Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

"Mənim könlüm deyir ki..."

Bookmark and Share

Bu günlərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında  "Xalq   qəzeti"nin fotomüxbiri, YUNİSEF və "Qızıl Qələm" mükafatları laureatı Rafiq Salmanovun yeni çapdan çıxmış "Mənim könlüm deyir ki..." kitabının təqdimatı və 60 illik yubileyi keçirildi.

 Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mərasimdə respublikanın bir çox incəsənət və mədəniyyət xadimləri, millət vəkilləri, digər qonaqlar iştirak edirdilər.

  Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Lətifə Məmmədova Azərbaycan ifaçılıq sənətində özünəməxsus yer tutan sənətkarlarımız haqqında silsilə məqalələr hazırlayan və onların sənət aləminə əsrarəngiz rəng qatan R.Salmanova nazirliyin Fəxri fərmanını təqdim edərək, yubilyara gələcək yaradıcılığında uğurlar və cansağlığı arzuladı.

Sonra "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov çıxış edərək, R.Salmanovun milli mətbuata verdiyi töhfələrdən söz açdı. O, Rafiq müəllimin böyük zəhmət hesabına ərsəyə gətirdiyi kitabdan danışaraq, onun yüksək yaradıcılıq qabiliyyəti olduğunu və bundan səmərəli şəkildə istifadə etdiyini qeyd etdi. H.Həsənov kitabın ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə, xüsusən də Azərbaycan mədəniyyətinin dostu, kitabın nəşrinə maliyyə dəstəyi vermiş Bakı Metropoliteninin rəisi Tağı Əhmədova minnətdarlığını bildirdi.

Mərasimdə ustad xanəndələrimiz Əlibaba Məmmədov, professor Arif Babayev,  Canəli Əkbərov  R.Salmanovu 60 illik yubileyi münasibətilə təbrik etdilər. Azərbaycan musiqisinin korifeylərini bu kitabda cəmlədiyinə görə ona təşəkkür etdilər.

Tədbirdə  çıxış edən  Milli Məclisin deputatları Miri Qənbərov və Vahid Əhmədov  Rafiq Salmanovun ərsəyə gətirdiyi  "Mənim könlüm deyir ki..." kitabının işıq üzü görməsində "Xalq qəzeti"nin və onun baş redaktoru Həsən Həsənovun böyük əməyini yüksək dəyərləndirdilər. Onlar belə nəşrlərin gələcək nəsillər ücün böyük töhfə olduğunu və milli mədəni irsimizin qorunub saxlanılmasına xidmət etdiyini  vurğuladılar.

Ön sözün müəllifi,  Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi  R.Salmanovun  bu kitabının musiqi ifaçılarımızın dünəni, bugünü və sabahı barədə əhatəli sənədli əsər təsiri bağışladığını və bu əsərin daim qəlblərdə xüsusi yür tutacağını bildirdi.

Xalq şairi Zəlimxan Yaqub yubilyarı təbrik edərək onun haqqında xoş fikirlər səsləndirdi. O bildirdi ki, R.Salmanov yaxşı jurnalist olmaqla bərabər, həm də etibarlı dost, sədaqətli ailə başçısı və qayğıkeş atadır. Bütün bu yüksək keyfiyyətlərilə bərabər, onun həm də yüksək musiqi duymaq və bu musiqiləri dəyərləndirmək bacarığı var. Məhz bu keyfiyyətlər belə bir gözəl məzmunlu kitabın yaranmasına, onun oxunaqlı olmasına stimul verir.

Xalq  artistləri Ramiz Quliyev, Flora Kərimova, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova, Mələkxanım Əyyubova,  əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İsgəndərli və digər incəsənət ustaları öz gözəl ifaları ilə mərasim iştirakçılarına  xoş ovqat bəxş etdilər.   

Niyazı RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov