
Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ilində keçirilən ilk iclasını LDU-nun rektoru, Elmi Şuranın sədri, prof. Natiq İbrahimov açıb, iştirakçıları yeni tədris ili münasibətilə təbrik edərək uğurlar arzulayıb və gündəlikdə duran məsələlər barədə məlumat verib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Elmi Şurada müzakirə edilən ilk məsələ – “2025/2026-cı tədris ili üçün tələbə qəbulu planının icrasının ilkin nəticələri barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.
“Universitetin beynəlxalq əməkdaşlıq fəaliyyəti və reytinq sistemləri ilə bağlı görülən işlər haqqında” elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyevin məlumatı dinlənilib.
Yay semestrinin rəhbəri dos. Fərid Xankişiyev yay semestrinin nəticələrinin təhlilini və yekun hesabatını təqdim edib.
Yeni tədris ili üçün universitetin maddi-texniki bazasının və təchizatın hazırlığı haqqında təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor Azər Əliyev hesabat verib.
Universitet üzrə yeni ştat cədvəlinin təsdiqi barədə Maliyyə, Mühasibat və Təminat Mərkəzinin direktoru Rəşad Rzazadənin məlumatı dinlənilib.
Universitetin yeni “Strateji İnkişaf Planı”nın hazırlanması üçün İşçi Qrupun yaradılması haqqında Baş elmi katib dos. Allahşükür Quliyev danışıb. Elmi şurada açıq səsvermə yolu ilə işçi qrupun 9 nəfərlik tərkibi təsdiq edilib.
Elmi Şurada cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərarlar qəbul olunub.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər