Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri

Bookmark and Share

1944-cü ildə mən konservatoriyanın nəzdində olan 10 illik musiqi məktəbinin 1-ci sinfinə getmişəm. Fortepiano çalırdım, müəllimim də məktəbin direktoru, professor Kövkəb xanım Səfərəliyeva idi. O illəri mən heç zaman unutmayacağam.

Musiqi məktəbində 7 il oxuduqdan sonra, VIII sinfin I rübündə artıq qət etdim ki, mən musiqiçi olmayacağam. Atamın kitabxanasındakı kitabların çoxunu oxuduğumdan məndə ədəbiyyata böyük həvəs oyanmışdı. Adi orta məktəbə keçib, sonra ADU-nun filologiya fakültəsində oxumaq arzusu qəlbimdə baş qaldırmışdı. Niyəsə bunu atama söyləməkdə çətinlik çəkirdim. Yaxşı xatirimdədi, 1952-ci ilin oktyabr ayının ortasında atamın kabinetinə girib ona bu arzumu dedim. O, əvvəl fikrə getdi, sonra gülümsəyib: "Hə, deyəsən qızım pianoçu yox, alim olmaq fikrinə düşüb! Nə deyirəm ki, səni ən yaxşı qız məktəbinə - 132 nömrəli məktəbə keçirdərəm". Elə də oldu. Mən VIII sinfin II rübündən həmin məktəbin VIII "B" sinfinin şagirdi oldum. O gündən mənim çətinliklərim başladı. Humanitar fənlərdən çətinlik çəkmirdim. Lakin riyaziyyat, fizika və kimya fənlərindən heç bir anlayışım olmadığını özüm də, müəllimlərim də tezliklə başa düşdük. Musiqi məktəbində bu fənlərin çox zəif keçilməsi mənim üçün böyük problem yaratdı. Çox savadlı və olduqca ziyalı müəllimlərimiz var idi. Allah hamısına rəhmət eləsin. Ədəbiyyat müəllimimiz Bilqeyis Məmmədova (Təhmasib) məndə ədəbiyyata olan həvəsi daha da artırdı. Riyaziyyat müəllimlərimizi - Sadıq Sadıqovu, Əhməd Əhmədzadəni də böyük məhəbbətlə xatırlayıram.

VIII sinfin II rübü qurtardıqdan sonra Sadıq müəllim məni yanına çağırıb dedi ki, qızım, sən riyaziyyatdan, həndəsədən, fizikadan özün də bilirsən ki, çox zəifsən, belə getsə, biz səni sinifdə saxlamalı olacağıq. Başa düşürəm ki, çalışırsan, lakin əvvəldən bünövrə olmadığından heç nə alınmır. Atana de ki, məktəbə gəlsin, onunla da söhbət edib vəziyyəti başa salaq.

Mən evdə atama dedim ki, ata, səni məktəbə çağırırlar. Onun sifəti çox ciddi görkəm aldı, başını bulayıb dedi: "Məktəbdə neyləmisən?". Mən cavab verdim ki, heç bir pis iş görməmişəm, yalnız dərslərlə bağlı məsələdir.

Səhərisi gün atam məktəbə gəlib, müəllimlər otağında bütün müəllimlərlə çox mehriban görüşdü, hal-əhval soruşub onlara xoş sözlər dedi. Sonra Sadıq müəllim əhvalatı atama başa saldı. Sinifdə qalacağım barədə fikir atamın xoşuna gəlmədi... Bir az fikirləşəndən sonra: "Ay Sadıq müəllim, görürsünüz də, təqsir Xavər xanımdadır. Mən ona dedim ki, bu uşaqların üçünü də musiqi məktəbinə vermə. Bu da nəticəsi. Doğrudan da, orada bu fənlərə çox fikir verilmir, əsas musiqi fənləridir. Mən sizi də başa düşürəm. Lakin gərək bir çıxış yolu tapaq. Əgər müəllim tutub Aybənizi evdə çalışdırsam necə olar? Dərs ili qurtarana qədər əgər xeyri olmasa, onda, neyləməli, sinifdə qalar..." dedi.

Sadıq müəllim atamla razılaşdı. Fizika müəllimimiz Bəhram Sultanov Azərbaycan Pedaqoji İnstitutunda da dərs dediyindən Şəfiqə adlı bir tələbəni atama məsləhət gördü. Şəfiqə hər dərsdən sonra mənimlə demək olar ki, iki saat  məşğul olurdu. III və IV rüblərdə artıq mənim qiymətlərim düzəldi və məni sinifdə saxlamadılar. Təəssüflə qeyd edirəm ki, kamal attestatımda qiymətlərimin hamısı "5", riyaziyyat, fizika, kimya fənlərindən "3" olmuşdu.

İllər ötdü... Atamın yubileyi ilə bağlı məktəblərdə keçirilən görüşlərdə mən bu xatirəni söyləyib, o zamanlar mənəvi dəyərlərimizin necə saf olduğunu vurğulayıram. Təhsilə münasibət o qədər ciddi idi ki, valideynlərə heç bir fərq qoyulmurdu. O zaman heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, Aybəniz Vəkilova adlı şagirdə Səməd Vurğunun qızı olduğuna görə layiq olmadığı yüksək qiymət yazılsın. Bunu nə atamın özü, nə mən, nə də ki, sinif yoldaşlarım başa düşə bilməzdilər. Yalnız müəllim və şagird münasibətləri var idi.

Mən indi artıq 70 yaşa qədəm qoyuram. Həyatımda nəsə yaxşı bir iş görürəmsə, o məktəb illərini, atamı, müəllimlərimi xatırlayıram. Valideynlərimə və müəllimlərimə xəyalən müraciət edib deyirəm: "Çox sağ olun! Nə yaxşı ki, həyatımda sizin kimi insanlar olub!". 

Bu yazını redaksiyamıza Səməd Vurğunun
ev-muzeyinin direktoru
 Aygün Vəkilova
(Aybəniz Vəkilovanın qızı) təqdim edib.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov