
Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır
.jpeg)
SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur
Pedaqoji yazılar

“Maslou” piramidası təhsildə

Süni intellekt nə vaxt, harada və necə faydalıdır?

Onlayn oyunlar uşaqlara nə verir?

İnklüziv təhsil meridianı

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar
ABŞ-də 9 min müəllim arasında keçirilən araşdırma göstərir ki, süni intellekt platformalarından mütəmadi istifadə edən pedaqoqlar getdikcə daha çox müəllim yönümlü məhsuldarlıq alətlərinə — dərs planlaşdırma və qiymətləndirmə kimi tapşırıqları dəstəkləyən funksiyalara üstünlük verirlər.Stenford Universitetinin tədqiqatçıları “SchoolAI” platformasının istifadə qeydlərini təhlil edərək müəyyən ediblər ki, daimi istifadəçilər şagirdlərə yönəlmiş “chatbot”lardan çox müəllimlərin işini asanlaşdıran alətlərə üstünlük verirlər. Bu, müəllimin təcrübəsini və peşəkar qərarvermə qabiliyyətini qoruyan “insan nəzarətində” yanaşmanı əks etdirir.Araşdırma “SchoolAI” platformasına qoşulan müəllimlərin 90 günlük istifadə vəziyyətini müəyyən edib. Nəticədə məlum olub ki, istifadəçilərin 16%-i platformadan yalnız bir dəfə yararlanıb, 43%-i qısamüddətli istifadəçi olub, 41%-i isə 8–49 gün ərzində platformaya daxil olaraq “daimi istifadəçi” kateqoriyasına daxil edilib, cəmi 1%-i isə 50 və ya daha çox gün ərzində daxil olan “güclü istifadəçilər” olub.Maraqlıdır ki, “güclü istifadəçilər” platformaya daxil olduğu vaxtdan zamanlarının 80%-dən çoxunu dərs planı generatorları, qiymətləndirmə köməkçiləri və müəllim “chatbot”larına ayırıb. “Yüngül istifadəçilər” isə daha çox şagirdlər üçün nəzərdə tutulmuş “chatbot”larla işləyiblər.Tədqiqat həmçinin göstərib ki, müəllimlərin əksəriyyəti bu alətlərdən günün səhər saatlarında istifadə edir. Bu da onların dərsə başlamazdan öncə materialları hazırlamaq və ideyalar toplamaq üçün AI-dan faydalandıqlarını göstərir.Stenford Universitetinin Təhsil üçün Generativ Süni İntellekt Mərkəzinin direktoru Kris Agnyu bildirib ki, bu tendensiya süni intellektin müəllimlər üçün “tədris tərəfdaşı” rolunu gücləndirdiyini göstərir: “Müəllim AI-nin verdiyi nəticələri öz təcrübəsinə əsaslanaraq süzgəcdən keçirir və dərs prosesinə uyğunlaşdırır. Bu, şagirdlərə birbaşa təsir edən, onların formalaşmaqda olan bacarıq və mühakiməsinə müdaxilə edən alətlərdən daha sağlam yanaşmadır.”Tədqiqatın növbəti mərhələsində müəllim–AI qarşılıqlı əlaqələrinin məzmunu və şagirdlərin bu platforma ilə işləmə nümunələri ayrıca araşdırılacaq.Alidə Məmmədova,III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı
Təhsil TV

Yüklənir
Bakı Dövlət Peşə Təhsil Mərkəzində müdavimlərə görüş keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Texnika və ...
15 avqust, 12:41
Yüklənir
“AZERBAIJAN ROV CHALLENGE 2025” YARIŞI BAŞLADI
Azerbaijan ROV Challenge 2025” yarışı başladı.
14 avqust, 18:48
Yüklənir
Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başladı
14 avqust, 15:05
Yüklənir
NÜFUZLU UNİVERSİTETLƏRDƏ TƏHSİL ALACAQ GƏNCLƏR
Harvard, Stanford, Oksford kimi nüfuzlu universitetlərdə təhsil alacaq gənclərlə görüş. Azərbaycan Dövlət Neft və Sənaye ...
14 avqust, 13:19
Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı
“2022-ci ildən keçirilən sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2025-ci ildə keçirilmiş sertifikatlaşdırılma imtahanında 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimi iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib:“Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Sanatoriya göndərişlərinə niyə imtina cavabı verilir?
.jpeg)
Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ!
.jpeg)
MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

III qrupa sənəd verən 6 min abituriyent ali məktəbə qəbul olmayacaq
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.