Bütün xəbərlər
1 sentyabr, 17:28

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qonaqları salamlayaraq ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib. Suya tələbatın artması, su resurslarının azalması fonunda yeni ixtisaslı kadrların yetişdirilməsinin, yeni yanaşmaların tətbiq olunmasının əhəmiyyətindən söz açan sədr Zaur Mikayılov ADNSU-da bu sahədə ilk dəfə olaraq ali təhsil alan tələbələr üçün Təhsil Təqaüd proqramı vasitəsilə agentliyin gənclərə və ali təhsilə dəstək olmağı hədəflədiyini bildirib. 

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında sənaye ilə əməkdaşlığın yalnız tədris prosesinə deyil, elmi-tədqiqat fəaliyyətlərinə də müsbət təsir göstərdiyini vurğulayıb. O, universitetin əsas məqsədlərindən birinin ölkə üçün prioritet sahələrdə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək olduğunu qeyd edib. Təqaüd proqramına seçilən tələbələri təbrik edən rektor, əməkdaşlığın yalnız təhsil sahəsində deyil, eyni zamanda elmi və innovativ təşəbbüslərin reallaşdırılmasında da önəmli rol oynadığını bildirib. R.Əzizov sənayedə çalışan peşəkarların tədris prosesinə cəlb edilməsinin və su ehtiyatları mövzusunda konfransların keçirilməsinin tələbələrin peşəkar inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin birgə elmi tədqqiat işlərinin və təhsil proqramlarının həyata keçirilməsinin müasir texnologiyaların tətbiqi və bu istiqamətdə kadr hazırlığı kimi məsələlər də gündəmə gətirilib. Agentlik tərəfindən Təqaüd qazanan tələbələr göstərilən diqqətə görə universitet rəhbərliyinə və agentliyə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın bu il ilk dəfə qəbul aparılan “Su ehtiyatlarının idarə olunması və mühafizəsi” üzrə magistr səviyyəsinə qəbul olan 10 nəfər tələbəsinə Agentlik tərəfindən təqaüd veriləcək. 

1 /6

Şərhlər

Xəbər lenti

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:44

Müəllimlər üçün süni intellektə dair təlim keçirilir

1 sentyabr, 15:33

"Universitetlərimizin böyük potensialı var" – ABŞ-də çalışan azərbaycanlı professorla MÜSAHİBƏ

1 sentyabr, 15:31

ADNSU ilə Vorvik Universiteti arasında əməkdaşlıq genişlənir

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:20

Oxumadı, amma oxutdu: Tağıyevin təhsilə olan sevgisi

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.