Bütün xəbərlər
3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illik yubileyinə həsr olunan konfransın açılışında yerli və beynəlxalq ekspertlər, ali təhsil müəssisələrinin nümayəndələri, tələbələr və digər qonaqlar iştirak ediblər.

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın əsas məqsədi inklüziv təhsil sahəsində yerli və xarici ekspertləri bir araya gətirərək, inklüziv təhsil strategiyalarını, rəqəmsal transformasiyanın imkanlarını və süni intellektin tətbiqi ilə bağlı çağırışları müzakirə etməkdir.

O, mərkəzin 10 illik fəaliyyətinə nəzər salaraq universitetdə uğurlu inklüziv təhsil modelinin yaradıldığını bildirib. Əlilliyi olan gənclərin ali təhsil seçimində UNEC-in üstünlük təşkil etdiyini və tələbələrin sayının ildən-ilə artıdığını bildirib. Onlar üçün inklüziv mühitin formalaşdırıldığını, beynəlxalq mübadilə proqramlarında iştirak imkanları yaradıldığını, eyni zamanda UNEC-də Psixoloji Xidmət Mərkəzinin fəaliyyət göstərdiyini və tələbələr üçün dəstək imkanlarının genişləndirildiyini diqqətə çatdırıb.

Sonra tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də 2025-ci ilin “İnklüziv təhsil ili” elan olunduğunu diqqətə çatdıraraq təhsilin əlçatanlığının və inklüziv mühitin təmin edilməsinin universitetin əsas dəyərlərindən biri olduğunu vurğulayıb. O, UNEC-də İnklüziv Təhsil Mərkəzi ilə yanaşı, könüllü tələbələrdən ibarət “İnklüziv Təhsilə Dəstək Təşkilatı”nın da fəaliyyət göstərdiyini bildirib. S.Qəndilova qeyd edib ki, UNEC-də inklüziv mühitin yaradılması yalnız tədris prosesini deyil, sosial həyatı da əhatə edir və bu, universitetin bütün tələbələri üçün bərabər imkanların təmin olunmasına xidmət edir.

“British Council Azərbaycan”ın direktoru Nərgiz Hacıyeva çıxışında inklüziv mühitin dəstəklənməsinin əhəmiyyətindən danışaraq, əlçatan təhsilin inklüzivliyin əsas amillərindən olduğunu bildirib. O, bərabər imkanlar üzərində qurulan təhsilin cəmiyyəti daha güclü, dayanıqlı və yaradıcı etdiyini vurğulayıb.

Dünya Əlillər Cəmiyyətinin icraçı direktoru Necdet Öztürk UNEC-lə uzunmüddətli uğurlu əməkdaşlıqdan söz açıb, bu ali təhsil müəssisəsinin inklüziv təhsil sahəsində uğurlu model yaratdığını diqqətə çatdırıb. “Hazırda dünyada yaşayan insanların 15 faizi əlilliyi olan şəxslərdir. Bu insanlar dövlətlərin, ali məktəblərin və ictimaiyyətin əsas diqqət mərkəzində olmalıdır”, – deyən N.Öztürk UNEC-in bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. O, konfrans çərçivəsində səsləndiriləcək təkliflərin bu istiqamətdə faydalı olacağına inamını ifadə edib və konfrasın işinə uğurlar arzulayıb.

Konfransda Qırğızıstan Mühəndislik Akademiyasının akademiki Keneshbek Alymbekov, Makedoniya Universitetinin professoru Kartasidou Lefkothea, Sloveniya Universitetinin dekan müavini professor Katarina Askerc Zadravec, Şimali Kipr Yaxın Şərq Universitetinin professoru Zehra Altınay, Dünya Əlillər Cəmiyyətinin İngiltərə nümayəndəsi professor A. Alp Arslan, İstanbul Aydın Universitetinin nümayəndəsi Həbibə Erin və Əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzi İB sədri Aydın Xəlilov çıxış edərək inklüziv təhsil istiqamətində öz təcrübələrini, eləcə də uğurlu modelləri bölüşüblər. Çıxış edənlər xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq təhsil imkanlarından istifadə etməsinin, həmçinin rəqəmsal texnologiyaların və süni intellektin inklüziv təhsildə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Açılış sessiyasından sonra “İnklüziv ali təhsildə qlobal trendlər” və “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün beynəlxalq mübadilə proqramlarına çıxış imkanları” mövzularında panel müzakirələri keçirilib.

Konfrans oktyabrın 3-də öz işini “Beynəlxalq kontekstdə inklüzivlik: müxtəlif ölkələrin müqayisəli təhlili”, “Əlçatanlığın təmin edilməsində innovativ yanaşmalar”, “Ağıllı şəhərlər və inklüziv cəmiyyətin inkişafında rəqəmsal texnologiyalar”, “Süni intellektlə əlilliyi olan şəxslər arasında qarşılıqlı əlaqə” və “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün süni intellektin tətbiq təcrübəsi” mövzularında panel müzakirələri ilə davam etdirəcək.

1 /10

Şərhlər

Xəbər lenti

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

3 oktyabr, 09:56

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

3 oktyabr, 09:54

Samuxda yeni kənd məktəbinin binası istifadəyə verilib

3 oktyabr, 09:54

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

3 oktyabr, 09:42

ADNSU tələbələri “WaterTech Bootcamp 2025”də I yeri tutublar

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.