorun cəlb olunması, innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi və ən həssas qrupların təhsilə çıxışının təmin olunmasıdır.2024-cü il üzrə hesabat göstərir ki, qlobal təhsil tərəfdaşlığının fəaliyyəti nəticəsində milyonlarla uşaq təhsilə çıxış əldə edib. Həmçinin müəllimlərin peşəkarlığı artıb, təhsil infrastrukturu yaxşılaşıb və gender bərabərliyi sahəsində mühüm irəliləyişlər əldə olunub. Qlobal təhsil tərəfdaşlığının əsas məqsedi gələcəkdə də inklüziv, keyfiyyətli və davamlı təhsil sistemlərinin qurulmasına dəstək verməkdir.Mənbə: Global Partnership for Education. (2025). GPE Annual Report 2024. Global Partnership for Education

Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

3 iyun, 10:13
"Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində təlimlər keçirilir

Yüklənir

"Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində təlimlər keçirilir

"Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində təlimlər keçirilir. 3 iyun tarixinə qədər davam edəcək təlimlər SABAH ...

2 iyun, 19:38
Qarabağ Universitetinin klinikası bu tarixdə fəaliyyətə başlayır

Yüklənir

Qarabağ Universitetinin klinikası bu tarixdə fəaliyyətə başlayır

Qarabağ Universitetinin klinikası bu tarixdə fəaliyyətə başlayır. #TəhsilTV #EduAz #QarabağUniversiteti #Klinika #TibbFakültəsi.

2 iyun, 18:30
Nazir: Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq

Yüklənir

Nazir: Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq

Nazir: Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq. #TəhsilTV #EduAz #AliTəhsil #TələbəQəbulu #EminƏmrullayev.

2 iyun, 18:00

Qəzetin PDF arxivi

Daha çox göstər
31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 10:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 10:12

3 may 2025-ci il, №15 (9121)

26 aprel 2025-ci il, №14 (9120)
28 aprel, 10:19

26 aprel 2025-ci il, №14 (9120)

19 aprel 2025-ci il, №13 (9119)
21 aprel, 10:49

19 aprel 2025-ci il, №13 (9119)

12 aprel 2025-ci il, №12 (9118)
14 aprel, 10:11

12 aprel 2025-ci il, №12 (9118)

05 aprel 2025-ci il, №11 (9116)
7 aprel, 10:22

05 aprel 2025-ci il, №11 (9116)

15 mart 2025-ci il, №10 (9116)
17 mart, 10:14

15 mart 2025-ci il, №10 (9116)

08 mart 2025-ci il, №09 (9115)
10 mart, 09:50

08 mart 2025-ci il, №09 (9115)

01 mart 2025-ci il, №08 (9114)
3 mart, 12:09

01 mart 2025-ci il, №08 (9114)

22 fevral 2025-ci il, №07 (9113)
24 fevral, 10:31

22 fevral 2025-ci il, №07 (9113)

15 fevral 2025-ci il, №06 (9112)
17 fevral, 09:41

15 fevral 2025-ci il, №06 (9112)

08 fevral 2025-ci il, №05 (9111)
10 fevral, 09:57

08 fevral 2025-ci il, №05 (9111)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.