Xəbər lenti

17 iyun, 18:22

STEAM’ool olimpiadasının final mərhələsinin qalibləri elan olunub

17 iyun, 18:01

“Finala çıxacağıma inanmırdılar” – RFO qalibləri danışırlar

17 iyun, 17:50

ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

17 iyun, 17:49

Təhsildə liderliyə gedən yol – REPORTAJ

17 iyun, 17:39

“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu

17 iyun, 17:38

Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 iyun, 17:32

ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun, 17:13

“BilBacar”da fərqlənən rayonlar və məktəblər açıqlandı – MÜSAHİBƏ

17 iyun, 17:05

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

17 iyun, 17:00

Əldə olunan uğurlu nəticə əzm və məqsədyönlü çalışmanın nəticəsidir

17 iyun, 16:24

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 

17 iyun, 16:24

Texnologiya bizi idarə etməsin, biz onu idarə edək

17 iyun, 15:56

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

17 iyun, 15:53

Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

17 iyun, 15:50

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

17 iyun, 15:40

Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

17 iyun, 15:05

Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib

17 iyun, 15:02

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

17 iyun, 15:02

Azərbaycanda Türkiyə modelinə uyğun 2 peşə məktəbi açılacaq

Pedaqoji yazılar

Daha çox göstər
Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir
17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

Yay tətilini uşaqlar da, valideynlər də səbirsizliklə gözləyirlər. Gözəl hava, uzun günlər, rahat rejim və məktəb öhdəliklərindən azad vaxt onların sosiallaşması, istirahət etməsi və fərdi maraqları ilə məşğul olması üçün unikal imkan yaradır. Lakin təhsildə fasilə də düzgün planlaşdırılmalıdır. Əks halda bu xüsusilə ibtidai və orta təhsil səviyyəsində bilik və bacarıqların itkisi ilə nəticələnə bilər. Bu səbəbdən yay tətilinin həm istirahət, həm də inkişaf dövrü kimi təşkil edilməsi vacibdir.“Amerika təhsil tədqiqatları” jurnalında (American Educational Research Journal) dərc olunan araşdırmalara görə, 1-8-ci sinif şagirdləri yay aylarında tədris ili ərzində qazandıqları biliklərin təxminən 17-34 faizini itirirlər. Mütəxəssislər bu itkini “öyrənilənlərin yayda itirilməsi” (summer learning loss) adlandırırlar. Sorğunun nəticələrinə görə, bu baxımdan ən çox təsirə məruz qalan sahələr riyaziyyat və oxu bacarıqlarıdır.Əgər bu itkilər hər il təkrarlanarsa, uzunmüddətli akademik inkişaf üçün ciddi nəticələr yarada bilər. Tədris ili başlayanda şagirdlər daha əvvəl öyrəndiklərini yenidən xatırlamaq üçün vaxt itirir, müəllimlər isə yeni mövzulara keçmək əvəzinə bir müddət əvvəlki dərsləri təkrar etməyə məcbur olurlar. Bu həm vaxt itkisi yaradır, həm də şagirdlərin öyrənməyə qarşı motivasiyalarının azalmasına səbəb ola bilər.Təhsilin davamlılığı prosesində valideynlərin rolu danılmazdır. Yay aylarında şagirdlərin öyrənməyə davam etməsində valideynlərin iştirakı vacib amildir. Uşaqlarla birlikdə gündəlik oxu saatı təyin etmək, onlara suallar verməklə mütaliəni müzakirəyə çevirmək, yazı yazmağa həvəsləndirmək onların dil bacarıqlarını qoruyub inkişaf etdirmək üçün effektiv üsullardır. Məsələn, valideynlər gündə bir qısa mətn oxuyub sonra bu sualları verə bilərlər:– Hekayənin əsas ideyası nə idi?– Sən personajın yerində olsaydın, nə edərdin?– Oxuduğun mətn sənə nə öyrətdi?Bu cür suallar uşağın tənqidi düşünmə bacarığını inkişaf etdirir və onun öz fikrini ifadə etməsinə yardımçı olur.Valideynlər övladlarının maraq dairəsini nəzərə alaraq onları müxtəlif mövzularda araşdırmalara sövq edə bilərlər. Məsələn, bir mövzu seçib bu haqda qısa təqdimat hazırlamağı tapşırmaq uşaqlarda tədqiqat və təqdimetmə bacarıqlarının inkişafına kömək edir. Ailəvi film izləmə saatları da öyrənmək fürsətinə çevrilə bilər. Filmdən sonra “Bu film sənə nə hiss etdirdi?”, “Səncə, bu hadisə real həyatda baş versəydi, nə olardı?” kimi suallar verməklə tənqidi düşünmə bacarıqlarını aşılamaq mümkündür. Bundan əlavə, gündəliklər və ya həftəlik “Günüm necə keçdi?” mövzusunda yazılar yazdırmaq həm ifadə etmək, həm də yazmaq qabiliyyətinin inkişafına təkan verə bilər.Müəllimlər tədris ili bitməzdən əvvəl şagirdlər üçün ev tapşırıqları, müstəqil layihələr, oxu siyahıları və internet resursları ilə zənginləşdirilmiş dəstlər hazırlaya bilərlər. Bu resurslar şagirdlərə tətil zamanı məqsədli şəkildə işləmək imkanı verir.Xüsusilə kompüterə çıxışı məhdud olan ailələr üçün çap resursları hazırlamaq faydalı olar. Hər bir sinif səviyyəsinə uyğun olaraq fonetik təlimlər, qrammatik tapşırıqlar, mətn anlama fəaliyyətləri ilə zənginləşdirilmiş dəftərlər hazırlamaq tədris prosesi ilə əlaqənin qorunmasına xidmət edə bilər.Yay öyrənməsi yalnız ənənəvi üsullarla məhdudlaşdırılmamalıdır. Bu prosesdə alternativ öyrənmə yolları da olduqca faydalıdır. Şagirdlərə qeyri-formal öyrənmə yolları təqdim etməklə onları həm əyləndirmək, həm də maarifləndirmək olar. Məsələn:– Oxu və ya yazı müsabiqələri təşkil etməklə şagirdlərin aktivliyini stimullaşdırmaq olar.– Uşaqlar evdə istirahət edərkən belə təhsil podkastları və sənədli filmlər vasitəsilə dünyanı öyrənməyə davam edə bilərlər.– Virtual muzey turları, elmi mərkəzlərə səfərlər, təbiət yürüşləri və ictimai layihələrdə iştirak yay tətilini mənalı və zəngin edən fəaliyyətlərdir.Yay tətilləri həm də şagirdlərin fərdi maraqlarını inkişaf etdirmələri, yeni bacarıqlar öyrənmələri və yaradıcılıqlarını ifadə etmələri üçün əla fürsətdir. Layihə əsaslı öyrənmə bu baxımdan çox faydalıdır:– Öz animasiyasını yaratmaq,– Sadə robot düzəltmək,– Öz gündəliyini yazmaq,– Ətraf mühitin qorunmasına dair təşəbbüslər irəli sürmək,– Sadə təcrübələrlə evdə elmə maraq oyatmaq.Bütün bunlar həm əyləncəli, həm də maarifləndiricidir.“YouTube”, “Khan Academy”, “Scratch” və “Instructables” kimi platformalar bu cür fəaliyyətlər üçün geniş imkanlar təqdim edir.Unutmayaq ki, yay təkcə istirahət və tətil dövrü deyil, eyni zamanda fərdi inkişaf, yeni maraqlar və təhsil imkanları açan bir mərhələdir. Şagirdlərin yay aylarında tədrisdən tamamilə uzaq qalmaması üçün valideynlər, müəllimlər və icmalar birlikdə hərəkət etməli, uşaqlara balanslaşdırılmış – həm istirahət, həm də öyrənməyə əsaslanan mühit yaratmalıdırlar.Amerikalı alimlər K.L.Alexandr, S.Pitkok və M.Boulayın “Yay tətilində bilik itkisi: nələri bilirik və nə etməliyik? (The summer slide: what we know and can do about summer learning loss) kitabında bu mövzu geniş araşdırılıb. Mütəxəssislər bildirir ki, təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir. Yay aylarında yaradılan bu maraqlı və zəngin öyrənmə təcrübələri şagirdlərin yeni tədris ilinə motivasiya ilə başlamasına zəmin yaradır.ABŞ-nin Harvard Universitetinin “Graduate School of Education” bölməsinin araşdırmalarında qeyd olunur ki, yay tətilində öyrənməyə davam edən uşaqlar tədris ilinə daha az bilik itkisi ilə qayıdır, həm riyazi, həm də dil bacarıqları baxımından daha sürətlə irəliləyirlər. Bu isə onu göstərir ki, yay aylarında öyrənməyə uyğun mühitin qurulması yalnız cari ilin deyil, gələcək akademik uğurların da təməlidir.Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Təhsil TV - Canlı yayım

Yüklənir

Təhsil TV - Canlı yayım

17 iyun, 09:19
Sertifikatlaşdırılmada minimum keçid balı bu qədər olacaq.

Yüklənir

Sertifikatlaşdırılmada minimum keçid balı bu qədər olacaq.

Sertifikatlaşdırılmada minimum keçid balı bu qədər olacaq. Sertifikatlaşdırılma imtahanının test mərhələsi ilə bağlı suallarınızı ...

16 iyun, 20:00
Günay Əhmədova sertifikatlaşdırılmada 100 balı necə topladı?

Yüklənir

Günay Əhmədova sertifikatlaşdırılmada 100 balı necə topladı?

Günay Əhmədova sertifikatlaşdırılmada 100 balı necə topladı? Gəncə şəhəri 44 nömrəli məktəb-lisey kompleksində riyaziyyat ...

16 iyun, 19:00
Sertifikatlaşdırılmada səhv cavablandırılmış suallar imtahan nəticəsinə təsir göstərirmi?

Yüklənir

Sertifikatlaşdırılmada səhv cavablandırılmış suallar imtahan nəticəsinə təsir göstərirmi?

Sertifikatlaşdırılmada səhv cavablandırılmış suallar imtahan nəticəsinə təsir göstərirmi? Sertifikatlaşdırılma imtahanının test ...

16 iyun, 17:51

Populyar xəbərlər

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…
24 may, 13:01

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

Elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyaya səfər zamanı Dövlət Proqramı çərçivəsində burada təhsil alan tələbələrlə görüşüb."Azərbaycan müəllimi" xəbər verir ki, hazırda dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsindən biri olan London Universitet Kollecində təhsilini davam etdirən Dövlət Proqramı təqaüdçüsü Aytac Hüseynli görüş barədə maraqlı paylaşım edib:"2018-ci ilin may ayında RFO qaliblərinin mükafatlandırılma mərasimində Emin Əmrullayevlə şəkil çəkdirərkən ağlıma gəlməzdi ki, tam 7 il sonra elm və təhsil naziri ilə yenidən söhbət etmək, şəkil çəkdirmək imkanı qazanacam, özü də Londonda, Dövlət Proqramının qalibi kimi.Görüş mənim üçün olduqca səmimi keçdi. Cənab nazirin məni təmkinlə dinləməyi və suallarımı cavablandırmağı mənə çox xoş oldu. Nazir Dövlət Proqramının gənclərə olan etimadın göstəricisi olduğunu vurğuladı və hər birimizin bu etimadı layiqincə doğrultmalı olduğumuzu qeyd etdi. Mən də TOP10-a daxil olan universitetdə təhsil alan tələbə kimi bu məsuliyyəti dərk edirəm və ölkəyə qayıdıb öz töhfəmi verməyi səbirsizliklə gözləyirəm", - deyə Aytac Hüseynli yazıb.

Qəzetin PDF arxivi

Daha çox göstər
15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 10:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 10:12

3 may 2025-ci il, №15 (9121)

26 aprel 2025-ci il, №14 (9120)
28 aprel, 10:19

26 aprel 2025-ci il, №14 (9120)

19 aprel 2025-ci il, №13 (9119)
21 aprel, 10:49

19 aprel 2025-ci il, №13 (9119)

12 aprel 2025-ci il, №12 (9118)
14 aprel, 10:11

12 aprel 2025-ci il, №12 (9118)

05 aprel 2025-ci il, №11 (9116)
7 aprel, 10:22

05 aprel 2025-ci il, №11 (9116)

15 mart 2025-ci il, №10 (9116)
17 mart, 10:14

15 mart 2025-ci il, №10 (9116)

08 mart 2025-ci il, №09 (9115)
10 mart, 09:50

08 mart 2025-ci il, №09 (9115)

01 mart 2025-ci il, №08 (9114)
3 mart, 12:09

01 mart 2025-ci il, №08 (9114)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.