Xəbər lenti

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:44

Müəllim sinifdə Müəllim olar

26 avqust, 12:43

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot repetitor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

26 avqust, 11:46

Peşə təhsilini seçənlərin sayı 2 dəfədən çox artıb

26 avqust, 11:40

Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair göstəricilər açıqlanıb

26 avqust, 11:33

"Yenilənən məktəblər": Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbi – FOTOLAR

26 avqust, 11:20

Ötən il kənd məktəblərində təhsil alanların sayı açıqlanıb

26 avqust, 11:18

Əminağa Sadıqov: Süni intellekt və kibertəhlükəsizlik üzrə kadr hazırlığı prioritet olmalıdır

26 avqust, 11:06

“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26 avqust, 11:02

Ulduzlara doğru: Yeniyetmələrimizin elm arenasındakı parlaq uğuru

26 avqust, 10:56

Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

26 avqust, 10:54

Şagirdlərdən 100 faiz uğur – Bir məktəbin iki sinfi ali məktəbə qəbul oldu     

Pedaqoji yazılar

Daha çox göstər
Müəllim təbiətə bağlıdırsa…
26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

Sürətli urbanizasiya, texnologiyanın həyatımıza hakim olması, gündəlik qayğılar insanı öz köklərindən – təbiətdən uzaqlaşdırır. Hətta deyirlər ki, insanla təbiətin münasibəti heç vaxt indiki qədər zəif olmayıb. Halbuki təbiət yalnız yaşadığımız mühit deyil, həm də mədəniyyətimizin, sağlamlığımızın, şəxsiyyətimizin bir hissəsidir.Derbi Universitetinin (Böyük Britaniya) tədqiqatında göstərilir ki, son 220 ildə təbiət insanların həyatından geri çəkilir. "Earth" jurnalında dərc olunan, 1800-2020-ci illəri əhatə edən tədqiqatda qeyd olunur ki, təbiətlə bağlı sözlər “kitablardan yoxa çıxır”. Bu azalma ən çox 1990-cı ildə 60,6 faiz olmaqla qeydə alınıb. Tədqiqatın müəllifi M.Riçardson bildirib ki, burada şəhərləşmə, yaşayış yerlərində vəhşi təbiətin yoxa çıxması, valideynlərin təbiətlə təmas vərdişlərini uşaqlarına ötürməməsi kimi amillər əsas götürülüb.Araşdırma müəllifləri gələcək nəsillərin təbiətdən daha da uzaqlaşacağını, şəhərlərin tikinti meydançasına çevriləcəyini, daşın ağaca qalib gələcəyini proqnozlaşdırırlar.M.Riçardson bildirib ki, “təbiətlə bağın qırılması ətraf mühit böhranının əsas səbəblərindən biri kimi qəbul olunur. Cəmiyyətin təbiətə münasibətini dəyişmək üçün köklü dəyişikliyə ehtiyac var”.Tədqiqatçılar təbiətlə bağlılığın bərpası üçün tələb olunan dəyişikliklərin miqyasının böyüklüyünü vurğulayıblar. Məsələn, bir şəhərdə biomüxtəlifiyi qoruyan yaşıl ərazilərin 30 faiz artırılması əhəmiyyətli irəliləyiş hesab oluna bilər. Əslində isə bu sahədə həqiqi irəliləyiş üçün şəhərlər indikindən 10 dəfə daha çox yaşıl olmalıdır.Araşdırmaya görə, ən effektiv yanaşma uşaqlarda təbiətə marağın erkən yaşdan yaradılmasıdır. Məsələn, “meşə məktəbi” tipli bağçalar buna misaldır.Şeffield şəhərində aparılan araşdırmada müəyyənləşib ki, insanlar orta hesabla gündə cəmi 4 dəqiqə 36 saniyə təbiətdə vaxt keçirirlər. Bu heç olmasa 10 dəfə artırılaraq 40 dəqiqəyə çatdırılmalıdır. Riçardson deyir ki, “Uşaqları təbiətə bağlamaq haqqında danışmaqdansa, onları təbiətdən ayırmamaq üzərində işləmək lazımdır”. Tədqiqatda gələcəklə bağlı ümidverici məqamlar da qeyd olunub. Kitab və mətbuatda təbiətlə bağlı anlayışların son illərdə yenidən artmağa başladığı müşahidə olunur. Bunun ekoloji şüur, yoxsa təbiətə aid yazıların dəb halına çevrildiyi tendensiyası olduğu hələ bilinmir.www.ecoliteracy.org saytı təhsilin bütün səviyyələrində bu problemə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Ekoliterasiya (ing. ecoliteracy) - insanların təbiəti anlamaq, ekosistemlərdəki qarşılıqlı əlaqələri dərk etmək və bu anlayışlara əsaslanaraq dayanıqlı qərarlar qəbul etmək bacarığıdır. Bu savadlılıq təkcə bilik deyil, həm də davranış və dünyagörüşüdür. Burada təhsilin fərqli səviyyələrinə görə müxtəlif yanaşmalar təklif olunur. Məktəbəqədər təhsildə təbiətin müşahidə olunması ilə bağlı oyunlar, torpaqda işləmək, heyvanları izləmək nəzərdə tutulur. İbtidai siniflərdə şagirdlər bitki yetişdirmək, yerli flora və fauna ilə tanışlıq layihələrinə qoşula bilər. Orta məktəb şagirdləri fənlərarası layihələrə (biologiya, coğrafiya, əxlaq), təbiəti müşahidə günlərinə qoşulmalıdır. Ali təhsil səviyyəsində isə tələbələr ekologiya, iqlim dəyişikliyi, təbiət hüququ, dayanıqlı inkişaf üzrə fənləri öyrənməlidirlər. Peşə və ixtisaslara gəlincə isə kənd təsərrüfatı, memarlıq və şəhərsalma, mühəndislik və biznesdə ekoloji inteqrasiyayönlü sahələr üzrə kadr hazırlığı vacibdir.Mütəxəssislər qeyd edir ki, bunun üçün:kurikulumlarda fənlərarası ekoloji mövzulara daha çox yer verilməli;təbiət və yerli ekosistemlərlə əlaqəli praktik dərslər artırılmalı;məktəblər öz ətraf mühitlərinə uyğun "yaşıl məktəb" modelini inkişaf etdirməlidirlər.Saytda diqqət yetirilən digər vacib məqam müəllim hazırlığında ekoloji və təbiət bağlılığı təlimlərinin gücləndirilməsidir. Müəllimlərin təbiətə bağlılığı və ekoloji şüuru yetərincə olmadıqda, onlar bu mövzuları şagirdlərə təsirli şəkildə öyrədə bilməzlər. Təhsilin əsas ötürücüsü olan müəllimlər yalnız bilik daşıyıcısı yox, həm də təbiətə dəyər verməyi aşılayan şəxslər olmalıdırlar. Müəllim hazırlığı və təlimlərdə aşağıdakı istiqamətlərə üstünlük verilə bilər:Ekoloji pedaqogika - təbiət əsaslı öyrənmə metodları;Sahə təlimləri - müəllimlərin real ekosistemlərdə təlim alması;Təbiəti müşahidə texnikaları - quşları, bitkiləri, hava dəyişikliyini tanımaq və öyrətmək bacarığı;Emosional bağın yaradılması - təbiətə qarşı şəxsi məsuliyyət hissini formalaşdırmaq;Risklə işləmək bacarığı - uşaqların təbiətdə təhlükəsiz öyrənməsi üçün lazımi bacarıqlar.Ekoliterasiya mərkəzinin əməkdaşları pedoqoji institut və universitetlər üçün də tövsiyələr hazırlayıblar. Onların fikrincə, pedaqoji proqramlara təbiətə dair komponentlər daxil edilməli, meşə məktəbləri, açıq dərslər və bağçılıq təhsili üzrə modul təklif olunmalıdır. Müəllimlərə ildə azı bir dəfə sahə praktikasında iştirak imkanı verilməlidir.Ekoloji savadı yalnız akademik deyil, emosional və sosial yönləri ilə inkişaf etdirmək vacibdir. Bunun üçün üç müxtəlif istiqamətdə fəaliyyət planı olmalıdır.Emosional yön (təbiətə bağlanmaq)Uşaqların davamlı təbiət təcrübələri (məsələn, həftəlik açıq hava dərsləri) olmalıdır.Uşaqlarda “təəccüb” və “təbiətə heyranlıq” hissləri yaradılmalıdır.Sosial yön (əməkdaşlıq və paylaşım)Şagirdlər birlikdə təbiət layihələri həyata keçirməlidirlər (bağ salmaq, tullantıların çeşidlənməsi və s.).Cəmiyyətlə birlikdə “yaşıl aksiyalara” - ağacəkmə və təmizlik kampaniyalarına qoşulmalıdırlar.Şagirdlər sosial məsuliyyət hissi ilə təbiəti qoruyan fərdlərə yox, onun bir hissəsinə çevrilməlidirlər.Akademik yöndə inteqrasiyaƏdəbiyyat dərslərində təbiət mövzulu mətnlər oxumaq;Rəsm, musiqi, teatrla bağlı dərslərdə təbiət motivlərindən istifadə etmək;Riyaziyyat və statistika dərslərində hava, su, torpaq məlumatları ilə işləmək (məs.: yağış miqdarı, ağac sayı və s.) lazımdır.Təhsil sistemi yalnız məlumat öyrədən deyil, dəyər formalaşdıran mühit olmalıdır. Təbiətlə bağlılıq - gələcəkdə ekoloji dayanıqlığı təmin etmək üçün əsas bacarıqdır.Bu məqsədlə müəllimlərin təlimindən tutmuş məktəb infrastrukturuna, kurikulumdan emosional tərbiyəyə qədər hər səviyyədə dəyişiklik vacibdir.Əgər bu gün uşaqlarda təbiətlə bağlı dəyərlər formalaşdırılmasa, sabah ekologiyanı qorumaq yalnız şüar olaraq qalacaq. İnsan-təbiət əlaqəsini bərpa etmək gələcək nəsillərin rifahı üçün ən strateji investisiyadır. Hər bir valideynin, müəllimin və idarəedənin üzərinə düşən məsuliyyət təbiəti yalnız öyrənmək deyil, onu sevmək və yaşatmaqdır.Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Tələbə adını qazandığını ofisiant işlədiyi toyda öyrənən Kərəmcan Kərimli

Yüklənir

Tələbə adını qazandığını ofisiant işlədiyi toyda öyrənən Kərəmcan Kərimli

Tələbə adını qazandığını ofisiant işlədiyi toyda öyrənən Kərəmcan Kərimli.

25 avqust, 18:14

Populyar xəbərlər

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı
30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

“2022-ci ildən keçirilən sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2025-ci ildə keçirilmiş sertifikatlaşdırılma imtahanında 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimi iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib:“Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Qəzetin PDF arxivi

Daha çox göstər
23 avqust 2025-ci il, №31 (9137)
25 avqust, 10:58

23 avqust 2025-ci il, №31 (9137)

16 avqust 2025-ci il, №30 (9136)
18 avqust, 09:39

16 avqust 2025-ci il, №30 (9136)

10 avqust 2025-ci il, №29 (9135)
11 avqust, 10:04

10 avqust 2025-ci il, №29 (9135)

2 avqust 2025-ci il, №28 (9134)
4 avqust, 10:08

2 avqust 2025-ci il, №28 (9134)

26 iyul 2025-ci il, №27 (9133)
28 iyul, 10:12

26 iyul 2025-ci il, №27 (9133)

19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

21 iyun 2025-ci il, №22 (9128)
21 iyun, 09:43

21 iyun 2025-ci il, №22 (9128)

15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.