
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları üzrə Qaz-neft-mədən fakültəsinin tələbələri – Səyyar Abdullayev, Ayxan İsmayılov və Sevda Şəfiyeva “WaterTech Bootcamp 2025” intensiv təlim və hakaton proqramında uğur qazanıblar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, dördgünlük marafonun ilk iki günü intensiv təlim sessiyaları, sonrakı iki günü isə hakaton mərhələsi və final təqdimatları ilə yadda qalıb.
Tədbir çərçivəsində komandalar su ehtiyatlarının idarə olunması və ekoloji problemlərin həlli istiqamətində innovativ ideyalar üzərində çalışıblar.
Ümumilikdə 14 komandanın mübarizə apardığı proqramda ADNSU tələbələrinin də təmsil olunduğu “HydroNET” komandası 1-ci yerə layiq görülərək yarışın qalibi olub.
Yarışda 2-ci yerə “Zəngəzur BANM”, 3-cü yerə isə “Hydro Guardians” komandaları layiq görülüblər.
Qeyd edək ki, “WaterTech Bootcamp” proqramı “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi və SUP VC-nin təşkilatçılığı, həmçinin EU4ClimateResilience (Avropa İttifaqının Şərq Tərəfdaşlığında Karbonsuzlaşma və İqlim Dayanıqlılığı) layihəsinin dəstəyi ilə regionda ilk dəfə həyata keçirilib. “Bootcamp” gənclərin ideya gücünü, texnologiyanın imkanlarını və komanda ruhunu bir araya gətirmək məqsədilə təşkil olunub.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər