Bütün xəbərlər
3 oktyabr, 11:04

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) daxili qrantların verilməsinə dair yeni qaydaları təsdiqləyib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qaydalar 2025-ci ildə ADNSU Elmi Şurasının qərarı ilə qəbul olunub və universitet daxilində elmi fəaliyyətin stimullaşdırılması, innovativ və tətbiqi tədqiqatların dəstəklənməsi məqsədini daşıyır.

Daxili qrantlar universitetin vəsaiti və digər qanuni maliyyə mənbələri hesabına maliyyələşdirilir. Müsabiqələr şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında keçirilir. Qrantlar yalnız Azərbaycan manatında, müqavilədə göstərilən məqsədlər üçün ayrılır.

Müsabiqədə bakalavr, magistr, doktorant, dissertantlar, professor-müəllim heyəti və tədqiqat mərkəzlərinin əməkdaşları fərdi və ya komanda şəklində iştirak edə bilər. Hər iştirakçı yalnız bir layihə təqdim edə bilər. Layihə üzrə maksimum maliyyələşmə 30 000 manatdır.

Layihələr texniki və elmi ekspertizadan keçirilir. Qiymətləndirmə layihənin aktuallığı, məqsəd və nəticələrin əhəmiyyəti, icra planı və büdcə əsaslandırması kimi meyarlar üzrə aparılır. Qaliblər Müsabiqə Komissiyasının rəyinə əsasən ADNSU rektorunun əmri ilə təsdiqlənir.

Qalib layihələrin icrası tərəflər arasında bağlanan daxili qrant müqaviləsi ilə tənzimlənir. Qrantın 30 faizi avans olaraq ödənilir, qalan hissə mərhələli şəkildə təqdim edilir. Layihənin icrasına və vəsaitlərin istifadəsinə universitet nəzarət edir.

Qaydalar layihə nəticələrinin qeydə alınması, elmi nəşrlərdə ADNSU-nun göstərilməsi, plagiat və digər pozuntuların qarşısının alınması ilə bağlı tələbləri də əhatə edir. Müqavilə öhdəliklərinə əməl olunmazsa, qrant vəsaiti geri qaytarılır. Əqli məhsulların mülkiyyət hüququ ADNSU-ya məxsusdur.

Müsabiqə nəticələrinə etiraz hallarında Apellyasiya Komissiyasına müraciət mümkündür. Ekspert və komissiya üzvləri üçün maddi stimullaşdırma tədbirləri nəzərdə tutulub.

Şərhlər

Xəbər lenti

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:15

Nobel laureatları hansı ailələrdən çıxır? Valideynləri düşündürəcək 5 həyat hekayəsi

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

3 oktyabr, 09:56

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

3 oktyabr, 09:54

Samuxda yeni kənd məktəbinin binası istifadəyə verilib

3 oktyabr, 09:54

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

3 oktyabr, 09:42

ADNSU tələbələri “WaterTech Bootcamp 2025”də I yeri tutublar

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.