
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) VI Məclisinin iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda təşkilatın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və aktual məsələlər müzakirə olunub, Məclis üzvləri arasında fikir mübadiləsi aparılıb. Məclisin gündəliyinə əsasən, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayına, eləcə də AHİK-in Məclis və İcraiyyə Komitəsinə nümayəndələrin seçilməsi məsələləri müzakirə edilib.
İclasda eyni zamanda ETİHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişikliklər edilib. İşdən azad olunan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı təşkilatlarının sədrləri Məclis üzvlüyündən çıxarılıb, onların yerinə yeni nümayəndələr seçilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər