Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - 20

 
Dünya universitetləri:

Melburn Universiteti

Bookmark and Share
  Yerləşir: Avstraliya, Viktoriya ştatı, Melburn şəhəri  
Yaranma tarixi: 1853-cü il
Tipi: Dövlət
İşçi heyəti: 6500 nəfər
Tələbələrin sayı: 45800 nəfər
İllik gəlirləri:   1530601000 Avstraliya dolları
İllik xərcləri: 1525329000 Avstraliya dolları
Rəsmi saytı: www.unimelb.edu.au

 

Melburn Universiteti (University of Melbourne) Avstraliyanın Viktoriya ştatında Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşir. Bu ali məktəb Avstraliyanın ikinci, Viktoriya ştatının isə birinci ən qədim universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Melburn Universiteti 100 ən yaxşı ali məktəb arasında Fransa  Politexnik Məktəbi və Sidney Universiteti ilə birgə 36-cı yerdə sıralanıb.

Melburn Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, "Universitetlər 21" beynəlxalq elmi-tədqiqat, Sakit okean regionu universitetləri assosiasiyalarının üzvüdür. Avstraliya ali məktəbləri arasında Melburn Universiteti biznes, pedaqogika,  texnologiya, incəsənət, hüquq və tibb sahələri üzrə liderlik əldə edib.  

Tarixi 

1853-cü ildə dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt təqdim edir və bu təklif qəbul edilir. Universitetdə ilk dərslər 3 professor və 16 tələbənin iştirakı ilə 1855-ci ildə keçilir. Universitet binasının rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin edilir və o, bu vəzifədə ömrünün sonuna qədər, 1880-ci ilədək qalır.

Universitetdə ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər sakinlərinin tələbi nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri açılır. 1881-ci ildə universitetə qızlar qəbul olunmağa başlayır. Sonrakı illər Melburn Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki olaraq müflis olur. 1886-cı ildən 1901-ci ilə qədər universitetin xəzinədarı vəzifəsində çalışmış Frederik Diksonun dələduzluq edərək külli miqdarda vəsaiti mənimsəməsi faktı aşkarlanır və o, yeddi il müddətinə azadlıqdan məhrum edilir. Universitetdə kral komissiyası təşkil olunur, nəticədə yeni maliyyə, tədris, təsərrüfat, təhsil strukturları yaradılır, önəmli islahatlar həyata keçirilir.

I Dünya müharibəsi zamanı universitetdə yenə idarəolunma ilə bağlı problemlər yaranmağa başlayır. 1923-cü ildə rəhbərlik universitet Senatına həvalə olunur. Tələbələr iki Senat üzvü seçmək hüququna malik olur. Həmin dövrdə isə tələbələrin əksəriyyəti varlı ailələrin övladları idi, istedadlı və təqaüd alan tələbələr azlıq təşkil edirdi. Universitetin vitse-kansleri Reymond Pristli ilk olaraq burada maaş tətbiq edir. 1922-ci ildə Melburn Universiteti Mətbuatı yaradılır, bu, Avstraliyada ilk ali məktəb mətbuatı olur.

II Dünya müharibəsindən sonra Avstraliya dövləti Melburn Universitetinə maliyyə yardımlarını artırır, tələbələrin sayı artır və bir sıra təhsil islahatları aparılır. Universitet sürətli inkişaf yoluna qədəm qoyur. 1955-ci ildə Avstraliyada ilk kompüter hazırlanır və Melburn Universitetində quraşdırılır. 1989-cu ildə  Melburn Universiteti AARNET-ə birləşərək İnternetə ilk qoşulan Avstraliya universiteti olur.

2003-cü ildə Melburn Universiteti  təntənəli surətdə 150 illik yubileyini qeyd edib. 2008-ci ildə universitetdə yeni tədris proqramı qəbul olunub. Həmin proqram hazırda Melburn təhsil modeli kimi tanınır. 

Büdcə və təhsil haqqı 

2009-2010-cu tədris ilində Melburn Universitetində təhsil alan avstraliyalı tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq bakalavr pilləsində 17600-47300 Avstraliya dolları (AU$), magistratura və doktorantura pillələrində isə 11300-30650 Avstraliya dolları arasında dəyişir. Əcnəbi tələbələrin təhsil haqqı tələbənin oxuduğu fakültə və proqramdan asılı olaraq bakalavr pilləsində 16000-58700 Avstraliya dolları arasında dəyişir. Əksər fakültələrin qiyməti 29500 Avstraliya dolları təşkil edir. Ən bahalı fakültə tibb elmləri fakültəsidir (58700 dollar). Magistratura və doktorantura pillələrində oxuyan əcnəbi tələbələrin təhsil haqqı isə 21250-44650 Avstraliya dolları arasında dəyişir. 

Melburn Universitetinin təqaüd proqramı Avstraliyanın ən böyük və dolğun proqramlarından biridir. 300-dən çox tələbə (yerli, əcnəbi, aborigen və s.) universitetin ayırdığı təqaüddən bəhrələnir. Təqaüd təhsil haqqını qismən və ya tam  örtə bilər. Təqaüd almaq üçün tələbələrin qarşısında bir sıra şərtlər qoyulur: ailə büdcəsi, savadlılıq, yaradıcılıq, istedadlılıq, davamiyyət. Tələbə bütün meyarlara cavab verərsə, təqaüd ala bilər. Burada tələbələrə verilən təqaüdün məbləği təxminən ildə 5000-20000, 60000 Avstraliya dolları arasında dəyişir. Melburn Universitetində də, digər dünya universitetlərində olduğu kimi, müxtəlif təqaüdlər təklif olunur. Bundan əlavə, Avstraliya hökuməti ayrıca tələbələr üçün təqaüd ayırıb.

2009-cu ildə Melburn Universitetinin illik gəlirləri ümumilikdə 1530601000 Avstraliya dollarına bərabər olub. Həmin məbləğin 676565000 Avstraliya dollarını Avstraliya dövlətinin qrantları, 412354000 Avstraliya dollarını təhsil haqqı və rüsumlar, 83179000 Avstraliya dollarını investisiya gəlirləri, 23069 Avstraliya dollarını məsləhətləşmə və müqavilələr, 6516 Avstraliya dollarını ticarət nişanı və lisenziyalar, qalanlarını isə digər gəlirlər təşkil edib.

Həmin ildə universitetin illik xərcləri isə ümumilikdə 1525329000 Avstraliya dolları olub. Bu vəsaitin 765662000 Avstraliya dollarını işçi heyətin maaş və məvacibləri, 87067000 Avstraliya dollarını qiymətdən düşmə və amortizasiya, 54663000 Avstraliya dollarını investisiya xərcləri, 51190000 Avstraliya dollarını təmir və xidmətlər, qalanlarını isə digər xərclər təşkil edib.  

Universitet bu gün 

Melburn Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəridir. 3,5 milyon əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatı Melburn şəhərini yaşamaq və oxumaq üçün ən təhlükəsiz və rahat yer kimi qiymətləndirib. YUNESKO isə Melburnu "Ədəbiyyat şəhəri" adlandırıb. Əgər siz dinamik şəhər axtarırsınızsa, Melburnda istədiyinizi tapa bilərsiniz.

Melburn Universitetinin əsas kampusu Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşir. Müxtəlif üslublarda inşa edilmiş tikililər, fontanlar, parklar kampusa xüsusi gözəllik bəxş edir. Kampusun binaları ilk vaxtlar qotik və Renessans üslublarda tikilsə də, 1950-ci ildən inşa edilən tikililər modern üslubdadır. Bundan irəli gələrək, hazırda kampusda müxtəlif görünüşlü binalara rast gəlmək olar. Kampusdan Melburn şəhərinin mərkəzi aeroportuna 30 dəqiqəlik məsafə var. Kampus daxilində tələbə və müəllimlərə xidmət göstərən çoxlu sayda avtobus və tramvay mövcuddur.

Melburn Universitetinin Viktoriya ştatında bir neçə kampusu var. Bunlar Burnli, Kresvik, Duki, Uerrib, Soutbank, Şipperton, Houtorn, Viktoriya İncəsənət Kolleci kampuslarıdır. Həmçinin universitetin Avstraliya Funksional Genomika Zavodu, Qoulbern Valli regionunda kənd təsərrüfatı, səhiyyə və təhsil mərkəzləri mövcuddur.

Melburn Universiteti tələbələrin burada qalmaları üçün çoxlu sayda variant təklif edir. Tələbələrin əksəriyyəti kampus daxilindəki yataqxanalarda, bir qismi kampusda onlar üçün ayrılmış xüsusi evlərdə, digər qismi isə şəhərdə universitetə yaxın  yerləşən evlərdə kirayə və ya ailələrdə qalmağa üstünlük verir. Tələbə Yataqxana Xidmətinin köməyi ilə gənclər şəhərdə istədikləri şəraitə uyğun yaşayış yeri tapa bilərlər.

Kampus daxilindəki böyük yataqxanalardan Triniti, Ormond, Kuins, Nyumən,  Müqəddəs Meri, Müqəddəs Hilda, Uitli kollecləri, Cenet Klark, Midli, Beynəlxalq və s. rezidensiyaları qeyd etmək olar. Yataqxanalarda 52 həftəlik qalmağın qiyməti otağın sayından və şəraitdən asılı olaraq 14700-35000 Avstraliya dolları arasında dəyişir. Ailələrdə 40 həftə qalmaq tələbəyə 14800-19200 Avstraliya dollarına başa gəlir. Birillik qidalanmaq, kommunal, telefon, nəqliyyat, şəxsi xərcləri ödəmək üçün isə tələbəyə 500-750 Avstraliya dolları lazımdır.

Melburn Universitetinin nəzdində memarlıq, inşaat və planlaşdırma fakültəsi, Melburn Dizayn Məktəbi; incəsənət fakültəsi, Humanitar və Sosial Elmlər Ali Məktəbi (magistr və doktorantlar üçün) biznes və iqtisadiyyat fakültəsi, Biznes və İqtisadiyyat Ali Məktəbi; Melburn Təhsil (pedaqogika) Ali Məktəbi, Tədris, Ali Təhsil məktəbləri; Melburn Mühəndislik Məktəbi, Mühəndislik Ali Məktəbi; Yer və Ətraf Mühit Elmləri Məktəbi, Yer və Ətraf Mühit Elmləri Ali Məktəbi, Ekoloji Proqramlar Ofisi; Hüquq Məktəbi, hüquq doktorluğu, magistrı fakültələri; tibb, stomatologiya və səhiyyə,  tibb, stomatologiya və səhiyyə sahələri üzrə tədqiqatlar magistraturası; Melburn Tədqiqatlar Ali Məktəbi, Melburnda tədqiqatlar magistraturası; dəqiq elmlər fakültəsi, Melburn Elmlər Ali Məktəbi; baytarlıq elmləri fakültəsi,  baytarlıq elmləri sahəsi üzrə tədqiqatlar magistraturası; VCA və musiqi fakültəsi, Tədqiqatlar Ali Məktəbi, Melburn Biznes Məktəbi, Mt Eliza İdarəedici Təhsil Məktəbi fəaliyyət göstərir. Burada fakültələrdə bakalavrlar, ali məktəblərdə isə magistr və doktorantlar təhsil alır. Universitet 340-dan çox magistr və doktorluq proqramı təklif edir.

Melburn Universitetinin təhsil modeli Avropanın, Asiyanın, Şimali Amerikanın təhsil sisteminin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirən tədris proqramıdır. Bu model üç nəticədən (əmək fəaliyyəti, ali ixtisas, yüksək tədqiqat dərəcələri) birinə gətirən 87 əsas sahə üzrə 6 yeni səviyyədən ibarətdir: incəsənət, biotibb, kommersiya, ətraf mühit, musiqi, elmlər bakalavrı səviyyələri. Böyük təcrübə nəticəsində universitet elmi-tədqiqat layihələrini daha da genişləndirir, yeni-yeni tədris proqramları qəbul edir, doktorluq tədqiqatlarını və akademik mobilliliyi gücləndirir. Melburn Modeli tələbənin şəxsi keyfiyyətlərinin inkişafı, onun magistratura və doktorantura pilləsinə daha da hazırlıqlı olması, gələcəkdə uğurlu karyera əldə etməsi məqsədi ilə işlənilib.

Melburn Universiteti ilə əlaqəli elmi-tədqiqat mərkəzlərindən Piter Doherti İnfeksiya və İmmunitet, Flori Neyroelmlər, Bio21 Molekulyar Tədqiqatlar və Biotexnologiya, Melburn Tətbiqi İqtisadi və Sosial Tədqiqatlar, Viktoriya ştatının Əqli Sağlamlıq Tədqiqatları, Merdok Uşaq Tədqiqatları, Müqəddəs Vinsent  Tibbi Tədqiqatlar,  Makfarleyn Bernet Tibbi Tədqiqatlar və Səhiyyə, Yaşlaşma Milli Elmi-Tədqiqat, Bionik Qulaq, Postkolonial  Elmlər, Piter MakKallem Xərçəng, Uolter və Eliza Tibbi Tədqiqat, Tasmaniya-Asiya-Sakit okean və Tasmaniya, Nossal Qlobal Səhiyyə institutları, Avstraliya Göz Tədqiqatları Mərkəzi, Avstraliya və Yeni Zellandiya Hökumət Məktəbini qeyd etmək olar.

Melburn Universitetinin kitabxanası Avstraliyanın ən zəngin kitabxanalarından biridir. Hər gün  kitabxanaya minlərlə oxucu gəlir. Kitabxanaya 3,5 milyon cild kitab, DVD və fotoslayd, not, xəritə, dövri  və çaplı nəşr, eləcə də 32000 elektron kitab, yüzlərlə verilənlər bazası, 63000 ümumi və xüsusi rəqəmsal jurnal və s. daxildir. Kitabxananın kataloqunda 111000 ingilis dilində kitabının disk yazısı mövcuddur. Bunlar İngiltərə, İrlandiya, Şotlandiya, Uels, Şimali Amerikanın Britaniya müstəmləkəsi olduğu dövrdə çap edilmiş kitablardır. Kitabxana sistemində Memarlıq, Beylye İncəsənət, Braunless Biotibbi, Kimya, Yer Elmləri, Şərqi Resurs Mərkəzi, Giblin İqtisadiyyat və Ticarət, Torpaq və Qida Resursları, Hüquq, Lenton Parr Musiqi, Təsviri və İfaçılıq İncəsənəti, Luiza Hanson-Dayer Musiqi, Riyaziyyat, Fizika, Baytarlıq kitabxanaları fəaliyyət göstərir. Kitabxananın personalı oxuculara müəlliflik hüququ, informasiya və bilik idarəetməsi, informasiya arxitekturası və layihəsi, eləcə də digər məsələlərlə bağlı məsləhətlər verir.

Hazırda Melburn Universitetinin kansleri ixtisasca hüquqşünas olan Aleks Çernov, vitse-kansleri isə Qlin Devisdir. Universitetdə 6500-dən çox əməkdaş çalışır. Onların əksəriyyəti dünya üzrə tanınmış alimlər, Nobel mükafatı laureatları (Mikrobiologiya və immunologiya şöbəsinin əməkdaşı, professor Piter Doerti, iqtisadçılar Ceyms Mirrlis və Klayv Qrencer), Rods təqaüdçüləridir. Melburn Universiteti bütün sahələr üzrə beynəlxalq seminarlarda, konfranslarda iştirak edir və fərqli tədqiqat nümayiş etdirir.

Melburn Universitetində ümumilikdə 45800 tələbə təhsil alır. Onların 11000-dən çoxu dünyanın 120-yə yaxın ölkəsindən olan əcnəbi tələbələrdir. Əcnəbi tələbələrin əksəriyyəti Asiyadan, xüsusilə Çin, Malayziya, Sinqapur və İndoneziyadan olan gənclərdir. 

Melburn Universitetinin Tələbə Təşkilatı burada oxuyan gənclərə geniş xidmətlər təklif edir. Təşkilat hər tələbəyə görə universitet rəhbərliyi qarşısında cavabdehlik daşıyır. 1925-ci ildən universitetdə "Farrago" tələbə qəzeti dərc olunur.

Universitetdə tələbə həyatı çox maraqlı təşkil olunub. Tələbələr müxtəlif laboratoriyalara, institutlara, zavodlara, xəstəxanalara, fermalara və digər müəssisələrə ekskursiyalar təşkil edir, şəhərcikdə keçirilən tədbirlərdə, tamaşalarda, sərgilərdə, seminarlarda, kütləvi mühazirələrdə, idman yarışlarında iştirak edir, özlərinə yeni-yeni dostlar qazanırlar.

Melburn Universiteti ölkə universitetləri arasında təşkil olunan idman yarışlarında çox zaman ölkə çempionu olub. Universitetdə 39-dan çox idman klubu fəaliyyət göstərir. Universitetin kampusunda fitnes və sağlamlıq üzrə Boreper Mərkəzi var. İkimərtəbəli mərkəzdə açıq və örtülü  fitnes zalları, hovuz, masaj və fizioterapiya klinikaları, yoqa və pilates guşələri yerləşir. İdman kompleksində isə stadion, voleybol, basketbol, xokkey, velosiped, qaçış meydançaları, skvoş, kriket zalları, tennis kortları və s. var. Ali məktəbin futbol klubu 1859-cu ildən fəaliyyət göstərir. Universitetin reqbi futbol klubu bu sahə üzrə Avstraliyanın ən güclü komandalarından biridir. "Mugars" qadın reqbi komandası, Kriket Klubu (onları sadəcə "Universit" də adlandırırlar), xokkey, velosiped komandaları da idman yarışlarında böyük nailiyyətlər əldə ediblər.

Melburn Universiteti tələbələrə zəngin və hərtərəfli təhsil verməklə yanaşı, onlara tədqiqatlara və tədrisə sərbəst yanaşmaq, şəxsi fikirlər irəli sürmək imkanı yaradır. Tələbələr universitetin müəllim və tədqiqatçıları ilə əməkdaşlıq əlaqələri quraraq hər hansı bir nəticənin əldə olunmasına birlikdə nail olurlar. Beləliklə, effektli tədris təcrübəsinin əldə olunması və inkişaf etdirilməsində tələbənin də rolu olur. Bununla yanaşı, tədris prosesi zamanı tələbələr başqa universitetlərin tələbələri ilə əlaqələr yaradır, ali təhsil ocağının məktəbdənkənar həyatında, diskussiya və debatlarda fəal işirak edir, universitetin akademik şərtlərinə, xüsusilə müəlliflik hüquqlarına hörmətlə yanaşır və onlara riayət edir. Bir sözlə, Melburn Universiteti gənclərin arzuladıqları təhsili ala biləcəyi ən mükəmməl elm ocaqlarından biridir. 

Universitetin məşhur məzunları 

  Alfred Dikin Avstraliyanın 2-ci Baş naziri  
  Robert Menzies  Avstraliyanın 12-ci Baş naziri  
  Harold Holt Avstraliyanın 17-ci Baş naziri  
  Cim Keyrns Avstraliyanın  Baş nazirinin müavini  
  Kris Maksvell Avstraliya Apelyasiya Məhkəməsinin prezidenti  
  Baron Riçard Kesi Avstraliyanın 16-cı general-qubernatoru  
  İsmayıl Əbdül Rəhman Malayziyanın Baş nazirinin sabiq müavini  
  Kirsti Svord Gusmao  Şimali Timorun birinci xanımı  
  Frank Makfrleyn Burnet tibb üzrə Nobel mükafatı laureatı  
  Con Keryu Ekkles tibb üzrə Nobel mükafatı laureatı  
  Elizabet Blekburn tibb üzrə Nobel mükafatı laureatı  

   

                                                                     Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - 20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov