Bütün xəbərlər
17 mart, 17:12

“Sabahın alimləri”  XIV Respublika Layihə Müsabiqəsinin qızıl medalına layiq görülən Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Eldar Şirəliyev və XI sinif şagirdi Sürəyya Ağazadə “EcoFlow" adlı maraqlı layihə hazırlayıblar. 

Layihənin müəllifləri “Azərbaycan müəllimi”nə bildiriblər ki, bu ideyanı keçən il Bakıda baş verən güclü yağışlar və daşqınlardan sonra düşünüblər: “Həmin hadisələr zamanı iki nəfər həyatını itirmişdi və şəhər infrastrukturu ciddi ziyan görmüşdü. Bu hadisədən təsirlənən yeniyetmələr belə problemlərin qarşısını almaq üçün innovativ bir həll tapmağa qərar veriblər. Onların elmi rəhbəri Aysel Məmmədova olub, prototipin hazırlanmasına isə “Sumbuilders” komandası kömək göstərib. Layihə şəhərlərdə yağış və daşqın sularının daha effektiv və sürətli təxliyəsini təmin edən ağıllı quyu qapağı (lük) hazırlamağa yönəlib: “Lük qapağına yerləşdirdiyimiz sensor suyun hündürlüyünü aşkarlayır və servomotora siqnal göndərir və bu da lükün avtomatik şəkildə açılmasına şərait yaradır. Biz Bakıda yağış suları ilə bağlı yaranan problemləri həll etmək istəyirdik. Layihəmiz aktual bir mövzunu əhatə etdiyindən uğur qazanacağımıza inanırdıq, amma birinci yerə çıxacağımızı gözləmirdik. Bu nəticə bizi daha da ruhlandırdı”.

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.