
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032 saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorun alınma üsulu” adlı ixtirasına “Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi” tərəfindən müsbət qərar verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, patentin müəllifləri – AzMİU-nun Materialşünaslıq kafedrasının professoru Texnologiyaların Transferi Mərkəzinin müdiri professor Abbas Quvalov və həmin kafedranın dosenti Səidə Abbasovadır.
Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaq məqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdə tutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklər qazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suya və şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşı dayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yeni texnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.
İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavə enerji və xammal sərfinin azalmasına, nəticədə isə tikinti şirkətlərinin daha az xərc hesabına yüksəkkeyfiyyətli nəticə əldə etməsinə şərait yaradır. İxtiranın geniş tətbiq sahəsi vardır: o, yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində, yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğuların yaradılmasında uğurla istifadə oluna bilər.
Qeyd edək ki, bu kimi uğurlar təkcə Azərbaycanın tikinti sahəsinin inkişafına deyil, həm də beynəlxalq miqyasda ölkəmizin elmi potensialının tanınmasına mühüm töhfə verir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər