Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları

Bookmark and Share

Təxminən üç həftə öncə ölkəmizin paytaxtında Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİA) keçirildi. Olimpiadada dünyanın 33 ölkəsindən 300-ə yaxın şagird iştirak edirdi. 4 gün davam edən olimpiadanın proqramına qaliblərin müəyyənləşdirilib mükafatlandırılması ilə yanaşı müxtəlif görüşlərin, mədəni-kütləvi tədbirlərin, gəzintilərin təşkili də daxil edilmişdi. Proqram çərçivəsində belə görüşlərdən biri aprelin 7-də Təhsil Nazirliyində oldu. Təhsil naziri cənab Misir Mərdanovun olimpiadanın bir qrup iştirakçısı ilə keçirilən həmin görüşündə Türkiyə, Gürcüstan, Polşa, Tailand, Malayziya və b. ölkələrdən olan müəllim və şagirdlər iştirak edirdilər. Fürsətdən istifadə edib görüşdən sonra olimpiada iştirakçısı olan şagirdlərin bir neçəsindən qəzetimiz üçün qısa müsahibələr aldıq.

Özümüzə müsahib seçərkən Azərbaycandan uzaqda yerləşən və təhsil sistemi haqqında nisbətən az məlumatımız olan ölkələrin təmsilçilərinə üstünlük verdik. Beləliklə, müsahiblərimiz Malayziya məktəblisi Muhamad Akmal Asmadi, tailandlı Navapan Tanloh və polşalı şagird Alisya Ruszczakdır. Hər üç şagirdə eyni sualları ünvanladıq: hansı məktəblərdə, neçənci sinifdə oxuyurlar, öz ölkələrində analoji olimpiadada iştirak ediblərmi, hazırkı olimpiadaya hansı layihələrlə gəliblər, təmsil etdikləri ölkələrdə repetitorluq varmı, müəllimlərə hədiyyə verilirmi, gələcəkdə hansı ixtisas üzrə ali təhsil almaq fikrindədirlər, ölkəmiz haqqında təəssüratları necədir və s. 

Malayziyada müəllimlərə ancaq müəllim günündə hədiyyə verirlər 

Malayziyadan olan məktəbli Muhamad Akmal Asmadi suallarımıza cavab olaraq söylədi ki, Qafar Baba adına Mara kiçikyaşlılar üçün Elmlər Kollecində ("Mara Yunior sciense Collegetun Chafar Baba") V sinifdə oxuyur. 17 yaşı var. Kolleci bu il bitirəcək. Malayziyada müxtəlif olimpiadalar, bilik yarışları keçirilsə də hazırda iştirakçısı olduğu olimpiada tipli yarışlar təşkil edilmir. Təbiət elmlərinə böyük həvəs göstərir, buna görə də ətraf mühitin mühafizəsi problemləri onu yaxından maraqlandırır. Bu mövzuda olimpiadada ilk dəfə iştirak edir. Ölkəmizdə keçirilən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası haqqında məlumatı İnternet vasitəsi ilə əldə edib və onda iştirak etmək qərarına gəlib. "Elektrik enerjisi - "Piozo"nun yeni mənbəyi kimi - Düyü qabığı" mövzusunda layihə hazırlayaraq olimpiadanın təşkilat komitəsinə göndərib.

Muhamad Akmal Asmadi  bildirdi ki, onların ölkəsində, o cümlədən oxuduğu məktəbdə də müəllimlərə hədiyyələr verilir. Ancaq bu ildə bir dəfə - yalnız müəllim günündə olur.

Malayziyalı məktəblinin dediklərindən aydın oldu ki, onların ölkəsində ayrı-ayrı fənləri dərindən öyrənmək üçün fərdi şəkildə müəllimlə məşğul olmaq təcrübəsi, yəni repetitorluq yoxdur. Bu məqsəd üçün birillik xüsusi kurslar mövcuddur. Belə kursları təhsil müəssisələri təşkil edir. Orta məktəbi bitirdikdən sonra və universitetlərə girməzdən əvvəl kim istəsə həmin kurslarda bir il əlavə hazırlıq keçə bilər. Hər kəs seçimi özü edir. O, özü həkim-nevroloq olmağı qarşısına məqsəd qoysa da belə kurslara gedib-getməyəcəyini hələ bilmir.

Ölkəmizə ilk dəfə gəldiyini deyən malayziyalı məktəbli paytaxtımızdan çox xoşu gəldiyini, şəhərimizin artıq bir sıra görməli yerlərində olduğunu söylədi. Bildirdi ki, insanlarımız ona xüsusilə xoş təsir bağışlayır. Onlar çox diqqətli və mehribandırlar. Küçələrdə rast gəldiyi adamlardan onunla birlikdə şəkil çəkdirmək istəyənlər çox olub. 

Tailandda repetitorluq yoxdur 

İkinci müsahibimiz Tailand məktəblisi Navapan Tanlohun 15 yaşı var. O, Kentalalak məktəbində ("Kentalalak school") X sinifdə oxuyur. Məktəbi gələn il bitirəcək. Arzusu alim olmaqdır. Bunun üçün dəqiq fənləri və təbiət elmlərini daha yaxşı öyrənməyə çalışır. O da bildirdi ki, indiyədək heç bir olimpiadada iştirak etməyib. Layihə olimpiadası qatıldığı ilk böyük beynəlxalq bilik yarışmasıdır. Ölkəmizdə belə bir olimpiadanın keçiriləcəyindən xəbər tutan kimi ona ciddi hazırlaşıb və bu hazırlığın nəticəsi olaraq "Penoplast ərzaq qutusundan hazırlanmış tavan layihəsi" adlı layihəsi ilə olimpiadada iştirak edir. Əmindir ki, tullantılardan səmərəli istifadə olunması iqtisadi mənfəət gətirdiyi kimi təbiətin mühafizəsinə, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına da böyük töhfə verə bilər.

Tərcüməçimiz ingilis dilində danışan Tailand məktəblisinə "onların məktəblərində müəllimə hədiyyə verilirmi" sualımızı nə qədər başa salmağa çalışsa da Navapan Tanloh bunu başa düşə bilmədi. Dedi ki, bu haqda anlayışı yoxdur. Ümumiyyətlə oxuduğu müddətdə belə bir hadisə ilə qarşılaşmayıb, nə özü hansısa müəllimə hədiyyə verib, nə də kiminsə verdiyini görüb. O habelə ölkələrində repetitorluğun da olmadığını söylədi. Bildirdi ki, orta məktəblərdə alınmış bilik ali məktəblərə qəbul üçün kifayət edir.

Navapan Tanloh da paytaxtımıza valeh olduğunu söylədi. Bildirdi ki, burada hündürmərtəbəli binalar çoxdur. Bizdə isə belə binalar azdır, indi-indi tikilir. 

Polşa məktəbliləri yalnız xüsusi qabiliyyət tələb edən universitetlərə əlavə hazırlaşırlar 

Polşadan olan müsahibimiz Alisya Ruszczak da suallarımızı həvəslə cavablandırdı. Söylədi ki, 16 yaşı var. Meridian beynəlmiləl məktəbində ("Meridian İnternational School") 9-cu sinifdə təhsil alır. Ötən il öz ölkələrində coğrafiya və biologiyadan keçirilən olimpiadada iştirak edib. Məktəbli qızın dediyindən məlum oldu ki, bu olimpiadalar onlarda sınaq imtahanları kimi təşkil olunur. Hər iki fənnə böyük həvəs göstərir. Beynəlxalq layihə olimpiadasında həmin fənlər üzrə bilik və bacarıqlar daha çox lazım gəldiyindən onda iki layihə ilə iştirak etmək qərarına gəlib. Seçdiyi layihələrin mövzuları coğrafiyadandır: "Biz mikroiqlimi necə dəyişə bilərik?", "Şəhərləri necə salmaq olar?". Əmindir ki, hər iki layihəsinin mövzusu çox aktualdır. Çünki hazırda dünya iqlim dəyişikliyindən çox əziyyət çəkir. Şəhərlərin salınmasında isə çox vaxt ekologiya nəzərə alınmır. Buna görə də o, layihələrinin heç olmazsa birinin bəyəniləcəyinə və mükafatlandırılacağına ümid edir.

Polşa məktəblisi bildirdi ki, onun ölkəsində də müəllimlərə hədiyyə vermək qaydası mövcuddur. Hədiyyə kimi müəllimlərə adətən gül təqdim olunur. Bəzən isə bu hədiyyələr suvenir, kitab şəklində olur. Müəllimlərə hədiyyə ildə iki dəfə - Beynəlxalq Müəllim Günündə və Yeni il bayramında verilir.

Gələcəkdə hansı ixtisas üzrə ali məktəbə gedəcəyini  hələ müəyyənləşdirmədiyini deyən Alisya onlarda da məktəb təhsilindən əlavə hazırlığın olduğunu, lakin onun repetitorluq şəklində deyil, xüsusi kurslar  vasitəsilə həyata keçirildiyini söylədi. Qeyd etdi ki, ölkəsinin məktəblilərinə daha çox xüsusi qabiliyyət tələb edən universitetlərə hazırlaşmaq lazım gəlir və onlar bu hazırlığı xüsusi kurslarda alırlar. Digər ali məktəblərə qəbul üçünsə məktəblərdə aldıqları biliklər kifayət edir.

O da ölkəmiz, paytaxtımız barədə öz təəssüratlarını "Azərbaycan çox gözəldir" sözləri ilə ifadə etdi. Bildirdi ki, insanlar çox qonaqpərvərdir. Şəhərimizlə hələ yaxşı tanış olmadığını deyən Varşava məktəblisi buna baxmayaraq doğma şəhərləri ilə Bakı arasında bəzi müqayisələr də apardı. Bildirdi ki, Polşada, o cümlədən Varşavada çoxmərtəbəli evlər daha çoxdur.

Hər üç müsahibimiz ölkəmizdə olmaqdan, beynəlxalq layihə olimpiadasında iştirak etməkdən dərin məmnunluq hissi duyduğunu bildirdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov