Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2014 - №46

 

Sumqayıt Dövlət Universitetində əmək yarmarkası

 

Böyütmək üçün seçinNoyabrın 21-də Sumqayıt Dövlət Universitetində əmək yarmarkası keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə reallaşıb.

SDU-nun humanitar məsələlər üzrə  prorektoru, dosent Nizami Namazov Dövlət Məşğulluq Xidmətinin  rəis müavinləri  Şahbaz Xələfov, İbrahim Heydərov və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham Hüseynova universitetin rəhbərliyi və professor-müəllim, tələbə heyəti adından belə bir tədbiri təşkil etdikləri üçün öz dərin minnətdarlığını bildirib. Vurğulayıb ki,  universitetdə əmək yarmarkası keçirilməsi tələbələrin həyatında əmək bazarına çıxmaq və öz gələcək karyerasını qurmaqda  çox mühüm və vacib amildir.

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktor əvəzi İlham Hüseynov   universitetin rektoru  Elxan Hüseynova  əmək yarmarkasının keçirilməsinə şərait yaratdıqlarına görə təşəkkürünü bildirib.

Bu gün ölkəmizdə yeni iş yerlərinin yaradılmasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyi diqqətə çatdırılıb, bu işin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyət prioritetlərindən birinə çevrildiyini, vətəndaşların əmək bazarına baxımından aktiv məşğulluq tədbirlərinin keçirildiyini vurğulayıb.

 Qeyd olunub ki, son illər ölkənin müxtəlif rayonlarında əmək yarmarkalarının təşkili bir ənənə halını almışdır və təcrübə göstərir ki, bu yarmarkaların keçirilməsi   vətəndaşların işlə təmini istiqamətində böyük səmərə verir. Əmək yarmarkasında  5-i dövlət, 32-si qeyri-dövlət olmaqla Sumqayıt şəhərində fəaliyyət göstərən 37 işəgötürən tərəfindən 620 ştat vahidi boş iş yerləri (vakant vəzifələr) təqdim olunub, Sumqayıtın iri müəssisələri olan Sumqayıt Texnologiyalar Parkı, Gilan Tekstil Müəssisəsi, Bismak Qida-Sənaye Kompleksi, BASF Kimya Şirkəti, "İntertextile" ASC və s. şirkətlər əmək yarmarkasında iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və BMT İnkişaf Proqramının əməkdaşlığı ilə həyata keçirilən "Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı" layihəsi çərçivəsində 2013-cü ilin sentyabr ayında SYSLAB Sumqayıt Mərkəzi fəaliyyətə başlamışdır. SDU-da təhsilini yeni bitirmiş və 2015-ci ildə bitirəcək məzunların bu layihədə iştirakı imkanları nəzərə alınaraq SYSLAB Sumqayıt Mərkəzi də tədbirdə iştirak etmişdir. Məzunlar və sonuncu kurs tələbələri layihə və mərkəzin fəaliyyəti haqqında məlumatlandırılmış, layihədə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edilmişdir.    

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov