
“Artıq rəqəmsal əsrin ilk yarısını başa vurmaq üzrəyik və bu dövrdə bacarıqlı gəncləri problem həll etməyə, birgə işləməyə və cəmiyyətə faydalı sistemlər yaratmağa təşviq etmişik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının açılış mərasimindən öncə jurnalistlərə açıqlama verən ICPC Fondunun prezidenti Bil Pauçer səsləndirib.
O qeyd edib ki, bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər. Çünki ICPC dünya finalı məhz burada keçirilir və dünyanın dörd bir yanından ən istedadlı tələbələr hazırda buradadır: “Onlar təkcə öz gələcəklərini düşünmür, həm də əldə etdikləri biliklərlə cəmiyyətə necə töhfə verə biləcəklərini planlaşdırırlar. Bu bizi ruhlandırır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər