Xəbər lenti

24 iyul, 10:17

Qorxularınızı övladınıza ötürməyin! - Elmi sübutlar 

24 iyul, 10:05

Xaricdə təhsil alan 171 nəfərə akademik şəhadətnamə verilib

24 iyul, 09:48

Təhsil tələbə kreditləri üçün müraciətlərin qəbulu başlayıb

24 iyul, 09:45

ADNSU-da təhsilalan və təhsilverənlərin ehtiyaclarının öyrənilməsi məqsədilə görüş keçirilib

24 iyul, 09:42

AzTU Kitabxana İnformasiya Mərkəzi ilkə imza atıb

24 iyul, 09:39

Emin Əmrullayev Çinin ölkəmizdəki səfiri ilə görüşüb

24 iyul, 09:38

Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatında yarımfinala yüksəlib

24 iyul, 09:36

“Müasir metodist” layihəsi çərçivəsində müsahibələrə start verilib

23 iyul, 19:24

Təhsil proqramları mərhələli şəkildə təsdiqlənəcək

23 iyul, 17:10

Dual təhsil həyatını dəyişdi – Manikürçü idi, indi bölmə şefidir

23 iyul, 16:22

Məktəbəhazırlıq yeni ünvanlarda: Beynəlxalq təcrübə Azərbaycana gətirilir

23 iyul, 16:19

İkili diplom proqramları təhsilimizə nə vəd edir...

23 iyul, 15:34

Sabahdan magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 12:22

Musiqi sənəti üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

Pedaqoji yazılar

Daha çox göstər
Qorxularınızı övladınıza ötürməyin! - Elmi sübutlar
24 iyul, 10:17

Qorxularınızı övladınıza ötürməyin! - Elmi sübutlar 

Uşağın fiziki, emosional və sosial inkişafında valideynin rolunun effektivliyini müəyyən edən əsas amillərdən biri də valideynin psixi sağlamlığıdır. Sağlam düşüncə tərzi, emosional sabitlik və stresə qarşı dayanıqlılıq valideynin uşağı ilə münasibətinə, tərbiyə metodlarına və ailədəki mühitə birbaşa təsir edir.Araşdırmalar göstərir ki, valideynlərin, xüsusilə anaların psixi sağlamlığı uşağın emosional və davranış inkişafı ilə sıx bağlıdır. ABŞ-də bu istiqamətdə aparılan tədqiqatlara görə, depressiyadan əziyyət çəkən anaların övladları məktəbəqədər yaşlarında daha çox davranış problemləri və diqqət pozuntuları ilə üzləşirlər. Tədqiqatçılar qeyd edirlər ki, valideynin emosional sabitliyi uşağa özünü təhlükəsiz hiss etdirir və bu, sağlam psixososial inkişaf üçün əsasdır. Valideynin ruhi vəziyyəti onun tərbiyə stilinə birbaşa təsir edir. Məsələn, depressiv valideynlər daha çox avtoritar və ya laqeyd tərbiyə üsuluna meyilli olurlar. Bu da uşağın özünü ifadə etməsində, qərar vermək bacarıqlarında və sosial adaptasiyasında problemlərə yol açır. Əksinə, psixoloji cəhətdən sağlam və emosional olaraq balanslı valideynlər daha çox demokratik, yönləndirici və dəstəkləyici tərbiyə metodlarından istifadə edirlər.Kanada Psixologiya Assosiasiyası valideynin emosional tənzimləmə bacarığının uşaq üçün model olduğunu bildirir. Yəni valideyn öz stresini necə idarə edirsə, uşaq da bu davranışı mənimsəyir.Valideynin psixi sağlamlığında pozuntular olan hallarda uşaqda bu nəticələr müşahidə oluna bilər:Artan qorxu və narahatlıq halları;Aqressiv və ya utancaq davranış;Uyğunlaşmaqda və təhsildə çətinliklər;Özünü qiymətləndirmədə zəiflik.İngiltərədə aparılan 10 illik tədqiqatda valideynin psixi sağlamlığının uşağın 14 yaşına qədər emosional və davranış inkişafına təsiri sübut edilib.Mütəxəssislər valideynin psixi sağlamlığını qorumaq üçün aşağıdakı müdaxilələri tövsiyə edirlər:1. Psixososial dəstək: psixoloq və ya psixoterapevtlə müntəzəm görüşlər;2. Valideynyönlü təlimlər: emosional tənzimləmə, münaqişə həlləri və stresin idarə olunması üzrə kurslar;3. Sosial şəbəkə dəstəyi: ailə, dostlar və icma dəstəyi valideynin özünü yalnız hiss etməməsinə kömək edir.Avstraliyada fəaliyyət göstərən Emerging Minds təşkilatının 2023-cü il hesabatında qeyd olunur ki, valideynin psixi sağlamlığını dəstəkləyən proqramlar təkcə valideynin deyil, uşağın da rifah səviyyəsini yüksəldir.Valideynin narahat halı uşaqlara böyük təsir göstərir. Uşaqlar qeyri-müəyyən vəziyyətləri necə dəyərləndirməli olduqlarını valideynlərinin davranışlarından öyrənirlər; əgər valideyn daim narahat və təşvişlidirsə, uşaq bir çox vəziyyətləri təhlükəli hesab etməyə başlayır. Araşdırmalar göstərir ki, narahat valideynlərin övladları da narahatlıq əlamətləri göstərməyə meyillidirlər. Bu həm genetik risk faktorlarının, həm də öyrənilmiş davranışların nəticəsi ola bilər. Narahatlıqlardan uzaqlaşmaq üçün nəfəs texnikası faydalı ola bilər.Mütəxəssislərin tövsiyəsinə görə, narahatlığı artıran vəziyyətlərə diqqət yetirilməlidir. Bəzən narahatlıq qaçılmaz olsa da, onun üzərində çox düşünmək vəziyyəti ağırlaşdıra bilər. Məsələn, xəbər oxumaq və ya sosial mediada çox vaxt keçirmək sizi narahat edirsə, belə hallardan uzaq durmaq üçün sərhədlər müəyyənləşdirmək faydalı olar.Tətbiq etdiyiniz texnikalarla narahatlığınız keçmirsə, psixoloqa müraciət etmək məntiqlidir. Mütəxəssis fərdi ehtiyaclara uyğun stresslə mübarizə metodlarını öyrədə bilər.Stressin idarə olunmasına təsir göstərən öyrəndiyiniz strategiya bacarıqlarını övladınıza da aşılayın. Məsələn, stress zamanı məntiqi düşünmə üzərində işləyirsinizsə, bunu övladınızla birgə məşq edə bilərsiniz. Onun qarşısında hətta narahatlıqla mübarizə apardığınız anda belə sakit və neytral davranmağa çalışın. ABŞ-də yerləşən “Child Mind Institute”un klinik psixoloqu Jamie M. Hovard deyir ki, “üz ifadənizə, seçdiyiniz sözlərə və emosiyalarınızın gücünə diqqət yetirin, çünki uşaqlar sizi izləyir. Onlar kiçik süngər kimidirlər, hər şeyi özlərinə hopdururlar”.Övladınız “sizin narahat anınızı görməməlidir” deyən mütəxəssislər heç də “daim hisslərinizi boğmağı” təklif etmirlər. Əslində, uşaqların bəzən valideynlərinin stressin öhdəsindən necə gəldiyini görməsi olduqca faydalıdır. Sadəcə, situasiyalara verdiyiniz reaksiyanı onlara izah etməlisiniz.Məsələn, uşağı məktəbə vaxtında çatdırmamaqla bağlı narahatlığınız var. Axşam onunla söhbətdə belə deyin: “Səhər məktəbə gecikdiyin üçün narahat idim və bu narahatlığı qışqıraraq ifadə etdim. Amma narahatlığı idarə etməyin başqa yolları da var. Bəlkə hər səhər evdən bir az daha erkən çıxaq?”Mütəxəssislərin fikrincə, bu cür danışıq uşaqlara stressi hiss və idarə etməyi öyrədir: “Əgər uşaqlarımızın bizi heç vaxt kədərli, əsəbi və ya narahat görməməsinə çalışsaq, onlara bu hissləri idarə etməyin mümkün olmadığını öyrətmiş olarıq”.Mütəxəssislər qeyd edir ki, sizi narahat edən konkret vəziyyətlər üçün qabaqcadan plan qurmaq vacibdir. Məsələn, övladınızın gec yatması sizi narahat edirsə, onunla danışaraq axşam rutinini dəyişə bilərsiniz. Ya da onu məktəbə aparmaq sizi çox narahat edirsə, bu işi müvəqqəti olaraq digər valideynə və ya etibarlı birinə həvalə edə bilərsiniz.Amerikalı psixoloq və blogger D.Veyt belə deyir: “Panikaya düşəndə istifadə etdiyim işlərdən ibarət siyahıma gəzmək, çay içmək, vanna qəbul etmək və ya sadəcə çölə çıxmaq daxildir. Mənim üçün əsas odur ki, narahatlıq keçəcək və bu keçənə qədər sadəcə dözmək lazımdır”.Öz psixi sağlamlığınız uğrunda mübarizə apararkən valideynlik etmək çətin ola bilər, amma unutmaq lazım deyil ki, onlayn bloqlar, forumlar və sosial media platformaları ilə yanaşı, psixoloq, həyat yoldaşı, dost və ya digər yaxınlardan da dəstək almaq çox vacibdir.Mənbə: “Azərbaycan məktəbi” jurnalı

"Süni intellekt dövründə bacarıqların inkişafına sərmayə vacibdir"

Yüklənir

"Süni intellekt dövründə bacarıqların inkişafına sərmayə vacibdir"

"Süni intellekt dövründə bacarıqların inkişafına sərmayə vacibdir". “Linkedln” platformasının nümayəndəsi Elm və Ali Təhsil üzrə ...

22 iyul, 17:29
Milli mətbuatın yubileyi ilə bağlı tədbir

Yüklənir

Milli mətbuatın yubileyi ilə bağlı tədbir

Milli mətbuatın yubileyi ilə bağlı tədbir. Peşə təhsili və insan kapitalı” jurnalının təşkilatçılığı ilə “Azərbaycan Milli Mətbuatının 150 ...

22 iyul, 16:05
Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

Yüklənir

Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili. #TəhsilTV #EduAz #YayTətili #İstirahətMərkəzləri ...

22 iyul, 13:39
Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə bütün qələm sahiblərini təbrik edirik!

Yüklənir

Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə bütün qələm sahiblərini təbrik edirik!

Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə bütün qələm sahiblərini təbrik edirik! Sözün gücünə inanan, gerçəyi axtaran, ...

22 iyul, 11:13

Populyar xəbərlər

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.

Qəzetin PDF arxivi

Daha çox göstər
19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

21 iyun 2025-ci il, №22 (9128)
21 iyun, 09:43

21 iyun 2025-ci il, №22 (9128)

15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 10:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 10:12

3 may 2025-ci il, №15 (9121)

26 aprel 2025-ci il, №14 (9120)
28 aprel, 10:19

26 aprel 2025-ci il, №14 (9120)

19 aprel 2025-ci il, №13 (9119)
21 aprel, 10:49

19 aprel 2025-ci il, №13 (9119)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.