Bütün xəbərlər
8 oktyabr, 17:25

“Layihənin əsas hədəf qrupu şəhər və rayon mərkəzlərindən kənarda yerləşən ərazilər olsa da, hazırda əhalinin sıxlığı nəzərə alınaraq fəaliyyət şəhər və rayon mərkəzlərini də əhatə edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin meneceri Orxan Cəfərov Təhsil TV-nin “Təhsil saatı” verilişində qonaq olarkən səsləndirib.

O bildirib ki, artıq bu istiqamətdə həmin ərazilərdə də icma əsaslı məktəbəqədər təhsil mərkəzləri fəaliyyət göstərməyə başlayıb: 

“Hazırda bu mərkəzlərin təxminən 75-80 faizi şəhər və rayon mərkəzlərindən kənarda yerləşir, qalan hissə isə şəhər və rayon mərkəzlərində fəaliyyət göstərir”.

Orxan Cəfərov qeyd edib ki, artıq şəhər ərazilərində də insanlar icmalara maraq göstərirlər. Onun sözlərinə görə, hazırda uşaq bağçalarının yerləşməsi bir qədər qeyri-bərabərdir:
“Məsələn, şəhərətrafı ərazilərdə də əhali sayı çoxdur, lakin bağçaların çoxu şəhər mərkəzlərindədir. Bu da valideynlər üçün uşaqları gətirib-aparmaq baxımından müəyyən narahatlıqlar yaradır. Məhz buna görə də biz şəhər və rayonətrafı ərazilərdə icmaların fəaliyyətini genişləndirdikcə bu təşəbbüsə maraq da artır”.
O əlavə edib ki, icmaların uğurlu fəaliyyəti və müsbət nəticələri də marağın artmasına səbəb olur:

“Valideynlər görürlər ki, uşaqların icma əsaslı məktəbəqədər təhsildə iştirak etməsi onların inkişafına, xüsusən də sosiallaşmasına böyük təsir göstərir. İcmalarda 8 ay və ya bir tədris ili ərzində iştirak edən uşaqlarda erkən təhsil vərdişlərinin formalaşması açıq şəkildə müşahidə olunur”.

Şərhlər

Xəbər lenti

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

Qarabağ Universitetinin “Enactus” komandası “dünyanı dəyişən gənclər” sırasında – Tələbələrin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

9 oktyabr, 13:40

Naxçıvanda  25 icma əsaslı məktəbəqədər qrup yaradılıb

9 oktyabr, 13:25

Süni intellekt dövründə təhsil: gələcəyə necə hazırlaşmalıyıq?

9 oktyabr, 13:07

“Səsimi dostum kəşf etdi” – Retro mahnıların vurğunu

9 oktyabr, 12:49

3 yaşadək uşaqlar hansı halda icma qruplarına qəbul oluna bilərlər?

9 oktyabr, 12:22

11 tələbəmiz Türkiyədə təqaüdlə təhsil alacaq

9 oktyabr, 12:00

MDU-da startapçı tələbələrlə görüş keçirilib

9 oktyabr, 11:54

ADNSU-da Elm və Davamlılıq Konfransı keçiriləcək

9 oktyabr, 10:55

Xalq artistinə "NDU-nun Fəxri professoru" diplomu verilib

9 oktyabr, 10:48

ADNSU tələbələri Beynəlxalq Astronavtika Konqresində ölkəmizi uğurla təmsil ediblər

9 oktyabr, 10:40

“Bu layihə qadınlara iş yeri, uşaqlara təhsil verir” – MÜSAHİBƏ

9 oktyabr, 10:37

MDU və Səmərqənd Dövlət Universiteti əməkdaşlıq istiqamətlərini müzakirə edib

9 oktyabr, 10:31

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.