Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

ADPU-nun bir qrup məzununa diplom və fəxri fərmanlar təqdim edildi

 

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində 2011-2012-ci tədris ilinin məzunlarını yolasalma mərasimi keçirildi. Tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək müstəqil həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində müvəffəqiyyətlər dilədi.

Bildirdi ki, bu il ADPU-nu 10 fakültə üzrə əyani şöbədə 1343 tələbə, qiyabi şöbədə isə 8 fakültə üzrə 528 tələbə bitirir. Eyni zamanda bu il universitetin magistraturasının əyani şöbəsində 11 istiqamət, 39 ixtisas üzrə 155 nəfər, qiyabi şöbəsində isə 8 istiqamət, 22 ixtisas üzrə 116 nəfər magistr təhsilini başa çatdırır.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik ideyalarını və siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllim adına, müəllim əməyinə yüksək qiymət verdiyini məmnunluqla vurğulayan Y.Məmmədov bildirdi ki, bu il aprelin 20-də ADPU özünün 90 illik yubileyini yüksək səviyyədə qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixli sərəncamı ilə ADPU-nun 38 nəfər əməkdaşı ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə və universitetin 90 illik yubileyi münasibəti ilə  yüksək dövlət mükafatları ilə təltif edilib.

Bu diqqət və qayğıya, yüksək təltiflərə görə universitetin çoxminli kollektivi adından dövlət başçısına öz dərin təşəkkürlərini bildirən rektor onu da böyük qürur hissi ilə qeyd etdi ki, zəngin tarixi inkişaf yolu keçən ADPU fəaliyyət göstərdiyi dövr ərzində respublikamız üçün müxtəlif ixtisaslar üzrə 150 minə qədər pedaqoji kadr hazırlayıb.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Türkiyənin Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor-doktor Buket Akkoyunlu, təhsil ocağının məzunu olmuş, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və başqaları çıxış edərək bu il ADPU-nu bitirən məzunları təbrik etdilər, sabahın müəllimlərinə uğurlar arzuladılar.

Sonra universitetin bir qrup məzununa diplom, fəxri fərmanlar təqdim olundu. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov