
2025/2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul olanlar üçün təhsil tələbə kreditlərinə (TTK) müraciət prosesi bu gün başa çatır.
Təhsil Tələbə Kredit Fondunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova “Azərbaycan müəllimi”nə bildirib ki, təhsilin bu səviyyəsi üzrə prosesin start götürdüyü vaxtdan, yəni iyulun 24-dən bu günədək fonda məxsus elektron portal vasitəsilə 1800-dən çox müraciət daxil olub. Onların 1400-dən çoxu rəsmiləşdirilib: “Magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunan namizədlər üçün qeydiyyat prosesi avqustun 21-də başlayıb və bu gün həmin prosesin sonuncu günüdür”.
Gülnar Zeynalova qeyd edib ki, ümumiyyətlə, bu günədək magistratura səviyyəsi üzrə 16 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib. 2024/2025-ci tədris ilinin payız və yaz semestrləri üzrə 5160 kredit müqaviləsi imzalanıb: “Qeyd edim ki, daha yuxarı kurslarda təhsil alan tələbələr TTK-ya müraciətlərini semestrin sonuna qədər təqdim edə bilərlər”.
Gülnar Zeynalova xatırladıb ki, 2025/2026-cı tədris ili üzrə TTK üçün müraciət dövrü iyulun 24-dən, yəni ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların sənəd qəbulu prosesi ilə eyni vaxtda başlayıb: “Bununla da bakalavriat səviyyəsindən məzun olub magistraturaya qəbul olunan tələbələr təhsil qeydiyyatlarını həyata keçirdikləri dövrdə, eyni zamanda e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə kreditinə müraciət imkanı əldə ediblər.
Elektron qeydiyyat prosesi avqustun 4-dək uzadılıb və bu müddət ərzində əyani və ödənişli əsaslarla təhsil alan magistrlər də TTK ilə bağlı müraciətlərini uğurla tamamlayıblar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər