Bütün xəbərlər
1 sentyabr, 15:44

Avqustun 26-dan etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində çalışan 300 nəfər pedaqoji heyət üçün “Tədris prosesində süni zəka texnologiyaları” üzrə təlim təşkil olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlər dekabr ayına qədər davam edəcək.

Təlimin məqsədi müəllimlərə süni zəka texnologiyalarının tədris prosesində istifadəsi ilə bağlı fundamental bilik və bacarıq qazandırmaq, onları fərdiləşdirilmiş dərs planları və öyrədici vasitələr hazırlamağa yönləndirmək, eyni zamanda “ICDL Insights Artificial Intelligence” beynəlxalq serifikasiyasına hazırlamaqdır.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, o cümlədən “Microsoft” və digər süni intellekt üzrə ixtisaslaşmış şirkətlərlə süni intellekt istiqamətli həllərin tətbiqi üzərində işlər aparır.    

Hazırda Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumları tərəfindən “Süni intellekt” həllərinin tətbiqi istiqamətində ilkin hazırlıq və təhlil işləri aparılır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri təhsilalanlar üçün real dərs mühitində verdiyi suallara düzgün, dəqiq və başa düşülən cavablar təqdim edən və təhsilverənlər üçün isə metodik vəsaitlərin izahını, dərs planlarının hazırlanmasını və qiymətləndirmə meyarlarının izahını təmin edən süni intellekt həllərinin hazırlanmasıdır.

Süni intellektin tətbiqi istiqamətində yeniliklər həyata keçirildikcə mütəmadi olaraq aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək. 

Şərhlər

Xəbər lenti

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

1 sentyabr, 17:32

ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub

1 sentyabr, 17:28

Agentlik ADNSU-nun 10 tələbəsinə təqaüd verəcək

1 sentyabr, 17:27

Samir Məmmədov: Azərbaycan rəqəmsal transformasiyanı milli prioritet müəyyən edib

1 sentyabr, 17:02

Hafiz Paşayev: Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır

1 sentyabr, 16:55

Taleh Kazımov: ICPC gələcəyin texnologiya liderlərinin formalaşdığı yerdir

1 sentyabr, 16:25

Bakıda 49-cu ICPC Dünya Finalı keçirilir

1 sentyabr, 16:00

Bil Pauçer: Bu gün dünyanın ən ağıllı şəhəri Bakı hesab oluna bilər

1 sentyabr, 15:33

"Universitetlərimizin böyük potensialı var" – ABŞ-də çalışan azərbaycanlı professorla MÜSAHİBƏ

1 sentyabr, 15:31

ADNSU ilə Vorvik Universiteti arasında əməkdaşlıq genişlənir

1 sentyabr, 15:15

Rezidenturada boş yerlər üçün seçim başladı

1 sentyabr, 15:07

Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

1 sentyabr, 14:37

LDU-da Elmi Şuranın ilk iclası keçirilib

1 sentyabr, 14:33

Magistratura təhsilini necə cəlbedici etmək olar? – RƏY

1 sentyabr, 14:20

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

1 sentyabr, 14:20

Oxumadı, amma oxutdu: Tağıyevin təhsilə olan sevgisi

1 sentyabr, 14:11

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

1 sentyabr, 13:59

Magistraturaya daxil olanlarla 1400-dən çox təhsil krediti müqaviləsi bağlanılıb

1 sentyabr, 13:57

Dünyadakı soydaşlarımızı ana dilimizə bağlayan körpü: “Azərbaycan məktəbi”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.