
“NASCO XXVIII Respublika Elmi Konfransının məqsədi gənc tədqiqatçıların elmi fəaliyyət nəticələrini müzakirəyə çıxarmaq, onların təşəbbüskarlığını və yaradıcılıq bacarıqlarını stimullaşdırmaqdır”.
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili siyasəti şöbəsinin baş məsləhətçisi Afət Sadıqova deyib.
O bildirib ki, gənclər burada yalnız öz elmi nailiyyətlərini təqdim etmir, həm də digər tədqiqatçıların işləri ilə tanış olur, fikir mübadiləsi apararaq yeni elmi əməkdaşlıqlar üçün zəmin yaradır:
“Konfransa həm ölkə daxilində, həm də xaricdə fəlsəfə doktoru proqramında təhsil alan doktorant və dissertantlar, eləcə də müdafiə ərəfəsində olan gənc tədqiqatçılar müraciət edə bilərlər”.
Afət Sadıqova qeyd edib ki, təqdim olunan tezislər yalnız yeni elmi işlərdən ibarət olmalı, plagiatdan keçirilməsinə dair arayış əlavə edilməlidir. Seçim prosesində yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək. Bu il ilk dəfə olaraq fərqlənən məqalələrin “Scopus” və “Web of Science” bazalarında indekslənən beynəlxalq jurnallarda dərcinə imkan yaradılacaq.
Nazirliyin nümayəndəsi əlavə edib ki, yalnız panel iclaslarda məruzə edən iştirakçılara sertifikat təqdim olunur və onların tezisləri “Konfrans materialları” toplusunda dərc edilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər