Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Aprel 2010 - 15

 

"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi

Bookmark and Share

 

Aprelin 20-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi.

Müsabiqənin açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Təhsil Nazirliyinin əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər.

İki mərhələdə təşkil edilən tədbirdə respublikamızın ayrı-ayrı rayon və şəhərlərinin, eləcə də Bakının ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinin tabeliyində, ali məktəblərin nəzdində fəaliyyət göstərən lisey və gimnaziyaların, peşə liseyləri və özəl məktəblərin şagirdləri iştirak edir. İlin əvvəlindən başlayan müsabiqəyə həmin məktəblərin minlərlə şagirdi qatılıb və onların ən qabiliyyətliləri təhsil nazirinin "İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə" 9 aprel 2010-cu il tarixli əmrinə əsasən təşkil edilən son turda iştirak etmək hüququ qazanıblar.

Tədbirin keçirildiyi zalda ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş fotostendlər, kitab sərgiləri hazırlanmış, onun müdrik kəlamları yazılmış lövhələr asılmışdı.

Mərasimi açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı və öz istedadları ilə fərqlənərək final mərhələsinə vəsiqə qazanmış məktəbliləri təbrik etdi.

Təhsil naziri ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilmiş inşa müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini və Azərbaycanda həyata keçirilən ən kütləvi tədbir olduğunu qeyd etdi.

Məktəblilərin müsabiqəyə böyük maraq və həvəs göstərmələrini əlamətdar bir hal kimi dəyərləndirən Misir Mərdanov məlumat verdi ki, bu il rayon (şəhər) mərhələsində yarım milyona yaxın yuxarı sinif şagirdi iştirak etmişdir. Ölkənin, demək olar ki, bütün rayon və  şəhərləri təmsil olunmaqla, onlardan 97 nəfəri müsabiqənin yekun mərhələsinə vəsiqə qazanmışdır.

Nazir müsabiqə iştirakçılarının diqqətinə çatdırdı ki, inşa yazmaq üçün 3 saat vaxt verilir. Yazılar bir neçə gün ərzində xüsusi ekspertlər tərəfindən yoxlanılacaq. Hər yazını 3-4 mütəxəssis yoxlayacaq, onların nəticələrinə əsasən ümumi qiymət çıxarılacaq və yekun mərhələsinin qalibləri müəyyənləşdiriləcək.

Müsabiqəyə dahi rəhbərimiz, ümummilli  liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində yekun vurulacağını deyən Misir Mərdanov bu münasibətlə "Gülüstan" sarayında keçiriləcək təntənəli mərasimdə qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim olunacağını qeyd etdi və ən yaxşı işlərin toplu şəklində nəşr ediləcəyini bildirdi. Təhsil naziri çıxışının sonunda hamıya uğurlar arzuladı.

Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan  edildi və məktəblilər "Ulu öndər Heydər Əliyevi düşünərkən..." adlı inşa yazmağa başladılar. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Aprel 2010 - 15
O.Z.Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
A.T.Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində  "Elektron təhsil" Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ilk mərhələsinə yekun vuruldu
 
"Heydər Əliyev və Azərbaycan ekologiyası"
 
Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilib
 
Latviyada təhsil alan xarici tələbələrə dövlət təqaüdü ayrılacaq
 
BDU daha bir çərçivə müqaviləsinə imza atdı
 
Azərbaycan Diplomatik Akademiyası Bakının orta məktəblərində interaktiv seminarlara başladı
 
Bu il Şəmkirdə 3 məktəb yeni binaya köçəcək
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin yekun mərhələsi
 
Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsi ilə bağlı bir sıra görüşlər keçirib
 
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
 
Türkiyənin Okan Universiteti özünü Azərbaycan gənclərinə tanıtdı
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin 50 illik yubileyi qeyd olundu
 
"Təbiət bizim sərvətimizdir" mövzusunda rəsm və fotomüsabiqəsinə yekun vuruldu
 
"İntellekt  Marafonu-2010" final mərhələsinə start verildi
 
"Təhsil müəssisələri və media: qarşılıqlı  münasibətlər" mövzusunda "dəyirmi masa"
 
Tanınmış alim, humanist vətəndaş
 
Uşaq-gənclər şahmat məktəblərinin  fəaliyyəti müzakirə olundu
 
Texniki yaradıcılıq mərkəzləri direktorları ilə müşavirə
 
"Ali təhsildə keyfiyyəti idarəetmə mexanizmi və akkreditasiya" mövzusunda elmi konfrans
 
Xəzər Universitetində seminar
 
Yaradıcı təhsil işçisi, fəal ictimai xadim
 
125 yaşlı Tuğ kənd məktəbi
 
Alimin kitablarının təqdimatı keçirilib
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Alimin yubileyi qeyd edilib
 
Fidan Əliyeva müsabiqənin qalibidir
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya istifadəyə verilib
 
Bir məktəbin üç idmançısı
 
"Ana dili tədrisi metodikasının aktual problemləri"
 
"Milli pedaqogika məktəbi" jurnalının növbəti nömrəsi
 
Avropa çempionunu daha mötəbər turnirlər gözləyir
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Dünya universitetləri: Los-Anceles Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov