
"NASCO artıq özünəməxsus ənənə və nüfuza malik elmi forum kimi formalaşıb".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Rza Məmmədov deyib.
“Hər il bu platformanı təkmilləşdirməyə çalışırıq. Bu il ilk dəfə olaraq yalnız çıxışçılar deyil, dinləyicilər də qeydiyyatdan keçə biləcəklər. Bu, konfransı daha geniş auditoriyaya açır və elmi müzakirələrə daha çox gənci cəlb etməyə xidmət edir. Bundan başqa, müraciət zamanı elmi istiqamətin ayrıca göstərilməsi sessiyaların təşkilini xeyli asanlaşdıracaq”.
Prorektor həmçinin konfransın tanıtımının daha geniş miqyasda aparıldığını, sosial şəbəkələrdə ayrıca səhifələr yaradıldığını qeyd edib. Onun sözlərinə görə, builki yeniliklərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) konfransa inteqrasiyasıdır: “Məqalə müəlliflərindən araşdırmalarının hansı DİM-lərlə səsləşdiyini göstərmələri tələb olunur. Bu yanaşma mövzuların qlobal çağırışlarla uzlaşmasını nümayiş etdirir”.
Rza Məmmədov əlavə edib ki, builki konfransa təqdim edilən məqalələrin 40 faizi ingilis dilindədir ki, bu da tədbirin artıq beynəlxalq platformaya çevrildiyini göstərir. Ən çox müraciət edilən sahə iqtisadiyyat olsa da, təbiət, texnika, İKT, mühəndislik və sosial-humanitar elmlər üzrə də çoxsaylı məruzələr qəbul edilib.
Onun sözlərinə görə, plagiat göstəricisi 25%-dən çox olan məqalələr qəbul edilməyəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər