Redaktorun seçimi
.jpeg)
Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi
.jpg)
Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ

Gənclər niyə elmdən uzaqlaşır? – gənc tədqiqatçı rəyi

Hakaton XXI əsr bacarıqlarının formalaşdığı təhsil platformasıdır – Nilüfər Rəhimova

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub
.jpg)
MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar
.jpg)
Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ
Pedaqoji yazılar

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

Agentik süni intellektin işçi qüvvəsinin transformasiyasına təsiri

Litvada keyfiyyətli peşə və ali təhsilin təmin edilməsi

Beynəlxalq Təhsil İcmalı – May 2025

Elektron olan hər vasitə faydalı deyil
Artıq bütün dünyada yeniyetmə və gənclər arasında elektron siqaretlərin (e-siqaretlərin) istifadəsi ciddi ictimai səhiyyə problemi kimi geniş müzakirələrə səbəb olub.Elektron nikotin ötürücü sistemləri (ENÖS) bütün dünyada, xüsusilə də yeniyetmə və gənclər arasında sürətlə populyarlıq qazanır. İnsanlarda bu məhsulların “daha təhlükəsiz alternativ” olması ilə bağlı yanlış təsəvvür formalaşıb. Halbuki bu məhsulların buxarlarında diasetil, tütünə xas nitrozaminlər və uçucu üzvi birləşmələr kimi zərərli maddələr var.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərin yeniyetmələr arasında artan istifadəsini “narahatedici tendensiya” kimi qiymətləndirir və onların sağlamlıq üçün zərərli olduğunu bildirir.ÜST-nin Avropa nümayəndəliyi tərəfindən 2024-cü ildə yayılan hesabatda 15 yaşlı yeniyetmələrin 32 faizinin e-siqareti sınaqdan keçirdiyi, 20 faizinin isə son 30 gündə istifadə etdiyi bildirilib. Hesabatda vurğulanır ki, bu sahədə cinslər arasındakı fərq azalıb. Siqaret, alkoqol və e-siqarət istifadəsində qızlar oğlanlara çatır, bəzi hallarda isə onları ötür.ÜST bildirir ki, son illər yeniyetmələr arasında alkoqol istifadəsi də geniş yayılıb. Hesabatda 15 yaşlı respondentlərin 57 faizinin alkoqolu sınaqdan keçirdiyi, 13 yaşlılarda bu göstəricinin 5, 15 yaşlılar arasında isə 20 faizə yüksəldiyi göstərilir. Bu, gənclər arasında alkoqolun getdikcə daha çox yayıldığını və müdaxilə tədbirlərinin zəruriliyini vurğulayır.Həmin hesabata görə, 15 yaşlıların 32 faizi elektron siqaret, 25 faizi isə adi siqaret çəkir. 13 yaşlılar arasında bu göstərici müvafiq olaraq 16 faiz (e-siqaret) və 11 faiz (adi siqaret) olub.Təşkilatın Avropa üzrə regional direktoru H.P. Kluge deyib ki, “Beyinin inkişafı 25 yaşa qədər davam etdiyindən çalışmalıyıq ki, heç olmasa, o yaşadək yeniyetmə və gəncləri zərərli və asılılıq yaradan məhsullardan qoruyaq. Bizim məqsədimiz hər bir uşağın həyata daha sağlam başlamasıdır”.“The Gardian” qəzeti Mançester Metropolitan Universitetinin bu mövzuda tədqiqatının nəticələrini açıqlayıb. Universitet əməkdaşları 60 nəfər 20 yaşlı gənci sabit velosiped üzərində test edib. Üç qrupa bölünən gənclərin 20-si siqaret və ya elektron siqaret istifadə etməyən, 20-si azı iki ildir elektron siqaret çəkən, qalan 20-si isə ən azı iki ildir siqaret çəkən şəxslər olub.Nəticələr açıqlanarkən e-siqaret istifadəçilərinin orta “maksimal fiziki güc göstəricisi” siqaret çəkənlərin göstəricisinə yaxın, lakin siqaret və ya elektron siqaret çəkməyənlərlə müqayisədə xeyli aşağı olub. Bundan əlavə, e-siqaret və siqaret istifadəçiləri oksigen qəbulunda da çətinlik çəkiblər. Dəqiqədə müvafiq olaraq 2,7 litr və 2,6 litr olan bu göstərici siqaret və e-siqaret çəkməyənlərdə 3 litr olub.Həmçinin qan analizləri və ultrasəs müayinələri göstərib ki, siqaret və e-siqaret istifadəçilərinin qan damarları siqaret çəkməyənlərə nisbətən zəif işləyir.ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) araşdırmasına görə, yeniyetmələrdə nikotinin istifadəsi beyinin inkişafında gecikməyə və asılılıq riskinin artmasına səbəb olur.Bundan əlavə, bu qruplar test zamanı daha çox nəfəs darlığı, ayaq əzələlərində güclü yorğunluq və qanlarında əzələ yorğunluğunun göstəricisi olan laktat səviyyəsinin yüksəkliyi ilə qarşılaşıblar.Bu maddələr yeniyetmələrin beyin inkişafına mənfi təsir göstərə, ciddi yaddaş və diqqət problemlərinə də səbəb ola bilər.Tibbi tədqiqatlar göstərib ki, elektron siqaret istifadəsi DNT-ni dəyişməklə xərçəng riskini artıra, beyinlə yanaşı başqa daxili orqanlara da zərər verə bilər. İmperial Kollecin ictimai səhiyyə üzrə dosenti F. Filippidisin sözlərinə görə, “E-siqaretlər yeniyetmə və gənclərə ucuz qiymətə, cəlbedici dadlarla təqdim olunur. Nəticədə, daha çox gənc uzunmüddətli sağlamlıq risklərindən xəbərsiz şəkildə bu vərdişi mənimsəyir”.Britaniya hökuməti “Tütün və e-siqaretlər Qanunu” vasitəsilə uşaqlara yönəlmiş “məsuliyyətsiz” marketinqin qarşısını almaq və siqaretin mərhələli şəkildə qadağan edilməsi layihəsi üzərində işləyir.Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrdə birdəfəlik e-siqaretlərin satışına qadağa qoyulması planlaşdırılır.Bu ölkələrdə maarifləndirməyə xüsusi diqqət yetirilir. Məktəblərdə və ictimai yerlərdə e-siqaretin zərərləri haqqında məlumatlandırma kampaniyaları təşkil olunur.UNICEF və Avropa Komissiyası arasında 2025-ci ildə başlayan üçillik tərəfdaşlıq çərçivəsində Avropa ölkələrində uşaqların və yeniyetmələrin sağlamlıq nəticələrinin yaxşılaşdırılması xüsusi hədəf kimi qoyulub. Bu təşəbbüs mental sağlamlıq problemləri, artan piylənmə və uşaqlar arasında e-siqaret və alkoqol istifadəsinin kütləviləşməsi kimi məsələləri əhatə edəcək.Bir sıra beynəlxalq təşkilatlar yeniyetmələrin sağlamlığını qorumaq məqsədilə e-siqaretin və tütün məhsullarının dövriyyəsinin azaldılması üçün aşağıdakı tədbirlərin reallaşdırılmasını təklif edir:– aksiz vergilərinin artırılması;– satış saatlarının və yerlərinin məhdudlaşdırılması;– bütün dadlandırıcı maddələrin qadağan olunması;– kütləvi informasiya vasitələrində və sosial mediada reklamların və sponsorluğun tam qadağan edilməsi.Qeyri-hökumət təşkilatlarının nümayəndələri qeyd edir ki, bu kimi tədbirlərin həyata keçirilməsi yalnız hüquqi mexanizmlərlə məhdudlaşmamalı, həm də maarifləndirici və tərbiyəvi yanaşmalarla müşayiət olunmalıdır. Məktəblərdə sağlam həyat tərzi təbliğ edilməli, ailə və cəmiyyətin rolu gücləndirilməlidir.Azərbaycanda da yeniyetmələr arasında elektron siqaretlərin istifadəsinin artması narahatlıq doğurur. Elm və Təhsil Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi müəyyən maarifləndirmə tədbirləri həyata keçirsə də, UNICEF-in 2024-cü il məlumatlarına əsasən bu istiqamətdə daha sistemli profilaktik proqramlara ehtiyac var.Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
Təhsil TV - Canlı yayım
3 iyun, 10:13
Yüklənir
"Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində təlimlər keçirilir
"Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində təlimlər keçirilir. 3 iyun tarixinə qədər davam edəcək təlimlər SABAH ...
2 iyun, 19:38
Yüklənir
Qarabağ Universitetinin klinikası bu tarixdə fəaliyyətə başlayır
Qarabağ Universitetinin klinikası bu tarixdə fəaliyyətə başlayır. #TəhsilTV #EduAz #QarabağUniversiteti #Klinika #TibbFakültəsi.
2 iyun, 18:30
Yüklənir
Nazir: Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq
Nazir: Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq. #TəhsilTV #EduAz #AliTəhsil #TələbəQəbulu #EminƏmrullayev.
2 iyun, 18:00
IV sinif şagirdlərinin monitorinqi bu mövzular üzrə olacaq
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2025-ci ilin 17 may tarixində keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat fənləri üzrə monitorinqinin çərçivə sənədini təqdim edib.Bu barədə ARTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Müvafiq keçidə daxil olmaqla çərçivə sənədi ilə tanış ola bilərsiniz:IV sinif üzrə monitorinq çərçivə sənədi 2025
.png)
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

Monitorinqdən aşağı qiymət alan şagird sinifdə saxlanılacaq?

Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

Bu universitet 345 vakansiya elan etdi

Sertifikatlaşdırma imtahanının vaxtı açıqlandı
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.