Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Pedaqoji yazılar

Daha çox göstər
Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?
19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəblərdə uşaqlara yalnız akademik biliklərin deyil, həm də yumşaq bacarıqların (soft skills) öyrədilməsi daha da vacib hala gəlir. “Azərbaycan müəllimi” xəbər verir ki, təhsil siyasəti üzrə professor və keçmiş məktəb müəllimi C.L.Stel məqaləsində məktəblərin artıq təkcə bilik öyrətməklə kifayətlənməməli, həm də şagirdlərin emosional savadlılığını, əməkdaşlıq bacarıqlarını və problem həll etmə qabiliyyətini gücləndirməli olduğunu yazıb.Məqalədə vurğulanır ki, son yarım əsrdə ən yüksək maaşlı işlər, əsasən, elm və texnologiya sahəsindəki işlərə aiddir. Lakin generativ süni intellektin (AI) yayılması ilə bu tendensiya dəyişə bilər. Çünki artıq bəzi işəgötürənlər müəyyən peşələri süni intellekt ilə əvəz etməyi planlaşdırdıqlarını bildirirlər. Nəticədə gələcəkdə əmək bazarı daha az proqramçıya və baza səviyyəsinə malik analitik işçilərə ehtiyac duyacaq.Mütəxəssislərin fikrincə, süni intellekt insan kimi kod yaza, mətn, şəkil və məlumat analizləri apara bilsə də, insan düşüncəsini və hisslərini başa düşmək qabiliyyətinə malik deyil. Bu səbəbdən insanlarla ünsiyyət, emosional savadlılıq, əməkdaşlıq, problemə yaradıcı yanaşma kimi yumşaq bacarıqlar daha da ön plana çıxacaq.Professor bildirir ki, müəllimlər bu bacarıqları ənənəvi fənlərlə birlikdə öyrədə bilərlər. Məsələn, dərs sonunda şagirdlərdən yazılı “çıxış bileti” ("exit ticket") istənilə bilər. Onlarda yalnız öyrənilən mövzu deyil, həm də şagirdlərin gün ərzində başqasına yardım etməsi, çətin tapşırığı necə həll etməsi və s. haqqında yazmaları tələb oluna bilər. Bu həm akademik, həm də sosial-emosional öyrənməni dəstəkləyir.Eyni zamanda müəllimlər şagirdləri cavabı əvvəlcədən məlum olmayan real problemlərin həllinə cəlb edə bilərlər. Məsələn, məktəb həyətində torpağın rütubətini ölçüb landşaft həlləri təklif etmək, sosial problemlərlə bağlı video kampaniyalar hazırlamaq və ya alternativ tarixi ssenarilər üzərində düşünmək kimi fəaliyyətlər şagirdlərdə yaradıcı və tənqidi düşünməni inkişaf etdirir.Ekspertlərin sözlərinə görə, şagirdlər bəzən süni intellektdən istifadə edərək yazı işlərini ona həvalə edirlər. Lakin bu, yeni bacarıqların qazanılmasına mane olur. Ona görə də müəllimlər dərs prosesində ənənəvi üsulları qoruyaraq şagirdlərin yavaş-yavaş öyrənməsinə şərait yaratmalıdırlar.Nəticə etibarilə süni intellekt dövründə məktəblərin əsas vəzifəsi şagirdlərə yalnız bilik deyil, həm də öz emosiyalarını idarə etmək, başqaları ilə əməkdaşlıq etmək və mürəkkəb problemlərə yaradıcı yanaşmaq bacarıqlarını öyrətməkdir. Professorun fikrincə, ən vacib bacarıq isə öyrənməni qısa yollardan üstün tutmağı, yəni işi süni intellektə tapşırmadan əvvəl onu özünün bacarmağını öyrənməkdir.

Məktəblərimiz yenilənir - Zaqatala rayonu Muğanlı kənd tam orta məktəbi

Yüklənir

Məktəblərimiz yenilənir - Zaqatala rayonu Muğanlı kənd tam orta məktəbi

Müasir standartlara cavab verən yeni məktəb binasının tikintisinə 2024-ci ilin yanvar ayında başlanılıb. Üçmərtəbəli təhsil ...

18 avqust, 16:34
DÖVLƏT PROQRAMI İŞTİRAKÇISI SADİQ SƏMƏDOV

Yüklənir

DÖVLƏT PROQRAMI İŞTİRAKÇISI SADİQ SƏMƏDOV

Dövlət Proqramı ilə dünyanın ən prestijli universitetlərindən birinə qəbul olan Sadiq Səmədov.

18 avqust, 15:14

Populyar xəbərlər

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı
30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

“2022-ci ildən keçirilən sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2025-ci ildə keçirilmiş sertifikatlaşdırılma imtahanında 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimi iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib:“Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Qəzetin PDF arxivi

Daha çox göstər
16 avqust 2025-ci il, №30 (9136)
18 avqust, 09:39

16 avqust 2025-ci il, №30 (9136)

10 avqust 2025-ci il, №29 (9135)
11 avqust, 10:04

10 avqust 2025-ci il, №29 (9135)

2 avqust 2025-ci il, №28 (9134)
4 avqust, 10:08

2 avqust 2025-ci il, №28 (9134)

26 iyul 2025-ci il, №27 (9133)
28 iyul, 10:12

26 iyul 2025-ci il, №27 (9133)

19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

21 iyun 2025-ci il, №22 (9128)
21 iyun, 09:43

21 iyun 2025-ci il, №22 (9128)

15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.