Redaktorun seçimi

Gəncədə peşə təlimləri: Böyük Qayıdışın kiçik başlanğıcları
.jpeg)
Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

MİQ üzrə vakansiya seçimi başlayır

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur
Pedaqoji yazılar

Uşağa darıxmaq fürsəti verin…

Qorxularınızı övladınıza ötürməyin! - Elmi sübutlar

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri
Yay tətilində uşaqların vaxtının səmərəli və faydalı keçməsinə kömək edən vasitələrdən biri də animasiya filmləridir. Animasiyalar yalnız əyləncə vasitəsi deyil, həm də təhsil, sosiallaşma və emosional inkişaf baxımından əvəzsiz qaynaqdır.Bu janr vasitəsilə mürəkkəb elmi, tarixi və sosial mövzular uşaqlara daha asan və anlaşılan şəkildə izah olunur. Məsələn, ekoloji mövzular, sağlam həyat tərzi, insan hüquqları və ya mədəni müxtəliflik kimi məsələlər rəngarəng obrazlar və hadisələr vasitəsilə təqdim edilir. Bu da uşaqların təhsilə marağını artırır və öyrənmə prosesini daha səmərəli edir.Animasiyalarda dostluq, dürüstlük, əməkdaşlıq, məsuliyyət, cəsurluq kimi dəyərlər vurğulanır. Bu mesajlar uşaqların və yeniyetmələrin sosial bacarıqlarının inkişafında, düzgün davranış modellərinin formalaşmasında mühüm rol oynayır. Məsələn, ədalətsizliklə mübarizə, fərqliliklərə hörmət və digər insanların hisslərinə empatiya kimi vacib mövzular animasiyalar vasitəsilə daha asan təbliğ olunur.Animasiyalar uşaqlara öz duyğularını tanımaq və ifadə etmək üçün də geniş imkanlar yaradır. Xarakterlərin yaşadıqları problemlər, qorxu, sevinc və kədər kimi hisslərin təsviri tamaşaçıların emosional zəka və empatiya bacarıqlarının formalaşmasına, stresslə mübarizəsinə və emosiyalarını tənzimləməsinə kömək edir.2025-ci ili kino tənqidçiləri “Animasiya İli” kimi qiymətləndiriblər. Bunun səbəbi ilin ilk altı ayı ərzində müxtəlif platformalarda onlarla uğurlu cizgi filminin təqdim olunmasıdır. “Azərbaycan məktəbi” uşaqlar və yeniyetmələrə maraqlı olacaq həmin animasiyalardan bir neçəsi haqqında məlumatı təqdim edir.K-pop – “İblis ovçuları”Orijinal layihələri ilə fərqlənən Netflix-in Sony Pictures Animation ilə birgə çəkdiyi filmin rejissorları Meggi Kang və Kris Appelhansdır. Cənubi Koreyaya məxsus mədəni müxtəliflik, dərin emosional hekayələr, klassik əyləncə elementləri ilə zəngin animasiya Netflix‑də 23 gündə 106 milyon dəfə baxılıb. Animasiyanın musiqisi (soundtrack) dünya musiqi çartlarında böyük uğur qazanıb.“Ulduz işığında itənlər”Cənubi Koreyanın ilk animasiyası olaraq, bu film 2025‑ci ilin mayında Netflix‑də yayımlanıb. Burada Mars və Yer arasındakı münasibətlər elmi-fantastik hekayə kimi təsvir olunub.“Elio”Pixar‑ın çəkdiyi film 11 yaşlı Elio Solis adlı oğlanın hekayəsidir. O, valideynlərini itirdikdən sonra hərbi hava qüvvələrində xidmət edən qohumunun himayəsində böyüyür. Kiçik yaşlarından kosmosa böyük maraq duyan Elio başına gələn kədərli əhvalatlardan sonra bir gecə yadplanetlilər tərəfindən planetlərarası təşkilata “Yer planetinin səfiri” seçilir. Onun bu işi necə bacardığını öyrənmək üçün filmə baxmaq lazımdır.“Zootopia-2”Filmin birinci hissəsinin uğurundan sonra güclü sosial mesajlarla dolu ikinci film böyük maraqla qarşılanıb.“Zootopia-2" həm böyüklərə, həm də uşaqlara düşündürücü mesajlar təqdim edir. Film cəmiyyətdə müxtəliflik, ədalət və birgəyaşayış kimi mövzulara toxunmaqla böyük marağa səbəb olub.“Pis oğlanlar-2”Komediya və macəra elementlərini birləşdirən “Bad Guys” seriyasının ikinci hissəsi də çox müsbət reaksiya alıb. İlk filmdə olduğu kimi, burada da fərqli heyvan obrazları ilə cinayət və əyləncə mövzuları yumoristik şəkildə təqdim edilir. Bu dəfə qəhrəmanlar “yaxşı oğlan” olmağa çalışsalar da, hadisələr onları yenidən çətin və gülməli situasiyalara salır.“İt adam”Dav Pilkeyin məşhur uşaq qrafiki roman seriyasının əsasında DreamWorks Animation və Universal Pictures-in çəkdiyi film macəra janrındadır.Süjetə görə bir inspektor və onun sadiq iti Qreq qəza keçirir. Əməliyyat zamanı həkim onların bədənlərini birləşdirir. İnspektorun bədəninə itin başını yapışdıraraq “İt adam” adlı yarıinsan, yarıit qəhrəmanı yaradır.“Diş pərisinin nağılı”Animasiya həm vizual baxımdan, həm də hekayə olaraq emosional dərinliyə malik fantaziya macərasıdır. Uşaqlar üçün uyğun olan film həm fərqli mədəniyyətlər arasında körpü qurur, həm də komanda ruhunu, özünü tanıma və ənənələrə yeni yanaşmanın vacibliyini vurğulayır. Ailə üzvlərinin birlikdə baxması üçün əyləncəli və düşündürücü bir filmdir.“Yerin partladığı gün”“Looney Tunes”in modern 3D animasiya ilə təqdim etdiyi film kosmos və yerin xilası ilə bağlıdır.“Təhlükəli dənizin quldurları”Bu film uşaqlar və ailələr üçün əyləncəli, macəra janrında çəkilən və maraqlı mövzusu ilə diqqət çəkən animasiyadır. Rəngarəng personajları, fantastik tərtibatı və dostluq motivləri ilə yadda qalan film tamaşaçı auditoriyasına ötürdüyü dəyərlər vasitəsi ilə seçilir. Film uşaqlar üçün cəsarət və komanda ruhu mövzusunda ilhamverici nümunə sayılır.“Təbiət robotu”Piter Braunun əsəri əsasında çəkilən film texnologiya ilə təbiət arasındakı ziddiyyəti insanlaşmış bir robotun gözü ilə təqdim edir. Baş qəhrəman olan Roz adlı robot vəhşi təbiətdə təkbaşına sağ qalmağa və balaca bir qaz balasına analıq etməyə çalışır. O, qaz balasına təkcə şəfqət göstərmir, həm də ona həyatı öyrətməyə çalışır.“Plankton”2025-ci ilin gözlənilən animasiyalarından biri olan “Plankton” məşhur “Sünger Bob kvadrat şalvar” (SpongeBob SquarePants) animasiyasının sevilməyən, lakin kulta çevrilmiş personajlarından biri Planktona həsr olunan ilk tammetrajlı filmdir. Nickelodeon və Paramount Pictures-in istehsalı olan bu film klassik cizgi serialının pərəstişkarları üçün həm nostalji, həm də yeni təcrübə təqdim edir.“Axın”Bu sözsüz macəra animasiyası tarixdə 2025‑ci ilin “Oskar” qalibi kimi qalacaq. O həm də Latviya kinematoqrafiyası tarixində “Oskar”a layiq görülən ilk filmdir.“Kral Canavar”Netflix Kurtis Joblingin kitab seriyasına əsaslanan 8 seriyalı animasiyanı 2025-ci ilin martında yayımlayıb. Gənc qəhrəman Dryu Ferran özünün “Canavar adam” olduğunu öyrənəndə sülaləsinin son varisi kimi üzərinə düşən missiyanı yerinə yetirməyə söz verir. Onun əsas vəzifəsi Lionlord rejimini devirməkdir. Savaşa başlayan Ferran yeni dostlar və keyfiyyətlər qazanır.Kino tənqidçiləri bu filmlərin övladınızın təxəyyülünü gücləndirəcəyini, yeni ideyalar yaratmağa, yaradıcı düşünməyə həvəsləndirəcəyini bildirirlər. Animasiyalar təkcə əyləncə vasitəsi deyil, uşaqların və yeniyetmələrin zehni, emosional və sosial inkişafına töhfə verən güclü pedaqoji alətdir.Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
121 min uşağın birinci sinifə qəbulu tamamlanıb
121 min uşağın birinci sinifə qəbulu tamamlanıb. #TəhsilTV #EduAz #BirinciSinif #UşaqQəbulu #YeniTədrisİli.
30 iyul, 20:00
Yüklənir
2026-cı ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər
2026-cı ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər. #TəhsilTV #EduAz #BağçaMüəllimi #SertifikasiyaMərhələsi ...
30 iyul, 19:30
Yüklənir
Sertifikatlaşdırmanın müsahibə mərhələsinə nə vaxt başlanılacaq?
Sertifikatlaşdırmanın müsahibə mərhələsinə nə vaxt başlanılacaq? #TəhsilTV #EduAz #SertifikatlaşdırmaMüsahibəsi ...
30 iyul, 19:01
Yüklənir
Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlandı
Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlandı. #TəhsilTV #EduAz #VakantYerlər #BağçaMüəllimi #Təhsilİmkanları.
30 iyul, 18:30
9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.
.jpg)
“Sualları rahatlıqla cavablandırdım” – MİQ imtahanında maksimum bal toplayan müəllim

96 balla "3", 16 balla "4" aldı – Attestat qiymətləri necə yazılır?

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.