
“Bakının belə mötəbər yarışa ev sahibliyi etməsi həm qürur, həm də böyük məsuliyyətdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev səsləndirib.
”Azərbaycanın paytaxtında dünyanın 70 ölkəsindən yüzlərlə gənc proqramçını qarşılamaq bizim üçün böyük şərəfdir. Bu möhtəşəm tədbirin reallaşmasına dəstək verən təşkilatçılara, sponsorlara və könüllülərə təşəkkürümü bildirirəm. Xüsusi minnətdarlığıma layiq qurumlardan biri də Mərkəzi Bankdır. Eləcə də Bil Pauçerin altı ay əvvəlki təqdimatı bu yarışmanın miqyasını və beynəlxalq əhəmiyyətini bir daha göstərdi”, – deyə o qeyd edib.
Hafiz Paşayev əlavə edib ki, təhsilə qoyulan sərmayə və biznes təşəbbüslərinin dəstəklənməsi ölkənin davamlı inkişafını və rifahını təmin etməyin ən effektiv yollarındandır:
“İnnovativ IT ekosisteminin formalaşması şirkətlərin qlobal biznes reytinqində mövqeyini getdikcə daha çox müəyyənləşdirəcək. Bakıda ICPC dünya finalının keçirilməsi isə bu yolda atılan mühüm addımlardan biridir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər