Bütün xəbərlər
1 sentyabr, 20:05

“Müsabiqədə 70 ölkədən 140 komanda iştirak edir və bu tələbələr IT və kompüter elmləri sahəsinin ən qabaqcıl, istedadlı gəncləri hesab olunurlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICPC 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalı ilə bağlı açıqlamasında Millət Vəkili Fariz İsmayılzadə  bildirib.

O qeyd edib ki, onlar gələcəyin proqramçıları, mühəndisləri və texnologiya mütəxəssisləridir və bu sahədə aparıcı şirkətlərdə çalışacaqlar:

“Müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq imicinə və nüfuzuna mühüm töhfə verir. Eyni zamanda Azərbaycanda IT texnologiyalarının, kompüter təhsilinin və ümumilikdə rəqəmsal sənayenin inkişafına dəstək göstərir. Bu, ölkəmizdə gənc proqramçı nəslinin yetişməsinə və inkişafına da ciddi təsir edəcək”.

O əlavə edib  ki, yarışmanı dünyanın nəhəng texnologiya şirkətləri — Google, Microsoft, OpenAI və digərləri yaxından izləyir:

'Onlar bu yarışma vasitəsilə istedadlı tələbələri işə cəlb edir və bu da həmin şirkətlərlə Azərbaycanın əlaqələrinin güclənməsinə gətirib çıxarır. Gələcəkdə bu şirkətlərin Azərbaycanda təmsilçilik mərkəzləri və tədqiqat bazalarının yaradılması da istisna deyil".

Fariz İsmayılzadə bildirib ki, yerli komandalar əvvəlki illərdə keçirilmiş regional yarışlarda uğurla çıxış edərək qalib olublar. Lakin bu dəfə söhbət dünya miqyasında keçirilən final mərhələsindən gedir və rəqabət son dərəcə güclüdür.

“Gözləntilərimiz böyükdür, amma onu da nəzərə almaq lazımdır ki, ötənilki qaliblər sırasında Sinqapur, Pekin və Honqkonq universitetləri kimi yüksək reytinqli ali təhsil ocaqları var. Bu isə yarışmanın səviyyəsini və çətinlik dərəcəsini bir daha göstərir. Ümid edirik ki, bizim gənclər də öz bacarıqlarını nümayiş etdirəcək və yaxşı nəticə göstərəcəklər”, — deyə, o vurğulayıb

Şərhlər

Xəbər lenti

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:28

Agentlik ADNSU-nun 10 tələbəsinə təqaüd verəcək

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:44

Müəllimlər üçün süni intellektə dair təlim keçirilir

1 sentyabr, 15:33

"Universitetlərimizin böyük potensialı var" – ABŞ-də çalışan azərbaycanlı professorla MÜSAHİBƏ

1 sentyabr, 15:31

ADNSU ilə Vorvik Universiteti arasında əməkdaşlıq genişlənir

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:20

Oxumadı, amma oxutdu: Tağıyevin təhsilə olan sevgisi

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.