Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Oktyabr 2010 - 40

 

Dərsliklərimiz, uğurlarımız və problemlərimiz

Bookmark and Share

Təhsilin uğurlarını təmin edən amillər arasında dərsliklər mühüm yer tutur. Şağird dərsliklə işləyir. Qarşısındakı kitab onu hər cəhətdən qane etməlidir: bədii-estetik cəhətdən onun zövqünə, elmi-metodik baxımdan yaş və inkişaf səviyyəsinə uyğun olmalı, pedaqoji-tərbiyəvi prinsiplərə ciddi riayət edilməklə hazırlanmalı, eyni zamanda texniki tərtibatına görə mükəmməl olmalıdır. Dərslik şagirdin yaxın dostuna, istəkli sirdaşına çevrilməlidir. Belə dərsliklə ünsiyyətdə olan şagirdin qarşısında təhsil standartlarının yerinə yetirilməsi ilə bağlı ən ciddi tələblər qoymaq o qədər də çətin olmur.

Respublikamızda dərsliklərin hazırlanması və məktəblərə vaxtında çatdırılması istiqamətində Təhsil Nazirliyində görülən işlər ildən-ilə təkmilləşdirilir. Nazirliyin yaratdığı plüralist imkanlardan bəhrələnən dərslik müəllifləri və nəşriyyatlar son illərdə həm şagirdlərin, həm də valideynlərin rəğbətini qazanan xeyli adda orta məktəb dərslikləri hazırlamış və şagirdlərin istifadəsinə vermişlər. Bir çox dərslik və proqramlar yeniləşdirilmişdir. 1-3-cü sinifləri əhatə edən, kurikulum islahatının tələblərinə müvafiq hazırlanmış dərslik komplektləri artıq məktəblərə paylanılmışdır.

Təəssüflə qeyd etməliyəm ki, görülmüş işlər bəzi mətbuat orqanlarında lazımınca qiymətləndirilmir, bəzən dərsliklərlə bağlı xırda qüsurlar ya şişirdilir, ya da qərəzliliyə, birtərəfliliyə yol verilir. Sözsüz ki, iş olan yerdə çatışmazlıqlar da ola bilər. Lakin ümumilikdə baxış bucağı hər bir işdə yaxşını görməyə, ümummilli maraqları üstün tutmağa yönəldilməlidir. Mən də qeydlərimi hazırlayarkən məhz bu cəhəti əsas götürməyə çalışmışam...

Mövcud dərsliklər ilə yaxından tanışlıq göstərir ki, respublikamızda dərsliklərin tərtibatı və hazırlanmasında dünya pedaqoji təcrübəsində mövcud olan bir çox müasir və mütərəqqi cəhətlər nəzərə alınır. Məsələn, dərsliklərdə əksini tapan elmi-didaktik materiallarda şagirdlərin yaşına uyğunluq əsas şərtlərdən biri kimi gözlənilmişdir. Dərslik hazırlığına verilən əsas tələblərdən biri kimi onun  aid olduğu fənnə dair elmlilik səviyyəsi, pedaqogika və psixologiyanın tələbləri gözlənilərək hazırlanması nəzərə alınmışdır. Müəlliflər qarşısında tələb qoyulmuşdur ki, dərsliyin dili sadə və anlaşıqlı olmalı, mürəkkəblikdən qaçılmalıdır. Eyni zamanda müəlliflər elə dərsliklər hazırlamalıdırlar ki, şagirdin qəlbində incə duyğular, insansevər hisslər cücərdə bilsin. Əsas prinsiplərdən biri də Vətənə məhəbbət, xalqımızın milli mənəvi dəyərlərinə bağlılıq olmalıdır. Nəhayət, dərslər tədris planında nəzərdə tutulmuş dərs saatlarına aid proqramlarla paralel işlənilməlidir...

Məqsədim heç də dərslik standartlarını saymaq deyil. Son illərdə, xüsusən son iki-üç il ərzində dərsliklərin tədricən keyfiyyətcə yaxşılaşması ilə bağlı fikirlərimi bildirmək istərdim. Təəssüflə xatırlayıram ki, ötən yaxın illərdə dərsliklərdə elmi təhriflərə yol verilir, istər müəlliflər, istərsə də nəşriyyatlar buna "xırda məsələ" kimi baxırdılar. Lakin Təhsil Nazirliyinin əlaqədar qurumlarının rəhbərliyi dərsliklərin işlənməsinə alim-pedaqoqlarla yanaşı, orta məktəblərin təcrübəli müəllimlərini də cəlb etməklə bu işi canlandırmağa, həmin qüsurların aradan qaldırılmasına, demək olar ki, nail olmuşdur. Hazırda şagirdlərin istifadəsində olan  dərsliklərin, demək olar ki, hamısında orta məktəb müəllimləri  əsas müəlliflərdən biri, rəsmi rəyçi, yaxud metodik cəhətdən işləyən qismində hazırlanma prosesində işə cəlb olunmuşlar. Məsələn, XI sinfin "Ədəbiyyat" dərsliyi ilə bağlı müzakirələrdən sonra dərsliyin hazırlanmasında rəsmi rəyçi kimi iştirakımı Təhsil Nazirliyində bu işə orta məktəb müəllimlərinin cəlb olunması istiqamətində görülmüş işlərin təzahürü kimi qiymətləndirirəm.

Fənn birləşməsinin rəhbəri kimi V-XI siniflərdə Azərbaycan dili dərsliklərinin vəziyyəti ilə bağlı müəllimlərin fikir və mülahizələri ilə tez-tez qarşılaşıram. Abşeron rayonunda müəllimlərin builki ənənəvi sentyabr konfransının Azərbaycan dili və ədəbiyyat bölməsinin iclasında da iştirakçı müəllimlər dərsliklərin son nəşrlərində özünü göstərən üstünlüklərdən, ötən nəşrlərdə təsadüf olunan qüsurların artıq aradan qaldırıldığından razılıq hissi ilə danışdılar. VIII və IX siniflərdə alternativ dərsliklərin olmasını şagirdlərin diferensial təlimi üçün əlverişli  vasitə kimi bəyəndiklərini bildirdilər.

Dərsliklə bağlı düşüncələrimi bölüşərkən prioritetləri də qeyd etmək istərdim. Azərbaycanımızın tarixi keçmişinə, mənfur qonşularımızın zaman-zaman xalqımıza qarşı törətdikləri xəyanətlərin ifşasına, milli faciələrimizi doğuran səbəblərin dərkinə - bir sözlə, şagirdlərimizin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyələnməsinə yönəldə bilən materialların seçilib dərsliklərin səhifələrində yerləşdirilməsinə üstünlük verilsin. Tarixi həqiqət bütün acılığı və şəffaflığı ilə balalarımız üçün açılsın, onların qəlbində xəmiri xeyirxahlıq və humanizmlə yoğrulmuş xalqımızın düşmənlərinə qarşı nifrət alovlandırılsın, torpaqlarımıza göz dikmiş yadellilər adı ilə tanıtdırılsın, dostla düşməni seçmək bacarıqları aşılansın... Bunlar mənəvi-əxlaqi tərəflərdir. Təhsil standartları baxımından məktəblilərin müstəqil düşünmək, öz fikirlərini yaradıcı şəkildə ifadə etmək, mühakimə yürütmək, faktları və hadisələri təhlil etmək bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradan materiallara üstünlük verilsin. Müasir tədris tələbləri və təhsilin strategiyasını əsas tutmaqla gələcəkdə kurikulum islahatına keçid nəzərə alınsın...

Bir də canı və qanı ilə illərlə təhsilə bağlı olub, həyatını ona həsr edən təcrübəli və səriştəli müəllimlərin bu işə (dərsliklərin hazırlanmasına!) cəlb olunması daha da genişləndirilsin. Məncə, belə insanların xidməti müxtəlif tribunalardan şəxsi mənfəəti naminə sözçülük edənlərdən daha artıq fayda gətirər... 

Hüseyn ŞAHBƏNDƏYEV,
Xırdalan şəhər 6 nömrəli
məktəbin Azərbaycan dili
və ədəbiyyat müəllimi
 

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

15 Oktyabr 2010 - 40

Prezident İlham Əliyev Mingəçevir şəhərində şahmat məktəbinin açılışında iştirak edib
 
Misirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi bir yaşını qeyd edib
 
Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirildi
 
Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi
 
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri ADU-da
 
Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək
 
Yüksək fəxri ad və "Tərəqqi" medalı alması xəbərini kim necə qarşılayıb
 
Ötən illərin unudulmaz xatirələri
 
Heydər Əliyev adına lisey
 
Yeni qiymətləndirmə təhsil sistemində tətbiq edilən yeniliklərdən biridir
 
Sənəti ilə ürəklərdə yaşayan şair
 
Dünya iqtisadiyyatının qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin bir sıra aspektləri
 
BSU-da "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib
 
Prezident təqaüdü alan məzunlar və yubilyar müəllimlərlə görüş
 
Azərbaycan şairi Türkiyədən mükafatla qayıdıb
 
Bakıda "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres keçiriləcək
 
Müəllimlərin səviyyəsindən razı qaldım
 
İngilis dili dərslərində  rollu oyunlardan istifadə
 
Müəllim-şagird münasibətləri
 
Pedaqoji prosesə müasir yanaşma günün tələbidir
 
Mübarizləri olan Vətən basılmaz!
 
Şəhid Mübariz
 
İmişli təhsili bu gün
 
Xüsusi qabiliyyəti  olan uşaqlarla  işin reallaşdırılması mexanizmi
 
Əmək hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
 
Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi
 
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
 
İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı
 
"Azəri" mahnı və rəqs ansamblı beynəlxalq festivalın qalibi oldu
 
Məktəblilər üçün Nobel mükafatı
 
"Nano" ilə hər kəs təmasda ola biləcək
 
Qeyri-adi dərs
 
"İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir
 
"Narkomaniya ağ ölümdür" adlı elmi-praktik konfrans
 
Quba məzarlığı: faktlar, sənədlər
 
Azərbaycan aliminin  kitabı İranda nəşr olunub
 
Tətbiqi pedaqogika yollarında
 
Şərəfli pedaqoq-alim ömrü
 
Azərbaycan Dövlət Pedaqoji Kollecində Zərifə Salahova ilə görüş keçirilib
 
Yaddaşlarda qalan müəllim
 
Dərsliklərimiz, uğurlarımız və problemlərimiz
 
Hər bir şagird kitabları sevməli və qorumalıdır
 
Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Dünyanın məşhurları  Qəlbində Allah sevgisi yoxdursa...
 
Microsoftun yaradıcısı Bill Qeyts
 
İkiqat Azərbaycan və Avropa çempionu
 
Həmyerlimizin idman uğurları
 
Dünay universiteti: Tsinxua Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov