Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

Avropa çempionunu daha mötəbər turnirlər gözləyir

Bookmark and Share

Fəyyaz İldırımzadə Bakı şəhərindəki 200 nömrəli Bağça-məktəb-lisey kompleksinin X sinfində oxuyur. İdmanın karate növü üzrə 6 yaşından məşqçi Yusif Cəfərovun rəhbərliyi altında "Musado" idman klubunda məşğul olmağa başlayıb.

Nəhayət, gərgin məşqlər öz bəhrəsini verir və çox keçmir ki, Fəyyaz peşəkar idmanda uğurlar əldə etməyə başlayır. O, 2006-cı ildə "Qara kəmər ustası" adına layiq görülür. 2007-ci ildə Sumqayıt şəhərində keçirilən beynəlxalq Şotokan karate-do üzrə üçüncü açıq çempionatda III yeri tutur. 2008-2009-cu illərdə isə gənclər arasında ümumilikdə üçqat ölkə çempionu adını qazanır. Onun üçün 2010-cu il daha əlamətdar olub. Karate ustamız fevralın 5-7-də Türkiyənin İzmir şəhərində keçirilən 37-ci Avropa birinciliyində qızıl medal qazanaraq ən yüksək uğurunu əldə edir.

Qitə birinciliyində çempionluğa gedən yolda dörd rəqibinə qalib gəlmiş idmançımızla bu günlər redaksiyamızda görüşdük. O, yarış təəssüratlarını bizimlə belə bölüşdü: "Mən Avropa birinciliyinə çox ciddi hazırlaşmışdım. Məqsədim  yüksək nəticə əldə etmək idi. İlk rəqibim makedoniyalı karateçi idi. Ona bir xal fərqi ilə qalib gəldim. Sonra Serbiya karateçisi ilə qarşılaşdım. Ən çətin döyüşüm də bu idmançı ilə oldu. Onu 6:4 hesabı ilə üstələdim.  Bu gərgin yarışın finalında fransalı rəqibimə 5:0 hesabı ilə qalib gəldim".

Onu da qeyd edək ki, gənclərdən ibarət yığmanın aparıcı üzvlərindən olan Fəyyaz İldırımzadə bu uğurlarla kifayətlənmək niyyətində deyil. Onun əsas məqsədi gənclər, gələcəkdə isə böyüklər arasında dünya çempionu adını qazanmaqdır. İdmançımızı qarşıda Amerikada keçiriləcək nüfuzlu beynəlxalq turnir, Serbiyada təşkil olunacaq dünya çempionatı və digər yarışlar gözləyir.

"Arzum dünya çempionu olmaqdır", - deyən Fəyyaza doğma Azərbaycanımızın idman şərəfini qorumaq yolunda uğurlar diləyirik!

Ədalət DAŞDƏMİRLİ

 
Nömrənin müdəricatına dön"İdman" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Samux rayonunun Çobanabdallı kəndindəki uşaq bağçası təmirdən sonra istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov