Bakı Dövlət Universitetində (BDU) kimya fakültəsinə qəbul olunan birinci kurs tələbələri ilə fakültənin Tələbə Gənclər Təşkilatının (TGT) onlayn görüşü keçirilib. Görüşdə kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Fakültənin dekan müavinləri- Taleh Qəhrəmanov, Fuad Kərimli görüş iştitakçılarını Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə təbrik edərək, Azərbaycan Ordusunun qazandığı qələbələr haqqında  ətraflı məlumat veriblər. Bildirilib ki, BDU-da fəaliyyət göstərən tələbə təşkilatları tələbələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

 

Görüşdə tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətindən, tələbəlik həyatının maraqlı məqamlarından söz açılıb. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər gördüyü vurğulanıb.

 

Fakültə Tələbə Gənclər Təşkilatının sədr əvəzi Əli Qədirli təşkilatın tarixi, məqsəd və vəzifələri, təşkilatın nəzdində olan klublar haqqında geniş məlumat verib.

 

Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.