Bütün xəbərlər
17 mart, 16:02

Ötən həftə “Sabahın alimləri” müsabiqəsinin keçirilməsi və ən uğurlu layihələrin qaliblərinin mükafatlandırılması ilə yadda qaldı. 

Müsabiqənin qızıl medalını qazanan Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı tam orta məktəbin XI sinif şagirdi Həmid Məmmədli və Bakı şəhəri Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın XI sinif şagirdi Toğrul Abbas “Sualtı dron” layihəsi üzərində işləyərək sualtı araşdırmalara yeni bir baxış gətirən texnologiya hazırlayıblar.

Layihə barədə “Azərbaycan müəllimi”nə danışan Həmid deyir ki, bu dron sualtı obyektləri tanıyır və 10 fərqli fiquru suyun altında tanıya və analiz edə, torpedo ata bilir. Müdafiə və təhlükəsizlik sahəsində istifadə oluna biləcək bu xüsusiyyət dronu daha funksional edir. Dron axtarış alqoritminə malikdir. Belə ki, obyektlərin müəyyən edilməsi və izlənməsi üçün xüsusi alqoritm tətbiq edilib.

Adıçəkilən layihənin 8 aya hazırlandığını söyləyən Toğrul dizayn, elektronika və proqramlaşdırma hissələrinin onların özlərinə aid olduğunu qeyd edir: “Layihəmiz “STEAM Azərbaycan”ın dəstəyi ilə ərsəyə gəlib. Elmi rəhbərimiz isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Mexatronika və robotexnika mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Vüqar Sadıqlıdır. Onun elmi dəstəyi sayəsində sualtı dronun texniki və proqramlaşdırma hissələri daha peşəkar səviyyəyə çatdırmağa nail olmuşuq”.

Həmid və Toğrul qızıl medal qazanacaqlarına inandıqlarını və bu müsabiqənin onlara çox dəyərli təcrübələr qazandırdığını bildirirlər. Həmidin sözlərinə görə, müsabiqə onlara təkcə elmi uğur gətirmədi, həm də çox dəyərli dostlar qazandırdı: “Gələcəkdə daha böyük layihələrə imza atmaq üçün bu təcrübə bizə çox kömək edəcək”.

1 /1

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.