Bu günlərdə Sumqayıt şəhərindəki "Kimyaçı"
Mədəniyyət Sarayında Azərbaycan və dünya
ədəbiyyatı nümunələrinin təbliğinə, yetişməkdə
olan gənc nəslin kitablara marağının
artırılmasına xidmət edən yarmarka təşkil
olunmuşdu.
Yarmarkada 500-dən artıq ədəbi-bədii, tarixi,
ensiklopedik məlumat xarakterli nəşr nümayiş
olundu. Satış - yarmarkada klassik və müasir
Azərbaycan şair və yazıçılarının əsərləri
təbliğ edildi. 2005-ci ildən fəaliyyət göstərən
"Əli və Nino" kitab evində dünya klassiklərinin
15 min addan artıq əsəri, eləcə də rus
ədəbiyyatı nümunələri də diqqəti cəlb edirdi.
"Azərkimya" İstehsalat Birliyi "Əli və Nino"
Kitab evinin təşkilatçılığı ilə keçirilən kitab
bayramında Sumqayıtın məktəbəqədər təhsil
müəssisələrində tərbiyə alan balacalar üçün son
illərdə müasir poliqrafiya tələbləri
səviyyəsində çap olunmuş yüksək tərtibatlı,
əlvan illüstrasiyalı, yerli və xarici uşaq
ədəbiyyatı nümunələri də maraq doğurdu.
Sifai SƏFƏROVA |