Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

Novruzu anamla birgə keçirmək istəyirəm

Bookmark and Share

Elimizə, obamıza bahar gəlir. Bahar öz gəlişi ilə sevinc gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı hisslərini artırır. Bahar fəslini həm də ona görə sevirik ki, onun ilk ayında - martda xalqımızın milli bayramı olan Novruz qeyd olunur. Artıq həmin müqəddəs bayramı qeyd etməyə sanılı günlər qalır. Xalqımız bu bayrama  böyük  sevinclə hazırlaşır. Biz isə Novruz bayramı ərəfəsində müdriklərimizin dediyi bu sözə əməl etməyə çalışdıq: "Bayramda yetim qəlbini sevindirmək, onun yanında olmaq, arzularını eşitmək, könlünü almaq böyük savabdır". Elə bu xeyirxah niyyətlə yolumuzu Bakının Xətai rayonundakı  3 nömrəli uşaq evinə saldıq.

Onu da qeyd edək ki, uşaq evinin qapısından daxil olduğumuz elə ilk andan Novruz bayramının xoş ab-havasını duymağa başladıq. Burada bayrama ciddi hazırlıq işləri görülürdü. Süfrələrimizin bəzəyi olan səməni xonçaları göz oxşayırdı. Uşaq evinin sakinləri olan uşaqlar öz müəllim və tərbiyəçiləri ilə birlikdə bu bayramın sevincini yaşayırdılar. Lakin uşaqlar nə qədər  bayrama coşqu ilə hazırlaşsalar da, onların gözlərindəki  bir nisgili, kədəri, ağrını  görməmək mümkün deyildi. Onlar  ata-analarının, doğmalarının yolunu gözləyirlər... Uşaqlardan bəziləri ailəsinin heç harada olduğunu belə bilmir. Müəllimlər də, tərbiyəçilər də etiraf etdilər ki, uşaqlara nə qədər çox qayğı ilə  yanaşılsa, diqqət göstərilsə belə onların gözü hey  valideynlərini axtarır. Elələri də var ki,  ümumiyyətlə valideyn üzünə həsrətdirlər, doğulduqları gündən ata-ana qayğısından məhrumdurlar.

Hansısa səbəblərdən uşağından imtina edən valideynlər birinci növbədə Allah,sonra isə uşaq qarşısında böyük günah işlədirlər. Doğma uşağını küçədə atan, ən yaxşı halda öz əli ilə onu uşaq evinə verən valideynlərə,fikrimizcə, heç cür bəraət qazandırmaq olmaz. 

Bəziləri buna belə haqq qazandırır ki, dolanışıq çətindir, maddi vəziyyət aşağı olduğundan onu saxlamaq qeyri-mümkündür. Bu,əslində çox yanlış bir fikirdir. Hər cür əziyyətə qatlaşıb övladlarını saxlayan, onlara təhsil verən ailələrimizin sayı məgər azdırmı?  Bütün çətinliklərə baxmayaraq, analıq-atalıq borcunu layiqincə yerinə yetirənlər bu cür düşünməyi ağıllarına belə gətirmirlər. Bəli, bir ata- ananın öz övladına qıymadığı sevgini, nəvaziş və diqqəti uşaqlar məhz bu uşaq evində görürlər. Bəs görəsən, uşaqlar özləri bu haqda nə düşünürlər?   

Bizim, eyni zamanda ürəklərində nisgil yaşadan uşaqlar üçün də  bu mövzuda  söhbət etmək təbii ki, olduqca ağır idi. Uşaqlar cavab verməkdə  tərəddüd keçirirdilər, onları atan valideynlərinin yerinə sanki özləri xəcalət çəkirdilər. Onlardan daha ürəkli çıxıb bizimlə söhbət etmək istəyən isə Şahanə Kərimova və Aslan Salmanov oldu.

Şahanə  5 nömrəli Bakı  peşə liseyində mühasib, fərdi kompüter üzrə operator ixtisasına yiyələnir. 16 yaşı var. 11 yaşından 3 nömrəli uşaq evindədir. 9 yaşında olarkən anası vəfat edib. Atasının isə üzünü belə görməyib. Çox qısa bir müddət  babasının öhdəsində qalan  Şahanə və qardaşı  sonradan bu uşaq evinə verilib. Qardaşı Turalın artıq 17 yaşı var. Uşaq evinin yaxınlığındakı 29 nömrəli orta  məktəbdə XI sinifdə oxuyur.                                                            

Aslan da 29 nömrəli orta  məktəbin IX sinif şagirdidir. 7 yaşından 2 bacısı ilə birlikdə  uşaq evinə verilib. Bir bacısı artıq ailə qurub. Aslan hazırda kiçik bacısı Fatimə ilə birlikdə burada qalır. O da atasını görməyib. Atası onları atdıqdan sonra  anası imkansızlıqdan uşaqları  uşaq evinə verib. Aslan danışdıqca kövrəlirdi. Onun üçün ailə müqəddəsdir. Təhsil aldığı məktəbdə sinif yoldaşlarının hərəsi bir ailədən gəlir. Onların arasında elə uşaqlar var ki, böyüdükləri ailələrin maddi vəziyyəti aşağıdır, çətinlik çəkirlər. Lakin həmin uşaqların  Aslan və onun kimi digər yoldaşlarından əsas fərqi ondadır ki, onlar öz ata-analarının yanındadırlar. Bu uşaqların hər birinin   onu sevən, evdə gözləyən, qayğısına qalan anası, həmçinin əzizləri, doğmaları var. Uşaq evinin sakinlərinin isə bir anası var- bu, uşaq evinin müdiri Zöhrə anadır. Uşaqlar onu çox sevirlər.

Novruzu anamla birgə keçirmək istəyirəm

"Birdən atan gəlsə, onu bağışlayarsanmı" sualına  Aslan cavab verməkdə çətinlik çəkdi və bir anlıq tutuldu. Dedi ki,  bilmirəm. Amma ona bircə sual verərdim. Nə səbəbə bizi atmısan, bizim nə günahımız var? Özüm ata-ana  nəvazişindən məhrum olsam da, heç bir uşağa mənim həyatımı yaşamağı rəva bilmirəm və heç bir valideynə də  öz övladına belə bir həyatı yaşatmağı arzulamıram. Aslanın ən böyük arzusu gələn il  Novruz  bayramını bacısı ilə birlikdə öz anasının yanında keçirməkdir. Hər zaman anasının yanında olmaq, onun nəvazişini hiss etmək istəyir. "Dünyada anadan əziz nə var ki" -deyir. Onu da bildirir ki, bu xoşbəxt hadisə baş verərsə, böyüyüb boya-başa  çatdığı uşaq evindəki nə sevimli müəllim və tərbiyəçilərini, nə də oranın sakinlərini unutmayacaq. Bayramlarda gələrək öz sevimli  Zöhrə anasını, onun və bacılarının qayğısını çəkmiş müəllimlərini təbrik edəcək. Onu da qeyd edək ki, Aslan dövlətimizə layiqli  bir hərbçi olmaq arzusundadır.    

Şahanənin arzuları bitib-tükənməzdir

Şahanənin də gözlərindəki qəmi, ata-ana həsrətini görməmək qeyri-mümkündür. 9 yaşından anasızlığın  nə demək olduğunu  yaxşı bilən, atasının üzünü belə görməyən Şahanə  təsəllisini uşaq evində onu əhatə edən xeyirxah insanların yanında tapır. Uşaq evində fəaliyyət göstərən  musiqi, rəqs, xalçaçılıq, kompüter dərnəklərində məşğul olan bu yeniyetmə qızın demək olar ki, boş vaxtı qalmır. "Azəri" rəqs qrupunun üzvü olan Şahanə öz yoldaşları ilə birlikdə tez-tez dövlət qurumları və təşkilatları tərəfindən  keçirilən müxtəlif tədbirlərdə uğurla iştirak edir. Gözəl mahnılar, rəqslər ifa edir və bütün çıxışları hər zaman alqışlarla qarşılanır.

Şahanə atasının üzünü görməsə belə, bu insanın  onu və qardaşını axtarıb  tapmasını istəyir. Lakin onunla  birlikdə getməyə  heç zaman  razı olmayacağını söyləyir. "Bu qədər vaxtı  yanımıza gəlməyib, bizim varlığımız belə onu maraqlandırmayıb. Bundan sonra heç istəmərəm ki, bizi öz yanına aparsın. Sadəcə, yanımıza gəlməsini istəyirəm. Babam  gəlib aparsa, onunla gedərəm". Şahanənin də arzuları  bitib- tükənməzdir. Uşaqlarla işləmək onun üçün maraqlıdır. Ən böyük arzusu ibtidai sinif müəllimi olmaqdır.  Ata-analarının yanında böyüyən  uşaqların olduqca xoşbəxt olduqlarını  deyən Şahanə onlara öz valideynlərinin qədrini bilmələrini, incitməmələrini arzuladı.

Papağının içinə qoyulan şirniyyatları dostları ilə paylaşır

Uşaqlar özləri və ailələri haqqında danışmaqda çətinlik çəkirdilər. Onları  Novruz bayramı ilə bağlı nə kimi  məlumatları olduğunu soruşmaqla  ovundurmaq istədik.  İkisi də  Novruzun  onlar üçün  müqəddəs bir  bayram  olduğunu  qeyd etdi. Uşaq evində bayramı hər il olduqca gözəl və şən keçirdiklərini bildirdilər. Şahanə Novruz bayramı ərəfəsində təmizlik işləri ilə məşğul olmaqdan, mətbəxdə onlar üçün  müxtəlif şirniyyatlar hazırlayan qadınlara kömək etməkdən xoşu gəldiyini söylədi. Aslan isə bu bayramın əsas qəhrəmanları olan Keçəl və Kosanın  bir-birilə zarafatlaşmasından, başlarına gələn məzəli əhvalatlara tamaşa etməkdən xoşlandığını dedi.  Aslan onu da bildirdi ki, axır çərşənbə axşamı öz yoldaşlarının  qaldıqları otaqların qapısına papaq  atır. Papağının içinə qoyulan cürbəcür şirniyyatları və çərəzləri sonradan  dostları ilə paylaşır.

Aslan və Şahanə  bu il də uşaq evində Novruz bayramını yüksək səviyyədə, maraqlı  keçirəcəklərini bildirdilər.  Bayram münasibətilə hazırlanmış tamaşalarda, səhnəciklərdə rol alan uşaqlar öz dostlarının qarşısında çıxış edəcəklər.

Bəli, uşaqlarla birlikdə keçirdiyimiz bir gün kədərli,  eyni zamanda şən, maraqlı söhbətlərlə başa çatdı. Onlarla  olmaq, ağrılı  və şad günlərini birlikdə paylaşmaq bizim üçün olduqca xoş idi. Uşaqların söhbətlərindən bir daha anladıq ki, onlar öz valideynlərini, doğmalarını hər zaman bağışlamağa hazırdırlar. Yetər ki,  ata-analar sevgilərini,  nəvazişlərini və qayğılarını onlardan əsirgəməsinlər. Uşaqlarından imtina etməsinlər.   

Samirə KƏRİMOVA,
fotolar Niyazi RƏHİMOVUNDUR

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov