Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu

Bookmark and Share

Zəng edənin səsindəki sevinc və fərəh ilk kəlmələrdən duyuldu.

O, Novruz bayramı münasibətilə təbrikdən sonra cavab verməyə imkan vermədən: - Fakültəmizin tələbəsi Honkonqda dünya çempionu olub, - dedi. - Bu barədə "Azərbaycan müəllimi"ndə xəbər verəydiniz.

Səsindən tanımışdım; Sumqayıt Dövlət Universiteti kimya fakültəsinin dekanı, dosent Qafar Ramazanov idi.

Martın 29-da, deyilən vaxtda redaksiyada görüşdük. Tomriz Həsənova Bakıdakı 60 nömrəli orta məktəbin məzunudur. 2008-ci ildə orta təhsili başa vuran Tomris artıq Çində geniş yayılmış uşu döyüş sənəti üzrə məşqlərlə çoxdan məşğul olurdu. Cəldlik, dəqiqlik, cəsarət və enerji, həm də incəlik və soyuqqanlılıq tələb edən bu idman növünə olan maraq ona atası Azər Həsənovdan keçib.

2009-cu ildə testlə qəbul imtahanlarında 405 bal toplayan Tomriz Azər qızı Sumqayıt Dövlət Universitetinin kimya fakültəsinə daxil oldu. Artıq tələbə idi və qəlbinin dərinliyində oyanan qeyri-adi bir hissin təsiri ilə məşqlərə davam etdi. 2010-cu ilin martında Honkonq şəhərində keçiriləcək yarışlara hazırlaşmağa başladı. Üstəlik ali məktəbdə ilk semestrin imtahanları olacaqdı.

...Martın 10-da yarışlar başlandı. Dünya çempionatında 6800 nəfər idmançı iştirak edirdi. Martın 14-də ilk rəqiblə qarşılaşan Tomriz Həsənova uşu üzrə yarışda birinci yeri qazanaraq Uzaq Şərq şəhərində Azərbaycanın idman şərəfini ləyaqətlə ucaltdı. 13 iştirakçı arasında yaş həddinə görə I yeri qazanan idmançı qız Azərbaycan bayrağı altında, Azərbaycan himninin sədaları altında qürurla dayanmışdı. Bu, idmanın inkişafına, bədən tərbiyəsinin kütləviliyinə yüksək qiymət verilən, böyük diqqət yetirilən ölkədə idman uğurları salnaməmizə yazılmış yeni zəfərlərdən biri idi.

Sözarası onun təhsili ilə maraqlandıq. Eksperimental biologiya kafedrasının müdiri, dosent Ələddin Qədimov fakültənin biologiya müəllimliyi ixtisaslı 324-cü qrup tələbəsi Tomriz Həsənovanı tərbiyəli, sakit və çalışqan bir bakalavr kimi səciyyələndirdi. Yanvar semestrindəki imtahanlardan "4"-"5" qiymətlər aldığını söylədi.

Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Sumqayıt Dövlət Universitetinin 10 illik salnaməsində nailiyyətlər az deyil. 2010-cu ilin uğurları sırasında tələbə T.Həsənovanın dünya çempionatındakı yüksək göstəricisi Novruz bayramı ərəfəsində qazanılmış ən sevindirici müvəffəqiyyətdir. Uğurlar olsun! 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov