Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi

Bookmark and Share

XIX əsr ədəbiyyatından danışarkən, ilk növbədə, maarifçilik ideyalarının yayılması kimi böyük bir hərəkat yada düşür. Bu hərəkatın təkanverici qüvvələri ayrı-ayrı növ və janrlarda yazıb-yaradan sənətkarlar olsalar da, onları bir ideya - maarifçilik ideyası birləşdirirdi. Belə maarifçilərdən bəziləri məktəblər açmasalar da, xalqın maariflənməsi yolunda əllərindən gələni əsirgəmirdilər. Hələ o dövrlərdə M.F.Axundzadə H.B.Zərdabiyə yazdığı məktubların birində belə deyirdi: "Bir kampaniya təşkil edin və onlar da Azərbaycanın şəhər və kəndlərində məktəbxanalar açmaq işi ilə məşğul olsunlar".

Belə məktəb yaradan şəxslərdən biri də S.Ə.Şirvani olmuşdur. S.Ə.Şirvani şair olmaqla bərabər, işgüzar və istedadlı müəllim idi. Tədris prosesində müəllim S.Əzimin həyatı haqqında danışarkən onun pedaqoji fəaliyyətinə, Azərbaycan pedaqoji elmi tarixindəki roluna xüsusi diqqət yetirilməlidir. Bu məqam tədrisin həm keyfiyyətinin yüksəlməsinə, həm də şagirdlərin şair-pedaqoq haqqında məlumatlarının artmasına kömək edər.

Ömrünün 18 ilini məktəbdarlığa bağlayan şair elmin bir çıraq olub qaranlıq beyinləri işıqlandıracağını bilirdi. Hələ məktəb yaratmazdan əvvəl Şamaxı mühitində tədrisin köhnə qayda-qanunlarla, mollaxana üsulu ilə keçirilməsini tənqid edərək yazırdı:

Hər vilayətdə var beş-on məktəb,

Edirik kəsb onda elmü ədəb.

Məktəbin fərşi altı köhnə həsir,

Neçə ətfali-müflis onda əsir.

Şairin təsvirindən məktəbdəki dərs prosesinin hansı vəziyyətdə olması oxucuya tam aydın olur. Var gücü ilə yeni tipli məktəb yaratmaq üçün çalışan şair çox keçmir ki, Şamaxıda yeni üsullu məktəb açır. Onun bu məktəbində 36 şagird təhsil alırdı. Maddi ehtiyac içində yaşayan şair bu məktəbdən heç bir gəlir əldə etmirdi. Tədris prosesində müəllim şairin məktəb açandan sonra Şamaxı qaraguruhçular mühitində  ona edilən təzyiq və hücumlardan danışmalı, eyni zamanda bütün bu halların şairi qorxutmadığını, əksinə, onun öz işini daha da inkişaf etdirməyə çalışmasını xüsusi qeyd etməlidir. S.Əzim tərbiyə işinin kəmsavad, köhnəpərəst, dünyagörüşü kasad olan müəllimlərin əlinə verilməsini  istəmirdi. Belə adamların müəllimlik kimi şərəfli bir ada zərər gətirəcəyini deyirdi. Şair öz dövründə olan məktəb və dərsliklərin vəziyyəti haqqında şeirlərinin birində belə yazırdı:

Əvvəla, bizdə yox o məktəblər

Ki, verə kəsbi-elmi xalqa səmər,

Nə o günə kitablar əlan

Ki ola öz lisanında bəyan.

Bizə hasil nə şey olur yoxdan,

Ki ibtidadır kitabımız çoxdan.

Maarifpərvər şair gənc nəslin təlim-tərbiyəsi üçün yeni tipli dərsliklərin olmasını da böyük zərurət hesab edirdi. Açdığı məktəbində yeni tipli dərsliklərlə gənc nəslin təlim-tərbiyəsinə başlamaq üçün özü dərslik yaratmaq qərarına gəlir və buna tez bir zamanda nail olur. Şair ilk dərsliyini "Rəbiül-ətfar" ("Uşaqların baharı") 1878-ci ildə tamamlayır. Bu dərslikdən sonra şairin şöhrəti daha da artır. Mürtəce qüvvələrin hücumu isə səngimək bilmirdi.

S.Əzimin ikinci dərsliyi isə "Tacül-kitab" ("Kitabların tacı") adlanır. Şair bu dərsliyi 1883-cü ildə tamamlayır. Müəllif əsərini Aleksandrın taxta çıxdığı gün bitirdiyinə görə bu adı verir. "Müntəxəbat"ın müqəddiməsində şair hələ o zaman dilimizi Azərbaycan dili adlandırmışdır.

S.Ə.Şirvani dillərin öyrənilməsinə hələ öz dövründə böyük önəm verirdi. Belə ki, Şamaxıda  təhsil alan və orada  məktəb müəllimi işləyən A.Zaxarov S.Əzimi şəxsən görmüş və onun haqqında belə yazmışdır: "Hacı S.Ə.Şirvani 18 ildir ki, məktəb idarə edir. Fars, ərəb və bir neçə Dağıstan ləhcələrini bilir. Birinci dərəcəli  şair kimi tanınır. O, rus dilində oxumaq və yazmağı bacarır, rus dilində çətin danışır, lakin yaxşı başa düşür. Onun məktəbində  rus dili dəxi təlim edilir. Ruscanı təlim edən şəhər məktəbinin 6-cı sinif tələbəsidir".

S.Əzimin həyat və yaradıcılığı VIII sinif dərsliyində (müəllifi - N.Cəfərov, N.Araslı, S.Hüseynoğlu. Bakı, 2005) tezisvari xarakter daşıyır. Burada müəllim şairin həyat və yaradıcılığı haqqında biliklərini sistemli şəkildə şagirdlərə çatdırmalı, şairin yaradıcılığının əsasını lirik şeirlərin təşkil etdiyinə önəm verməlidir. Sonra müəllim şairin maarifçi şeirlərinin əsas ideyasını məktəb, təlim, tərbiyə təşkil etməsinə diqqəti artırmalıdır.

Bu zaman müəllim bir məsələyə xüsusi olaraq önəm verməlidir. Şair - nəsihət verən müəllim, real olaraq atadır, onun oğlunun simasında yetişməkdə olan gəncliyə öyüd-nəsihət verməyə mənəvi haqqı var. Müraciət forması kimi xitabdan istifadə edən şair gəncliyi elmə, təhsilə səsləyir, nicat yolunu ancaq elmdə görür.

Demirəm rus, ya müsəlman ol,

Hər nə olsan, get əhli-ürfan ol!

Demə bu kafər, ol müsəlmandır,

Hər kəsin elmi var, o, insandır.

Tədris prosesində təbii ki, "Əkinçi" qəzetinin fəaliyyəti ön plana çəkilməli və Seyid Əzimin oradakı fəaliyyəti xüsusi vurğulanmalıdır. "Əkinçi" qəzetində ən çox şeirləri çap olunan şair bu qəzeti paslı beyinləri işıqlandıran məşələ bənzədirdi. Hələ öz dövründə "Xalqın bircə nicat yolu varsa, o da maarifdədir," - deyən şair başqa ölkələrin tərəqqi etdiyini gördükdə, öz xalqını qəflət yuxusundan oyatmağa, köhnə cəhalət məngənəsindən azad etməyə çalışırdı. "Azadəlik səfasını bidar olan bilər", - deyən şair, yəqin etmişdi ki, yalnız bilikli, elmli və mədəni insanlar azadlıq əldə edə bilərlər.

Günü-gündən zəlibü xar oluruq,

Möhnəti qüssəyə düçar oluruq.

Bu qədər dərd kim olur hadis

Ona bielmlik olur bais.

Bir bəladır bu dərdi-nadani

Ki, onun elm olubdur dərmanı.

Tədris prosesində müəllim şairin didaktik-tərbiyəvi şeirləri, mənzum hekayə və satiraları haqqında məlumat verdikdə də onları maarifçiliklə əlaqələndirməlidir. Dərsin belə şəkildə qurulması şagirdə aşağı sinifdən S.Ə.Şirvani haqqında aldığı bilikləri genişləndirməyə imkan yaradır.

X sinfin dərsliyində (müəlliflər - N.Cəfərov, T.Kərimli, Z.Əsgərli, A.Bakıxanova. Bakı, 2005) şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Bu dərs prosesində müəllim şairin həyatı haqqında əvvəlki bilikləri möhkəmləndirdikdən sonra onun pedaqoji fəaliyyətində "siyasi cəhətdən şübhəli müəllim" kimi ittiham olunmasının səbəblərini şagirdlərə açıqlamalı və şair-pedaqoqun öz hüquqlarını bərpa etmək üçün apardığı mübarizələr şagirdlərə aşılanmalıdır.

Hər şeydən öncə  S.Əzim lirik şairdir. Böyük Füzulidən sonra ədəbiyyatımızda  ən böyük qəzəl ustasıdır. Aşiqanə qəzəllərində şair həqiqi aşiqin simasında yüksək insani məhəbbət, nəcib insani duyğular, mətanət və sədaqət, vəfa, əhdinə sadiqlik, çətinliklərə dözüm kimi sifətləri tərənnüm edirdi. Lirik qəzəllərində iki obraz var. Bunlardan biri, eşq şərabı içib məhəbbətə giriftar olan aşiq, digəri isə romantik bir xəyalla sevən məşuqədir.

Yüz sərvi-xuraman ola, könlüm səni istər,

Yüz baği-gülüstan ola, könlüm səni istər.

Şair həqiqi məhəbbəti və gözəli dünya nemətlərinin ən yüksəyi sayır və sevgilisini canından üstün tutduğunu söyləyir. Müəllimlərə kömək məqsədi isə şairin "Necə həmtay tutum hər büti-zibaya səni" qəzəlinin təhlilini verməyi məqsədəuyğun sayırıq. X sinif dərsliyində şairin "Necə həmtay tutum hər büti-zibayə səni" misrası ilə başlayan lirik qəzəli verilir. Əruz vəzninin rəməl bəhrində olan qəzəl 7 beytdən ibarətdir...

Qəzəlin birinci  misrası bədii sual üzərində qurulub:

Necə həmtay tutum hər büti-zibayə səni?

Vermərəm, tanrı bilir cümlə bu dünyayə səni.

Qəzəl Aşiqin dilindən söylənilir. Birinci beytdə dərin bir məhəbbətlə sevən aşiq gözəli əfsanəvi bütlərdən də yüksəyə qaldırır, onu bu dünyada heç nə ilə dəyişməyəcəyini Tanrının da bildiyini söyləyir.

Qorxuram ki, nəzər əhli deyə naqisdi bu söz,

Oxşadam hüsndə hərçənd tamam ayə səni.

Aşiq sevgilisinin gözəlliyini ayla müqayisə etmək belə istəmir, çünki belə müqayisə sevgili üçün azdır. Aşiq onların eşqinə göz qoyanların bu sözün yalan-naqis olmasını deyəcəklərindən qorxur.

Arizin gün əvəzi, aləmi nurani edən,

Gər mələklər çəkələr ərzi-müəllayə səni.

Sevgilisinin yanağının parlaqlığı o qədər çoxdur ki, o, gün əvəzində Aləmi işıqlandırdığı üçün göydəki mələklərin onu göyün ən uca qatına - 9-cu göyə  çəkəcəklərindən qorxan aşiq çox narahatdır.

İstəməz abi-bəqa Xızrı-Məsiha xurşid

Göstərə bir kəs əgər Xızri Məsihayə səni.

Sənin üzünün gözəlliyini görən Xızır peyğəmbər daha əbədi həyat axtarmaz, İsa Məsih səni görsə günəşi istəməz:

Şaxi gül qoyma sala sayə səni bağ içrə,

Bu nəzakətlə, gülüm incidər ol sayə səni.

Gözəl olduğu qədər də zərif və incə olan məşuqənin hətta gül budağının ona kölgə salmasını istəməyən aşiq, gülün budaqlarına da qısqanır, çünki gülün budaqları ona kölgə qədər yaxındır, bu yaxınlıq, bu kölgə məşuqəni incidə bilər. Aşiq isə ona yaxın ola bilmədiyi üçün bu kölgəni də qısqanır.

Ey pəriçöhrə, gəlir billəhi, heyfim özümün

Ki, desin yar, xəyaliq, məni-rüsvayə səni.

Cəfa çəkən aşiq həm də təvazökardır, o özünü belə gözələ layiq bilmir. Ey pəriüzlü gözəl, vallah mənim özümün də heyfim gəlir ki, xalq mənim kimi rüsvay olmuşu, adı dillərə düşən birisini sənə tay tutsun.

Nə edir arizuyi-hur, nə gülzari-behişt,

Versələr gərçi ki, bu Seyyidi-şeydayə səni.

Qəzəlin məqtə beytində bu gözəli əgər Seyyidə versələr, şair dini əfsanəyə görə cənnətdə ona vəd edilən cənnət pərilərindən imtina edəcəyini vurğulayır.

Qəzəlin dili çox aydın və şagirdlərin başa düşəcəkləri anlamdadır. Ərəb-fars izafətlərinə, dili ağırlaşdıran tərkiblərə rast gəlmirik. S.Ə.Şirvani yaradıcılığının orta məktəblərdə ətraflı tədrisi günümüzün aktual problemlərindən biridir. 

Xuraman HÜMMƏTOVA,
Heydər Əliyev adına liseyin
Azərbaycan dili və ədəbiyyat
müəllimi, filologiya elmləri namizədi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov