Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

 (Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramları barədə fikirlərimi davam etdirəcəyəm.

Dünyaya Baxış (World Vision) beynəlxalq humanitar təşkilatı. Təşkilat 1994-cü ildən Azərbaycanda fəaliyyətə başlamışdır. İlk dövrlərdə onun fəaliyyəti "Ümumdünya Ərzaq Proqramı" çərçivəsində məcburi köçkünlərə ərzaq yardımı layihəsi ilə bağlı olmuşdur. Ərzaq yardımları respublikanın 32 rayonunda məskunlaşmış təqribən 200 min məcburi köçkün uşaqlara paylanmışdır.

Bundan əlavə, Dünyaya Baxış təşkilatının maliyyə dəstəyi ilə ölkədə 30-a yaxın təhsil və tibb müəssisəsi inşa və ya təmir edilmişdir. Buna misal olaraq Bakı, Mingəçevir, Goranboy, Ağcabədi və digər yerlərdə tikilmiş və avadanlıqlarla təmin edilmiş orta məktəb və uşaq bağçaları binalarını göstərmək olar.

2004-2005-ci tədris ilindən başlayaraq Dünyaya Baxış təşkilatı "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar: mövqelər, təcrübələr və siyasət" pilot layihəsini həyata keçirir. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda həyata keçirilən ilk inklüziv təhsil layihəsi olmuşdur. Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların öz həmyaşıdları ilə eyni şəraitdə təhsil almaq hüququnu təmin etməkdir. Layihə çərçivəsində inklüziv təhsilə cəlb olunmuş təhsil işçiləri üçün müxtəlif treninq və seminarlar təşkil edilmiş və dünyada mövcud olan yeni təhsil texnologiyaları Azərbaycanda sınaqdan keçirilmişdir. Hazırda Dünyaya Baxış təşkilatının bu layihəsi çərçivəsində 164 xüsusi qayğıya ehtiyacı olan uşaq inklüziv təhsilə cəlb edilib və təhsilini müvəffəqiyyətlə davam etdirir.

Pilot layihə çərçivəsində 2004-2009-cu illər ərzində 500 nəfər ibtidai sinif müəllimi, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, 20 nəfər məktəb direktoru və digər heyət üçün treninq, mini seminarlar və digər tədbirlər keçirilmişdir. Pilot layihənin icrası zamanı, həmçinin valideynlər, inzibatçılar, universitet müəllimləri, sosial sahədə işləyən mütəxəssislər, psixoloqlar, həkimlər, defektoloq və loqopedlər üçün təlimlər də təşkil edilmişdir.

Layihənin məqsədlərinə uyğun olaraq müəllimlər, valideynlər, uşaqlar, xüsusi təhsil mütəxəssisləri, ali təhsil müəssisələrinin işçiləri, ictimaiyyət və layihəni icra edən mütəxəssislər üçün metodik vəsaitlər hazırlanmış, bir sıra xarici ədəbiyyatlar tərcümə olunaraq çap etdirilmişdir.

"Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və dövlət uşaq müəssisələrində yaşayan uşaqlar" mövzusunda ictimaiyyəti məlumatlandırmaq və onların cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına yardım etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, təşkilatın maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan bir qızın həyatından bəhs edən "Yuxuların çin olduğu yerdə" kitabı nəşr edilmiş və ibtidai siniflər üçün sinifdənxaric oxu materialı kimi məktəblərə paylanmış, həmin kitab haqqında məktəblilər arasında inşa müsabiqəsi keçirilmiş, müxtəlif mövzularda teledebatlar və digər verilişlər hazırlanmış, qısa sosial reklamlar hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir. Belə məlumat kampaniyaları həm ictimaiyyətin, həm də qərar qəbul edənlərin bu problemlərə diqqətini artırmışdır.

Dünyaya Baxış təşkilatı "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı"nın icrasına dəstək layihəsini də həyata keçirir. Burada məqsəd dövlət uşaq müəssisələrində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin olunması üçün müvafiq hüquqi və sosial mühitin yaradılmasına kömək etməkdir. Layihə çərçivəsində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilir:

-De-institutlaşdırma və uşaqların müdafiəsi üzrə qanunvericilik bazasının nəzərdən keçirilməsi və təhlili, Uşaq Müdafiə Sisteminin inkişafına yardım edilməsi.

-Proqram çərçivəsində uşaq və ailələrlə işləyəcək peşəkar sosial işçilərin hazırlanması məqsədilə onların statusu, məsuliyyəti və vəzifələrinin müəyyənləşdirilməsi, potensial sosial işçilərin (müəssisələrin işçi heyəti, uşaq və ailə məsələləri üzrə işləmək istəyənlər) təlim alması üçün kurikulumun işlənməsi.

-Ümumi təhsil müəssisələrində inklüziv təhsil üzrə metodologiyanın işlənilib hazırlanması.

-Dövlət Proqramı barədə məlumatlandırma kampaniyasının aparılması.

Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaradılması layihəsi. Layihənin məqsədi ölkə Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın icrasına yardım göstərməkdir. Dünyaya Baxış təşkilatı "Gənclərin məşğulluq şəbəkəsinin yaradılması" vasitəsilə bu proqramın həyata keçirilməsinə öz dəstəyini göstərmək əzmindədir.

Layihə çərçivəsində Bakının Qaradağ rayonunda yerləşən iki texniki peşə təhsili müəssisəsinin (14 və 16 nömrəli) maddi-texniki bazasının gücləndirilməsinə və standartların təkmilləşdirilməsinə dəstək göstəriləcəkdir. Həmin məktəblərdə tətbiq olunacaq yeni standartlar Qaradağ rayonu Ələt, Sahil, Qobustan və Ümid qəsəbələrində gənclərin məşğulluq imkanlarını nəzərəçarpacaq dərəcədə artıracaq. Layihə çərçivəsində qısamüddətli (2-3 ay) peşə təlimlərinin keçilməsi də nəzərdə tutulmuşdur.

Bu layihə gənclərin texniki peşə təhsilinə geniş cəlb olunması imkanının artırılması, işsizliyin aradan qaldırılması və əmək bazarının tələblərinin ödənilməsi məqsədilə texniki peşə təhsilinin təkmilləşdirilməsini nəzərdə tutur.

Dünyaya Baxış təşkilatı Azərbaycanda fəaliyyət göstərdiyi 16 il ərzində həyata keçirdiyi layihələrə ümumilikdə 80 milyon ABŞ dolları vəsait sərf etmişdir.

ABA/CEELİ təşkilatı. Amerika Hüquqşünaslar Assosiasiyası (American Bar Association - ABA) 1999-cu ildən Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi hüquqi islahatlar prosesinə yardım göstərməklə qanunun aliliyinə xidmət etməkdir. Azərbaycan da daxil olmaqla 40-dan çox ölkədə nümayəndəliyi fəaliyyət göstərən ABA məhkəmə, vəkillik fəaliyyəti, hüquq müdafiəsi, gender məsələləri və hüquqi maarifləndirmə ilə bağlı islahatlar sahəsində dövlət və qeyri-hökumət təşkilatları üçün hüquq təcrübəsi və texniki yardım xidmətləri göstərir.

Hazırda Azərbaycanda ABA hüquq təhsili islahatları, cinayət hüququ, qanunun aliliyi istiqamətlərində fəaliyyət göstərir. ABA-nin nəzdində Hüquqi Yardım Mərkəzi də fəaliyyət göstərir.

Hüquq təhsili islahatları proqramı çərçivəsində ABA dövlət və özəl universitetlərinin hüquq fakültələri ilə sıx əməkdaşlıq edir. Proqramın əsas istiqamətləri hüquq klinikalarının inkişafı, canlı hüquq, məsafədən təhsil, təlim üsulları və proqramlarının təkmilləşdirilməsi, hüquq fakültələri kitabxanalarının zənginləşdirilməsidir.

Canlı Hüquq Proqramı hüquqi təhsil layihələri arasında həyata keçirilən unikal proqramdır. Proqram çərçivəsində hüquqşünas tələbələr qeyri-hüquqşünasları maarifləndirir. Bu o deməkdir ki, Canlı Hüquq Proqramı vasitəsilə, bir tərəfdən, hüquq və beynəlxalq hüquq fakültələri tələbələrinin professional inkişafına şərait yaradılır, digər tərəfdən isə qeyri-hüquqşünasların hüquqi cəhətdən maarifləndirilməsinə istiqamətləndirilmiş fəal vətəndaş mövqeyi təbliğ edilir. Canlı Hüquq Proqramı dünyada 1972-ci ildən həyata keçirilməyə başlanmış və hazırda Amerika, Afrika, Avropa, Asiyanın qırxdan çox ölkəsini əhatə etmişdir.

Azərbaycanda Canlı Hüququ Proqramı Amerika Hüquqşünaslar Assosiasiyasının Hüquqi Təhsil İslahatları Proqramı tərəfindən 2004-2005-ci tədris ilindən başlayaraq həyata keçirilir. Proqramın ilk ilində hüquq və beynəlxalq hüquq fakültəsinin 18 tələbəsi Bakı və Sumqayıtın doqquz məktəbində 150 nəfər səkkizinci sinif şagirdinə Canlı Hüquq dərslərini tədris etməyə başlamışdır.

Proqramın ikinci ilində Canlı Hüquq Proqramının əhatə dairəsi genişlənmişdir. 2005-2006-cı tədris ilində Proqramda hüquq və beynəlxalq hüquq ixtisası üzrə təhsil alan 46 tələbə iştirak etmişdir. Onlar altı və yeddinci sinif şagirdlərinə Canlı Hüquq dərslərini tədris etmişlər. Qeyd olunan tədris ilində proqramda ümumilikdə 18 məktəbin 455 şagirdi iştirak etmişdir. Qeyd olunmalıdır ki, 2005-2006-cı tədris ilində Canlı Hüquq Proqramı onlayn olaraq Gəncə və Mingəçevir məktəblərində də tədris edilməyə başlanmışdır.

Proqram 2006-2007-ci tədris ilində də davam etdirilmiş, üçüncü sinif şagirdləri üçün Canlı Hüquq dərsləri hazırlanmış və Bakı şəhərinin daha 5 məktəbində tədris edilməyə başlanmışdır. Bundan əlavə, tələbələr altı, yeddi və səkkizinci sinif şagirdlərinə Canlı Hüquq dərslərini auditoriya şəraitində, doqquz və onuncu sinif şagirdlərinə isə İnternet vasitəsilə tədris etmişlər. Beləliklə, həmin ildə proqramda hüquq və beynəlxalq hüquq fakültəsinin 45 tələbəsi iştirak etmişdir. Qeyd olunmalıdır ki, həmin tədris ilində Canlı Hüquq Proqramı Azərbaycan və Qafqaz Universitetlərində ayrıca bir proqram kimi fəaliyyət göstərmişdir. Bu tədris ilində proqramda 22 orta məktəb iştirak etmiş (12-si Bakı, 3-ü Sumqayıt, 3-ü Gəncə, 2-si Mingəçevir və 2-si Lənkəran məktəbi olmaqla), 654 şagird Canlı Hüquq dərslərini dinləmiş və məzun olmuşlar.

2007-2008-ci dərs ilində Canlı Hüquq Proqramında 33 məktəb iştirak etmişdir. Onlardan 18-i Bakı, 3-ü Sumqayıt, 5-i Lənkəran, 4-ü Gəncə, 1-i Mingəçevir və 2-si Xaçmaz məktəbləri olmuşdur. Həmin məktəblərin 1295 şagirdi Canlı Hüquq dərslərində iştirak etmiş və məzun olmuşlar. Həmin tədris ilində Proqramın davamlılığının təmin edilməsi məqsədi ilə Bakı şəhəri 177 və 16 nömrəli məktəblər seçilmiş və burada altıncı və yeddinci siniflərdə Canlı Hüquq dərsləri bir məktəb müəllimi və bir tələbə komandası tərəfindən tədris edilmişdir. 177 nömrəli məktəbdən bu prosesə üç, 16 nömrəli məktəbdən isə bir müəllim cəlb olunmuşdur. Təlimçilər üçün təlim başlayandan sonra 63 nömrəli məktəbin bir müəllimi də təlimlərdə iştirak etmişdir. Beləliklə, proqramın ikinci fazasında 3 Bakı məktəbində Canlı Hüquq dərsləri müəllim və tələbə komandaları şəklində tədris edilmişdir.

Canlı Hüquq Proqramı beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir. Məhz bu marağın nəticəsi olaraq Proqramın sonunda ABŞ-ın Azərbaycandakı səfiri Anne Dersi 177 nömrəli məktəbin üçüncü siniflərinin Canlı Hüquq Proqramından məzun olma mərasimində iştirak etmişdir.

Layihə çərçivəsində Canlı Hüquq Onlayn Proqramı da uğurla həyata keçirilmişdir. Belə ki, layihədə 4 regiondan - Lənkəran, Gəncə, Mingəçevir və Xaçmazdan 12 məktəb iştirak etmişdir. Lənkəran şəhər 10 nömrəli məktəbi əlaqələndirici qismində çıxış edərək uğurlu göstəricilər əldə etmişdir.

Aparılan işlərin nəticəsində 2007-2008-ci tədris ilində Canlı Hüquq Proqramının statistik göstəriciləri ötən üç ilin göstəricilərinə bərabər olmuşdur. Belə ki, Proqramda 81 tələbə 6 regionda 33 məktəbin 1295 şagirdinə Canlı Hüquq dərsləri keçmişlər.

2008-2009-cu tədris ilində Canlı Hüquq Məzunlar Birliyi yaradılmışdır. Həmin dərs ilində Canlı Hüquq Proqramı Bakı şəhərinin 177 və 250 nömrəli məktəblərinin üçüncü, altıncı və yeddinci siniflərində davam etdirilmişdir. 177 nömrəli məktəbdən beş, 250 nömrəli məktəbdən bir müəllim layihənin bu hissəsinə cəlb edilmişdir. Eyni zamanda Canlı Hüquq Online Proqramına Zaqatalanın Humanitar Fənlər Gimnaziyası da qoşulmuş və Proqram Gəncə, Mingəçevir şəhərləri, Lənkəran və Zaqatala rayonları olmaqla daha 4 regionu da əhatə etmişdir.

Ümumilikdə 2008-2009-cu tədris ilində 20 hüquq fakültəsi tələbəsi və 6 müəllim Bakı, Gəncə, Mingəçevir, Lənkəran və Zaqatalanın 20 məktəbində 462 şagirdə Canlı Hüquq dərslərini tədris etmişlər. Canlı Hüquq Proqramı 2009-2010-cu tədris ilində davam etdirilir.

Layihə çərçivəsində 2008-ci il avqust ayının 3-8-də Qubada Canlı Hüquq Yay Məktəbi təşkil edilmişdir. Yay məktəbində 30 məktəbli iştirak etmişdir. Məktəbin təşkili hüquqşünas tələbələrin hüquqi biliklərini təkmilləşdirir, onlara hüquqi qaydaları uyğun şəkildə bir qrupda müxtəlif yaşda uşaqlara interaktiv üsullarla tədris etmək bacarıqları aşılanmışdır. Eyni zamanda regionda uşaqları yeni hüquqi anlayışlarla tanış etməklə yanaşı, onları gündəlik həyatda necə tətbiq etməyi də öyrədirdi.

Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı vaxtdan Proqram davamlı olaraq inkişaf etmişdir. Ümumilikdə 2004-2009-cu illərdə Canlı Hüquq Proqramı vasitəsilə 8 universitetin hüquq və beynəlxalq hüquq fakültələrindən 235 tələbə Azərbaycanın 8 regionu üzrə 100 məktəbində həm siniflərdə, həm də İnternet vasitəsilə 3054 şagirdə hüquq dərsləri keçmişlər.

Canlı Hüquq Proqramını davamlı etmək üçün onun universitet və məktəblərin fəaliyyətinin tərkib hissəsinə çevrilməsi layihə qarşısında duran vəzifələrdən idi. Məhz universitetin tərkib hissəsinə çevrilən Canlı Hüquq Proqramı öz sıralarına hər il daha çox hüquq və beynəlxalq hüquq fakültəsi tələbələrini cəlb edərək, Proqramda iştirak edən tələbələrin sayını artırar və bu kurs universitetin tədris proqramına daxil olardı. Daha sonra isə bu proqram seçmə fənn kimi universitetin tədris planına salına bilərdi.

Məktəblərin tərkib hissəsi olaraq isə bu proqram hər il daha çox şagirdin hüquqi cəhətdən maarifləndirilməsinə, müəyyən mərhələdə müəllimlərin də bu prosesə cəlb edilməsinə səbəb olar, nəticədə ictimaiyyətin hüquqi maarifləndirilməsi durmadan inkişaf edər. Məktəblərdə Canlı Hüquq Proqramı fakültativ fənn olaraq reallaşa bilər. Bu fənni tədris edən müəllimlə hüquq fakültəsi tələbəsi birlikdə Canlı Hüquq fənnini tədris edə bilər. Bu isə, öz növbəsində, həmin proqramda istifadə edilən metodların müəllimlər tərəfindən mənimsənilməsinə şərait yaratmış olardı. Bundan əlavə, layihə çərçivəsində Canlı Hüquq Proqramı üzrə dərs vəsaitləri, tədris materiallarının çapı mütəşəkkil hala çevrilərdi.

Gənclərin nailiyyəti (Junior Achievement) təşkilati. Gənclərin nailiyyəti təşkilatı 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir, məktəblərdə iqtisadiyyat və biznes təhsilinin inkişafı ilə bağlı layihələr həyata keçirir. 2003-cü ildən etibarən təşkilat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə məktəblərdə İqtisadiyyatın tədrisi proqramını həyata keçirir.

Proqram iqtisadiyyat fənninin inkişaf etmiş ölkələrdə qəbul edilmiş metodlarla tədrisi, qlobal biznes etikası, biznesin idarəolunması və təşkili, iqtisadi problemlərin həlli yollarının yuxarı sinif şagirdlərinə aşılanması məqsədini daşıyır. Təşkilatın əsas məqsədlərindən biri iqtisadiyyatın tədrisi üçün iş adamlarını təhsil prosesinə cəlb etməkdir. Hazırda Statoil, Exon Mobil, Chevron, Pricewaterhouse Coopers, Baker and McKenzie, McDermott Caspian, Garadagh Cement, KCA Deutag, Bank Nikoil kimi şirkətlər təşkilatın layihələrini maliyyələşdirir və könüllü trenerlər qismində iştirak edirlər.

Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının müraciəti əsasında 2000-2001-ci dərs ilindən etibarən eksperiment qaydasında Bakı şəhərinin 10 ümumtəhsil məktəbinin X siniflərində "İqtisadiyyata giriş" fənninin tədrisinə başlanmışdır. Sonradan bu məktəblərin X və XI siniflərində "İqtisadiyyata giriş" fənninin tədrisi davam etdirilməklə yanaşı, eksperimentlə əhatə olunmuş məktəblərin sayı ilbəil artırılmışdır. Təşkilat bu məktəblərə tədris-metodiki və texniki köməklik göstərmiş, müəllimlər üçün treninqlər keçirmiş, fənnin tədris olunduğu məktəblərdə kompüterlər quraşdırmışdır.

2005-ci ildə Azərbaycan məktəblərində İqtisadiyyatın tədrisi proqramına 14 bölgədən 130 məktəb cəlb olunmuş, 50 məktəbdən 100 müəllim təlimlərdə iştirak etmişdir. Həmçinin məktəblərə 7000 nüsxə "İqtisadiyyat" dərsliyi paylanmışdır. 2006-cı ildə proqram 20 bölgədən 180 məktəbi əhatə etmiş, proqrama yeni 45 orta məktəb və 5 kollec cəlb edilmişdir. Həmin məktəblərdən 100 müəllim üçün təlimlər keçirilmiş, məktəblərə 6000 nüsxə "İqtisadiyyat" dərsliyi paylanmışdır.

Təhsil Nazirliyi tərəfindən aparılan müşahidələr və müzakirələr və eksperimentin 7 illik müsbət təcrübəsi onun əhatə dairəsinin genişləndirilməsinə əsas vermiş, 2007-2008-ci dərs ilində həmin fənnin respublikanın daha 50 təhsil müəssisəsində tədrisinə başlanması qərarlaşdırılmışdır. 2008-2009-cu dərs ilində "İqtisadiyyata giriş" fənninin respublikanın daha 15 təhsil müəssisəsində (Ağdaş rayonu Yuxarı Ləki və Güvə kənd, Ucar rayonu Qaradağlı kənd, Kürdəmir rayonu Karrar, Atakişi, Ərşəli və Çöhranlı kənd, Yevlax rayonu 8 nömrəli, 4 nömrəli şəhər, Səmədabad və Nərimanabad kənd, Goranboy rayonu Borsunlu kənd 1 nömrəli, Eyvazlılar, Cinli-Boluslu və Nadirkənd kənd orta məktəblərinin X siniflərində) tədrisinə başlanılmışdır.

Həmin dərs ilində Gənclərin Nailiyyəti təşkilatı öz fəaliyyətini respublikanın 20 bölgəsinin 175 orta məktəbində və 5 kollecində davam etdirmişdir. Həyata keçirilən proqramlara yeni qoşulmuş 50 orta məktəbin 10-11-ci sinif şagirdləri təşkilat tərəfindən çap olunmuş "İqtisadiyyat" dərslikləri ilə təmin olunmuş, hər bir məktəbə ən azı 1 kompüter verilmişdir.

Təşkilat 2009-cu ildə yüzə yaxın müəllim üçün yay tətili zamanı iqtisadiyyatın tədrisi kursları, 14 müəllim və 660 şagird üçün qlobal biznes etikası kursları təşkil etmiş, 170 şagird təşkilatla əməkdaşlıq edən iş adamlarının təlimatı ilə biznesin idarəolunmasını öyrənmiş, 200 amerikalı və azərbaycanlı şagird İnternet vasitəsilə reklam strategiyalarına yiyələnmişdir.

Gənclərin Nailiyyəti ildən-ilə proqramın əhatə dairəsini genişləndirmiş, hazırda İqtisadiyyat fənninin tədrisi ölkə üzrə 26 rayonun 245 məktəbini, o cümlədən 4 peşə liseyi və 1 kolleci təmsil edən 94500 şagirdi, 360 müəllimi əhatə edir.

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan şagirdləri hər il Hewlett Packard korporasiyasının və Junior Achievement Ümumdünya təşkilatının keçirdiyi beynəlxalq iqtisadiyyat və biznes yarışında böyük uğurlar qazanmışlar. Proqram çərçivəsində ölkəmizin şagirdlərindən ibarət 30 komanda biznes və iqtisadiyyat yarışına qoşulmuş, beş ay ərzində davam edən bu bilik mübarizəsi nəticəsində 21 komandamız yarımfinala, bunlardan biri - Zəngi liseyinin komandası finala vəsiqə qazanmışdır. 2008-ci ilin yayında ABŞ-da keçirilən final mərhələsində Zəngi liseyinin komandası 1000-dən artıq komandanı arxada qoyaraq, III yeri tutmuşdur.

Bundan başqa, Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı 2008-ci ilin may-avqust aylarında orta məktəblərdə İqtisadiyyatın tədrisi proqramı çərçivəsində fərqlənmiş doqquz fəal şagirdə peşə təcrübəsi proqramında iştirak etmək imkanı yaratmışdır. Hər il təşkilatın həyata keçirdiyi layihələrin 20 qalibi əməkdaşlıq edilən şirkətlərdə peşə təcrübəsi keçmək imkanı əldə edirlər. Təcrübə proqramı hər şagirdi qəbul edildiyi şirkətin əməkdaşı olan karyera məsləhətçisi ilə təmin edir. Həmin il Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı Exon Mobil, Statoil Azərbaycan, McDermott Caspian Kontraktors, KCA Deutaq və Bank Nikoil ilə səmərəli əməkdaşlıq qurmuş, bu şirkətlərin təmsilçiləri iyirmi şagirddən doqquzunu müsahibə vasitəsilə peşəkar təcrübə proqramına seçmiş, həmin şagirdlər bir həftədən iki aya qədər bu şirkətlərdə çalışmışlar.

Hazırda "İqtisadiyyata giriş" layihəsi uğurla davam etdirilir. Fənnin tədrisində Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş eksperimental tədris proqramı və Gənclərin Nailiyyəti təşkilatı tərəfindən Azərbaycan və rus dillərində nəşr edilmiş "Tətbiqi iqtisadiyyat" adlı tədris vəsaitindən istifadə edilir.

Gənclərin Nailiyyəti təşkilatı 2008-ci il mart ayının 2-də Məktəbli Biznes Günü tədbirini keçirmişdir. Eyni vaxtda həyata keçirilən üç fəaliyyət növündən - iqtisadiyyata dair milli yarışmanın finalı, məktəblilərin biznes plan təqdimatları və məktəbli məhsullarının yarmarkasından ibarət olan tədbir Məktəblərdə İqtisadiyyatın Tədrisi (SEE) proqramının bir hissəsi kimi həyata keçirilmişdir. 2007-ci ilin oktyabr ayından start götürmüş iqtisadiyyata dair milli yarışma Bakı, Sumqayıt, Bərdə, Gəncə, Yevlax, Mingəçevir və Lənkərandan 36 məktəbdən 58 məktəbli-komandanı cəlb etmişdir. Final mərhələsində səkkiz komanda iştirak etmiş, Bakı şəhərindən olan komanda qalib elan olunmuşdur. Eyni zamanda Bakı, Sumqayıt, Mingəçevir, və Göyçaydan olan finalçılar biznes plan və məhsullarını McDemott, Caspian Kontractors, Statoil Azərbaycan, USAİD, Avroasiya fondu və AİG şirkətinin biznes mütəxəssislərindən ibarət münsiflər heyətinə təqdim etmişlər.

2005-ci ildən məktəblərdə İqtisadiyyatın Tədrisi proqramı JA Worldwide-la əməkdaşlıq şəraitində Qlobal Biznes Etikası (GBE) proqramını həyata keçirir. Proqram Bakı və digər on rayondan 17702 şagirdi və 60 müəllimi əhatə etmişdir. Kurs 12 həftə ərzində konkret situasiyalara əsaslanan proqram əsasında aparılaraq dünyada məktəbliləri bir-biri ilə əlaqələndirir, onlara etik məsələlərlə bağlı debat və müzakirələr aparmaq, biznes etikası məsələlərini araşdırmaq imkanı verir. Proqram çərçivəsində həm müəllimlər, həm də məktəblilər bir sıra təlim sessiyalarında iştirak edirlər. Bu proqramda iştirak edən məktəblilərdən ikisi 2006-cı ildə keçirilən Beynəlxalq Esse Yarışmasının qalibi olmuş və esseləri ilə bağlı təqdimatlar aparmaq üçün Qırğızıstana səfər etmişlər. Şahin Qəhrəmanzadə və Ayaz Əfəndiyev biznesmen olmağı qərara almışdılar, amma özləri etiraf etdikləri kimi "uğurlu biznes təmsilçisinin hansı keyfiyyət və bacarığa malik olmasını bilmirdilər". Hazırda JAA proqramlarını bitirdikdən sonra hər iki şagird Almaniya və Rusiyadan olan tərəfdaşları ilə birlikdə Newstyle adlı web-dizayn biznesi ilə məşğuldurlar. Hər iki məktəbli JAA proqramının onların gələcək biznesmenlər kimi hazırlanmasında böyük rol oynadığını qeyd edir, çünki bu proqram onlara "nəzəri" bilik verməklə yanaşı, bacarıqları təcrübədə tətbiq etmək imkanı vermişdir.

Şagirdlər üçün biznes təlimləri 2005-ci ilin fevral ayında (onlar Junior Achievement Azərbaycan proqramları üçün vəsait toplanması tədbirinin təşkilatçıları seçildikləri vaxtdan) başlamışdı. JAA-nın apardığı Şagirdlərin Məktəbli Şirkətlər yarışmasını və Yay Təcrübəsi Proqramını uğurla başa çatdırdıqdan sonra ABŞ Dövlət departamentinin xətti ilə keçirilən Gələcək Liderlər mübadiləsi (FLEX) proqramının imtahanını müvəffəqiyyətlə verdilər. Geri qayıtdıqdan sonra onların hər ikisi Bakıda biznesləri üçün ofis kirayələyərək tamhüquqlu vergi ödəyiciləri olmağı planlaşdırırlar.

Hər il İqtisadiyyatın tədrisi proqramının ən uğurlu iştirakçıları Gənclərin Nailiyyətinin tərəfdaş şirkətlərində internatura proqramlarında iştirak edirlər. 2007-ci ilin iyul-sentyabr aylarında 13 məktəbli karyera məsləhətçiləri ilə birgə biznes dünyasında hansı imkanların olduğunu ilk mənbədən müşahidə etmək üçün Statoil Azərbaycan, McDemott Caspian Kontractors, Exon Azərbaycan, AİG və KCA Deutag şirkətlərində işləmişlər. Yay təcrübəsi proqramı birhəftəlik və iki aylıq geniş internatura proqramlarından ibarət idi. 2005-ci ildən Məktəblərdə İqtisadiyyatın Tədrisi 23 məktəbliyə yerli və beynəlxalq biznes strukturlarında peşəkar təcrübə qazanmaq imkanı vermişdir. Bu təşəbbüs məktəblilərə karyera məqsədlərini aydınlaşdırmağa və onlara iqtisadiyyat məktəblisindən biznes peşəkarına doğru addım atmağa yardım edir.

Gənclərin Nailiyyəti məzunlarından ibarət Azərbaycan Dövlət Neft Akademiyasının komandası 12-ci illik Hewlett Packard Qlobal Yarışında dünya çempionu olmuşdur. Praqa şəhərində keçirilən yarışma Kanada, Litva, Argentina, Rusiya, Çin və Azərbaycanı təmsil edən ən güclü məktəbli və tələbələrdən ibarət iqtisadiyyat və biznes komandalarını bir araya gətirmişdir. 2003-cü ildən 750 şagirdin bu yarışmada iştirakını dəstəkləmiş, nəticədə Azərbaycanı təmsil edən komandalar iki il ardıcıl olaraq finala çıxmış, 2006-cı ildə Bakı şəhərindən olan məktəbli komandası 30-cu yeri tutmuşdur. Junior Achievement Worldwide və Hewlett-Packard korporasiyası tərəfindən təşkil olunan bu yarışma minlərlə şagirdə hipotetik şirkətləri idarə edərək onları uğura aparmaq məqsədilə biznes liderlər rolunu ifa etmək imkanı verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD). Amerika Birləşmiş Ştatları ölkələrdə daha yaxşı həyat sürməyə, fəlakətlərin nəticələrini aradan qaldırmağa, azad, demokratik şəraitdə yaşamağa can atan insanlara yardım məqsədilə ABŞ-ın federal büdcəsindən maliyyələşən USAİD təşkilatı yaratmışdır. 1961-ci ildə ABŞ Prezidenti Con F.Kennedi Xarici Ölkələrə Yardım Aktını imzalayaraq bu aktı qanuna çevirmiş və icraçı təşkilat kimi USAİD donor agentliyini yaratmışdır. O vaxtdan USAİD fəlakətlərin nəticələrini aradan qaldıran, yoxsulluqdan qurtulan, demokratik islahatlara qatılan ölkələrə köməyini əsirgəməyən donor agentliyi kimi fəaliyyət göstərmişdir. Sonradan bu təşkilat daha çox iqtisadi inkişafla bağlı layihələr həyata keçirməyə başlamışdır. Azərbaycanda bilavasitə USAİD tərəfindən maliyyələşdirilən bir sıra layihələr həyata keçirilir.

Dövlət investisiya siyasəti layihəsi. USAİD Azərbaycan hökumətinin ehtiyaclarını nəzərə alaraq 2005-ci ilin mart ayından İqtisadi İnkişaf Nazirliyi ilə birgə bu layihəni həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində 2006-cı ildə seminar keçirilmiş, həmin seminarda "Dövlət investisiya proqramının hazırlanması və planlaşdırılması" mövzusunda təqdimat edilmişdir.

Layihə çərçivəsində "Dövlət investisiyalarında maraqlı tərəflərin iştirakı"na dair hesabat hazırlanmış və Təhsil Nazirliyinə təqdim edilmişdir. Hesabatın müzakirəsindən sonra USAİD tərəfindən "Dövlət sektorunda investisiyaların təhlili və idarəedilməsi" təlim proqramı hazırlanmış, bu proqramda digər nazirliklərlə yanaşı, Təhsil Nazirliyi də iştirak etmişdir.

Təlim Proqramının məqsədi Azərbaycanda makroiqtisadi və sektor səviyyəsində orta və uzunmüddətli planlaşdırmanın, habelə dövlət investisiya proqramının tərtibi və icrasının təkmilləşdirilməsi, dövlət büdcəsinin proqnozlarla əlaqələndirilməsi, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi proseslərinin keyfiyyətinin yüksəldilməsi və son nəticədə dövlət büdcəsindən bu məqsəd üçün ayrılmış vəsaitlərin səmərəli istifadəsinə yardım göstərməkdən ibarətdir.

Təlim proqramının birinci mərhələsində 6-28 fevral 2006-cı il tarixlərdə rəhbər işçilər üçün təlim kursları keçirilmiş və bu təlimlərdə Təhsil Nazirliyinin 4 nəfər əməkdaşı iştirak etmişdir. İkinci mərhələ 13 mart - 5 aprel 2006-cı il tarixlərdə keçirilmiş, bu təlimlərdə də Təhsil Nazirliyinin əməkdaşları iştirak etmişdir.

Dövlət xərcləri islahatına dəstək layihəsi. Layihə 2008-ci ildən həyata keçirilməyə başlanmışdır. Bu layihə çərçivəsində təhsil sahəsində büdcələrin tərtibi prosesinin və ortamüddətli xərclər çərçivəsinin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyində işçi qrupu yaradılmış, onlarla işləmək üçün əlaqələndirici şəxs təyin edilmişdir. Həmin layihə çərçivəsində Azərbaycanda təhsil sistemi sahəsindəki carı vəziyyət, təklif edilən prioritetlər, islahat tədbirləri haqqında müzakirələri stimullaşdırmaq məqsədilə 2009-cu ilin mart ayında "Azərbaycan təhsil sahəsinin təhlili" üzrə hesabat hazırlanmış və müzakirə edilmişdir.

Layihə çərçivəsində 2009-cu ilin may ayında Azərbaycanda təhsilin ekspertizası üçün xərc-gəlir təhlilinin icmalı, xərclərin səmərəliliyi və faydalılığının təhlilləri, dövlət sektoru üzrə faktiki təhsil layihələrinə dair nümunələri və təhsil sektorunda layihələrin ekspertizasında istifadə edilən metodlardan ibarət "Təhsil sektoru üzrə layihələrin qiymətləndirilməsinə dair təlimat" hazırlanmışdır.

İcma Əlaqələri Proqramı. Proqram 2006-cı ildə həyata keçirilmişdir. Əsas məqsəd proqramın iştrakçıları, ABŞ-dakı ailələr və yerli icmalar arasında əlaqələrin yaradılması və mədəni dəyərlərin mübadiləsi vasitəsilə ictimai diplomatiyanın yayılmasından ibarət olmuşdur.

Eyni zamanda Proqram dövlət və özəl təşkilatların əməkdaşları üçün fərdi qaydada təcrübə, seminar və məşğələlər təşkil etmək, peşəkar təlimlər keçirmək, müasir Amerika biznesi və peşəkar mühitini nümayiş etdirmək, Amerika və Azərbaycan arasında əlaqələr yaratmaq kimi məqsədləri də fəaliyyətində nəzərə almışdır.

Proqram çərçivəsində "Psixoloji travmaların qarşısının alınması və profilaktikası" mövzusunda Amerika Birləşmiş Ştatlarında üçhəftəlik seminar və təlimlərdə iştirak etmək üçün 2006-cı ilin fevral ayında Bakı və Gəncə şəhərləri, Yevlax rayonunda ümumtəhsil məktəb müəllimləri arasında müsabiqə keçirilmişdir. Müsabiqə iştirakçıları arasından 3 nəfər seçilərək 2006-cı il aprelin 19-dan mayın 10-dək ABŞ-da keçirilən seminarda iştirak etmək üçün göndərilmişdir.

2002-2007-ci illərdə USAİD-in maliyyə dəstəyi ilə "World Learning" təşkilatı tərəfindən Azərbaycanda "Nəticələr naminə strateji və texniki dəstək" layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində "Biznesin idarəolunması" və "İctimai idarəetmə" üzrə magistr pilləsində təhsil alan 21 tələbə ABŞ-a təhsil almağa göndərilmişdir.

USAİD təşkilatı bir sıra təlim seminarlarını da maliyyələşdirmişdir. Belə ki, 2006-cı il 4-19 fevral tarixlərində Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və universitetlərin nümayəndələrindən ibarət 10 nəfərlik heyət ABŞ-da Təhsil üzrə Test Xidməti (ETS) təşkilatının təcrübəsini öyrənmişdir. Öyrənilmiş təcrübə ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili prosesində nəzərə alınmışdır.

(Ardı var)

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Samux rayonunun Çobanabdallı kəndindəki uşaq bağçası təmirdən sonra istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov