Bütün xəbərlər
1 sentyabr, 15:31

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisəsi Vorvik Universiteti arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Səfər çərçivəsində ADNSU-nun rektoru dosent Rüfət Əzizov və rektorun elmi inkişaf məsələləri üzrə müşaviri Orxan Kərimzadə universitetin fəaliyyəti ilə yaxından tanış olublar.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Vorvik Universiteti Jaguar, Land Rover, Tata Steel, Airbus, Rolls-Royce, BAE Systems, Goodyear, James Walker, Horiba MIRA, Bosch və AVL kimi dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edir. Bu tərəfdaşlıqlar əsasında mərkəzdə sənayenin tələblərinə uyğun innovativ layihələr hazırlanır, tətbiqi tədqiqatların nəticələri real istehsalatda sınanır və yeni məhsulların inkişafı təmin olunur.

Bildirilib ki, universitetin əsas hədəfi Vorvik Universiteti ilə əməkdaşlığı yalnız təhsil sahəsində deyil, həm də tədqiqat və inkişaf istiqamətində gücləndirməkdir. Bu məqsədlə ölkə üçün strateji əhəmiyyət daşıyan sahələr üzrə birgə layihələrin icrası nəzərdə tutulur.

“ADNSU yaxın gələcəkdə sənaye müəssisələrinə tədqiqat və inkişaf xidmətləri təqdim edən güclü bir universitet kimi formalaşacaq. Bunun üçün tələbə və gənc tədqiqatçılarımızın sənayenin ehtiyaclarını düzgün qiymətləndirməsi və praktiki bacarıqlarını təkmilləşdirməsi mühüm şərtdir,” – deyə rektor Rüfət Əzizov qeyd edib.

1 /4

Şərhlər

Xəbər lenti

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:28

Agentlik ADNSU-nun 10 tələbəsinə təqaüd verəcək

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:44

Müəllimlər üçün süni intellektə dair təlim keçirilir

1 sentyabr, 15:33

"Universitetlərimizin böyük potensialı var" – ABŞ-də çalışan azərbaycanlı professorla MÜSAHİBƏ

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:20

Oxumadı, amma oxutdu: Tağıyevin təhsilə olan sevgisi

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.