
Samux rayonunun Alıuşağı kəndində yeni inşa olunan tam orta məktəb binası istifadəyə verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbin açılışında Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Qeyd edək ki, 360 yerlik məktəb binası Heydər Əliyev Fondu tərəfindən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbin sinif otaqları ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM Mərkəzi, hərbi təlim, tibb, texnologiya, məktəbəqədər sinif otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var, məktəbin ərazisində açıq idman meydançası yaradılıb. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər