Bütün xəbərlər
3 oktyabr, 13:15

Növbəti həftənin ilk günündən başlayaraq İsveçdə müxtəlif elm sahələri üzrə  2025-ci ilin Nobel mükafatı laureatlarının adları elan olunacaq. 

“Azərbaycan müəllimi” dünya elmi ictimaiyyətinin səbirsizliklə gözlədiyi bu gün ərəfəsində növbəti araşdırmasını oxucularla bölüşür. Nobel laureatlarını həyatını araşdıran tədqiqatçılar aşkar ediblər ki, bu uğurlu insanlar tamamilə fərqli ailə mühitlərində böyüyüblər. Onların bəziləri sadə ziyalı, fəhlə, fermer, kiçik tacir və ya hətta savadsız valideynlərin övladları olub.

Bəs bu ailələrdə nə var idi ki, bu insanları sağlam xarakterli və qeyri-adi qabiliyyətli şəxsiyyətlərə çevirirdi? Ayrı-ayrı illərdə yüksək elmi mükafat almış lauraetların ailədən başlayan yola işıq salan 5 hekayə ilə tanış olaq.

Uşaqların seçimlərinə hörmət etməyi öyrənin

1. Tu Yuyu (Çin) – 2015-ci ildə Tibb üzrə Nobel mükafatı laureatı

Tu Yuyu ənənəvi Çin təbabəti ilə məşğul olan bir ailədə doğulmuşdu. Atası həkim idi və klinikaları idarə edirdi. Kollecdə ixtisas seçərkən, o, tərəddüd etmədən tibbi seçdi, amma ailəsinin gözlədiyi kimi ənənəvi Çin təbabətini yox, əksinə, o dövrdə çox da maraqlı hesab olunmayan farmakologiyanı seçdi. 

Atası qızının bu qərarına təəccübləndi: “Əgər bu ixtisası seçsən, ənənəvi Çin təbabəti üzrə topladığın biliklər boşa çıxmayacaqmı?”
Lakin Tu Yuyu düşünürdü ki, yalnız farmakologiya sahəsində təhsil almaq ənənəvi təbabəti sistemli şəkildə öyrənməyə imkan verir. 

Atası bir qədər düşündü və sonra dedi: “Mən sadəcə istəyirdim ki, sən böyüyəndə həkim olasan. Sənin məndən daha böyük arzuların olacağını gözləmirdim! Sənə inanıram. Davam et, sən bacaracaqsan!”. 

Uşaqlar böyüyəndə bir çox valideynlər onların qərarlarına qarışmağa başlayır. Amma həyat sonsuz imkanlarla doludur. Necə ola bilər ki, o, tamamilə sizin nəzarətinizdə olsun və sizin seçdiyiniz yolla getsin? 

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Nadine Gordimer bir dəfə demişdi: 
“Ailə tərbiyəsi demokratik və maarifləndirici olmalıdır. Ən əsas odur ki, valideynlər uşaqlarının seçimlərinə hörmət etməli  və onları heç vaxt öz istəklərinə tabe etdirməməlidirlər”. 

Bir çox valideynlər özlərini ağıllı, uşaqlarını isə heç nədən baş çıxarmayan fərdlər sayır, bu yanaşma isə uşaqları seçim hüququndan məhrum edirlər. Seçim haqqı olmayan uşaqda yaşamaq motivasiyası olmur və o, valideyninin onun üçün qurduğu yuvada ilişib qalır. Halbuki hər bir uşaq öz yolunu getməlidir, valideyn isə sadəcə bir pillədir: dəstək üçün. 

Hətta uşaq səhv edəndə belə, kənardan izləməli, onun özünüqiymətləndirmə, öz səhvlərini düzəltmə, özünü kəşfetmə qabiliyyətlərinin işə düşməsini gözləməliyik.

Dözümlülük (tolerantlıq) uşaqlıqdan inkişaf etdirilməlidir

2. Mo Yan (Çin) – 2012-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı

Mo Yanın anası savadsız idi. Heç vaxt kitab oxumamışdı, amma nikbin, mehriban, güclü və həssas idi. Mo Yan uşaq vaxtı anası ilə birgə tarlada buğda yığardı. Bir dəfə gözətçi gələndə buğda yığanların hamısı qaçdı, amma anası qaça bilmədi və gözətçi onu üzünə vurub topladıqları buğdanı əlindən aldı. Anasının ağzından qan gəldi və o, yerə çöküb oturdu. 

İllər sonra həmin gözətçi, artıq qoca bir kişi, bazarda Mo Yan ilə qarşılaşdı. Mo Yan ona hücum etmək istədi, amma anası onu saxladı və sakitcə dedi:
– “O vaxt məni vuran adam bu kişi deyil, oğlum”. 

Valideynlərin davranışları uşaqların ruhuna təsir edir! Valideynin işə və insanlara münasibəti uşaqlara həm birbaşa, həm də dolayı şəkildə ötürülür. Valideynlər uşaqları yeni fikirlərə açıq böyütməlidir. Mo Yanın anası da belə etmişdi! Başqalarının səhvlərinə görə emosional enerjinizi israf etməyin və ruhunuzu kinlə zəhərləməyin. Emosional zəka uşaqlıqdan formalaşmalıdır. İradə, ağıl və əxlaqi keyfiyyətlər valideyn nəsihətləri ilə deyil, onların davranışları ilə uşaqlara ötürülür. Uşaqlara geniş dünyagörüşü qazandırmaq və valideynlərə də örnək olmaq üçün klassik əsərlər və tanınmış insanların bioqrafiyalarını oxumaq vacibdir, bu, uşaqların dünyaya və özlərinə başqa prizmadan baxmasına kömək edər.

Oyun – həm bilik, həm də bacarıqdır

3. Stiven Çu (ABŞ) – 1997-ci ilin fizika üzrə Nobel mükafatı laureatı

“Oyun təbiidir, uşaqların oynamaq hüququ var”

Stiven Çu çox istedadlı bir ailədə doğulmuşdu. O, uşaqlıqda həm məqsədyönlü idi, həm də oyunları çox sevirdi. Anası isə uşaqların oyun oynamasına icazə verirdi və deyirdi: “Oyun uşağın fiziki gücünü və cəsarətini inkişaf etdirir”. 


Anası inanırdı ki, oyun təbiidir və uşaqların oynamaq hüququ var. Bu “oyun” təcrübəsi daha sonra onu elm haqqında düşünməyə sövq etdi. 

Stiven Çu demişdi: 

“Uşaqlıqdan hər şeyi özüm etməyə alışmışdım. Bu, əllərimin bacarığını artırdı və mənim məkan hissimi inkişaf etdirdi”. 

Biz daim vurğulayırıq ki, uşaqlara “oynamağı” öyrətmək vacibdir. Uşaqlar enerjili olurlar – gülür, qaçır, oynayır, bəzən də şıltaqlıq edirlər. Bir çox valideynlər qorxurlar ki, oyun uşaqları dərsdən yayındıracaq. Amma Cek Ma demişdi: “Uşaqların oynamağına icazə verin! Əgər oynamağa icazə verməsəniz, 30 il sonra onların işi olmayacaq!”.  

Bilik qazanmaq olar, amma müdriklik yalnız yaşanaraq əldə edilir. Oyun uşaqlar üçün həyat tərzi olmaqla yanaşı, həm də öyrənməyin ən mühüm yollarından biridir. Oyun zamanı uşaq öz biliyini tətbiq etməyə, sualları cavablandırmağa çalışır və həyatın müxtəlif problemlərini həll etməyi öyrənir.

Uşaqlarımızın tədqiqatlarına “olmaz!” deyib mane olmayın 

4. Nils Bor (Danimarka) – 1922-ci ilin fizika üzrə Nobel mükafatı laureatı

“Qoy özü etsin. O, nə etdiyini bilir”

Uşaqlığında Nils Bor asta, lakin diqqətli bir uşaq idi. Atası universitetdə dərs deyirdi və tez-tez həmkarlarını evə qonaq çağırırdı. Həmçinin rəssamlar, yazıçılar, musiqiçilər və əcnəbilər də bu görüşlərə qatılırdı. Nilsə kənarda oturub söhbətləri dinləməyə icazə verilirdi. Bu nüfuzlu şəxslər tək-tək maraqlı hekayələr danışır, fikirlərini bölüşür, sonra bu fikirlər birlikdə müzakirə olunurdu. Onların dərin və fərqli baxışları Borun gənc düşüncəsində böyük iz buraxmışdı. Nils saatlarla və ev əşyaları ilə oynamağı çox sevirdi. Bir dəfə onun velosipedinin fırlanan mexanizmi xarab olmuşdu. Nils onu özü təmir etməyə qərar verdi və velosipedi özü sökdü. Lakin necə yığacağını bilmirdi. Kimsə kömək etmək istədi, amma atası dedi: 

“Qoy özü etsin, o nə etdiyini bilir”.

Bor hər bir detalı diqqətlə öyrəndi və nəticədə mexanizmi uğurla yığa bildi.

Çox valideynlər uşaqlarının etdiklərindən narazı qalır və deyirlər:
– “Bunu etmə!”.
– “Buna toxunma!”.
– “Sən bunu belə etməlisən!”.
– “Bunu mən edərəm!”.

Əgər uşağın dünyanı tanıma prosesi daim valideynin müdaxiləsi ilə kəsilirsə, bu, təkcə onun özünü tanımaq və özünü inkişaf etdirmək zövqünü əlindən almır, həm də onun özbaşına öyrənmə bacarığının inkişafına mane olur. 

Amerikalı valideynlərin fərqləndirici xüsusiyyətlərindən biri odur ki, onlar uşaqlarına öz sevdikləri sahələrlə tam məşğul olmağa və tədqiqat aparmaq bacarığını tam şəkildə inkişaf etdirməyə imkan verirlər. Hətta uşaqlar qeyri-adi fikirlər səsləndirdikdə belə, biz onların araşdırmalarını davam etdirməyə təşviq etməli, onlara istiqamət verməli, həqiqətə, yaxşılığa və gözəlliyə doğru bitib-tükənməyən maraq hisslərini dəstəkləməliyik.

Uşağa özünü sınamaq imkanı verin

5. Ernest Rezerford (Yeni Zelandiya) – 1908-ci ilin kimya üzrə Nobel mükafatı laureatı

“Hər bir ailə üzvü məsuliyyəti bölüşməlidir” 

Rezerfordun 12 bacı-qardaşı vardı. Ailə böyük olduğu üçün anası onlara demişdi:

“Hər kəs məsuliyyəti paylaşmalıdır”. O inanırdı ki, bilik gücdür və övladlarının təhsilinə xüsusi önəm verirdi. 

Rezerfordun həyatında mühüm rol oynamış kitab, anasının ona 10 yaşı olanda hədiyyə etdiyi “Fizikaya giriş” adlı dərslik idi. Bu kitab yalnız fizikanı tanıtmaqla qalmamış, həm də bir sıra sadə təcrübə metodlarını təsvir etmişdi. Rezerford bu kitab sayəsində başa düşmüşdü ki, təbiətin vacib qanunlarını sadə təcrübələrlə kəşf etmək mümkündür. 

Məsuliyyət insan həyatının və inkişafının əsasını təşkil edir. Məsələn, ev işləri məsələsində bir çox valideynlər qorxurlar ki, uşaqları dərsdən geri qala bilər, buna görə onlara ev işlərində iştirak etməyə icazə vermirlər. 

Amerikada “liderliyin xaç atası” kimi tanınan Dr. Dennis Veytley bir dəfə demişdi: “Valideynlərin övladlarına verə biləcəyi ən vacib şey pul deyil, doğru yaşamağı və məsuliyyətlə işləməyi öyrətməkdir”.  

Bu andan etibarən, gəlin uşaqlara özlərini sınamağa şərait yaradaq. 18 yaşa qədər ailə tərbiyəsinin uşağa təsiri 60%-dən çox, məktəbin təsiri 30%, cəmiyyətin təsiri isə cəmi 10%-dir. Əslində, bir çox valideynlər uşaqları necə tərbiyə etməli olduqlarını bilmir. 

Bu fakt ailə tərbiyəsinin nə qədər vacib olduğunu göstərir. Məktəb təhsili çox önəmlidir, amma ondan da vacibi, valideynlərin tərbiyə üsuludur, çünki uşaqlar valideynlərinin yalnız sözlərini deyil, davranışlarını da izləyir və onlardan nümunə götürür. 

Məktəblər uşaqlara bilik və öyrənmə metodları verir, valideynlər isə xarakter və əxlaq formalaşdırır.

Uşağın xarakteri və əxlaqı formalaşıbsa, bu onun bütün həyatı boyunca uğur qazanmasının açarıdır. İnsan hörmət görürsə, onun həyatı çətinliklərdən daha asan keçər.

Uşaqlara qarşı daha diqqətli olmaq diləyi ilə…

Şərhlər

Xəbər lenti

3 oktyabr, 13:23

BMU tələbələri Başlıbel qətliamı haqda məlumatlandırılıb

3 oktyabr, 13:06

AzMİU BRAUIC konsorsiumuna üzv seçilib

3 oktyabr, 11:54

İndi dərs deyir, gələcəkdə kitab yazacaq – Gənc müəllimlərin arzuları

3 oktyabr, 11:53

AzMİU alimlərinin ixtirasına patent verilib

3 oktyabr, 11:45

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

3 oktyabr, 11:04

ADNSU-da yeni qaydalar təsdiqlənib

3 oktyabr, 10:52

Şəhid komandirin oğlu ikinci təhsilini alır: bu dəfə peşə təhsilinə üz tutub

3 oktyabr, 10:31

LDU-da Elmi Şurada tədrisin gedişi müzakirə olunub

3 oktyabr, 10:25

NDU-da “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda konfrans keçirilib

3 oktyabr, 10:18

ADNSU-da İnnovativ Həllər Marafonu ilə bağlı infosessiya baş tutub

3 oktyabr, 10:15

UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir

3 oktyabr, 10:10

“ProQuest Central” bazası 123 müəssisənin istifadəsinə verilib

3 oktyabr, 10:06

“NASCO artıq beynəlxalq platformaya çevrilir” – ADNSU-nun prorektoru

3 oktyabr, 10:00

Afət Sadıqova: NASCO-ya seçim prosesində yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək

3 oktyabr, 09:56

Nazir “Quacquarelli Symonds” qlobal reytinq agentliyinin regional direktoru ilə görüşüb

3 oktyabr, 09:54

Samuxda yeni kənd məktəbinin binası istifadəyə verilib

3 oktyabr, 09:54

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

3 oktyabr, 09:42

ADNSU tələbələri “WaterTech Bootcamp 2025”də I yeri tutublar

2 oktyabr, 20:00

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavinləri təyin edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.