Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

"Hollandiya - güllər ölkəsinə səyahət" mövzusunda rəsm sərgisinə yekun vurulub

 

Böyütmək üçün şəkili seçinAprelin 24-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri və Tətbiqi Sənət Salonunda "Hollandiya - güllər ölkəsinə səyahət" mövzusunda keçirilən rəsm sərgisinə yekun vurulub. Azərbaycanda Hollandiya günləri çərçivəsində təşkil olunan sərgidə Bakı şəhər məktəblilərinin ümumilikdə 300-ə yaxın rəsm işi nümayiş etdirilib.          

Tədbirdə Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Holland rəssamlarının da iştirak etdiyi yekun mərasimində məktəblilərə Niderland Krallığının ölkəmizdəki səfirliyinin sertifikatı və xatirə hədiyyələri təqdim olunub. Rəsm işləri arasında ən yaxşı 3 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Xüsusi qabiliyyəti ilə seçilən şagirdlərə isə holland rəssamları tərəfindən ustad dərsləri keçiriləcək.

Qeyd edək ki, sərgidə seçilmiş 26 rəsm işi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunacaq "Avrokənd" mədəni-kütləvi tədbirində nümayiş etdiriləcək.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov