Bütün xəbərlər
3 oktyabr, 13:06

Qazaxıstanın Almatı şəhərində keçirilən BRAUIC (Bir Kəmər, Bir Yol Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumu) Forumunda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu nüfuzlu təşkilata rəsmi üzv qəbul olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Qlobal Horizon” devizi altında keçirilən forum Beynəlxalq Təhsil Korporasiyası (KazGASA) tərəfindən təşkil olunub.

Tədbirdə memarlıq və inşaat sahəsində beynəlxalq təhsil, elm və biznes tərəfdaşlığı çərçivəsində rəqəmsal və davamlı inkişaf strategiyaları müzakirə olunub. 

2017-ci ildə Pekin İnşaat və Memarlıq Universitetinin (BUCEA) təşəbbüsü ilə yaradılan BRAUIC konsorsiumu “Bir Kəmər, Bir Yol” qlobal təşəbbüsünün tərkib hissəsidir. Təşkilatın əsas məqsədi memarlıq və inşaat sahəsində beynəlxalq təhsil və elmi əməkdaşlığı gücləndirməkdir. Hazırda konsorsiuma 39 ölkədən 91 ali təhsil müəssisəsi daxildir. 

Forum çərçivəsində AzMİU nümayəndələri Asiyanın, xüsusən də Çinin aparıcı universitetlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, ikili diplom proqramları və qarşılıqlı akademik əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Ən önəmli məqamlardan biri isə AzMİU-nun BRAUIC konsorsiumuna üzv qəbul olunmasıdır. Bununla da AzMİU bu beynəlxalq quruma üzv olan ilk və yeganə Azərbaycan universiteti statusunu qazanıb. Bu hadisə universitetin beynəlxalq nüfuzunun möhkəmlənməsi, Azərbaycan ali təhsil məkanının isə beynəlxalq platformalarda daha geniş təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 

1 /5

Şərhlər

Xəbər lenti

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

3 oktyabr, 09:56

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

3 oktyabr, 09:54

Samuxda yeni kənd məktəbinin binası istifadəyə verilib

3 oktyabr, 09:54

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

3 oktyabr, 09:42

ADNSU tələbələri “WaterTech Bootcamp 2025”də I yeri tutublar

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.