Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Biblioqrafiya

"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi

Bookmark and Share

Qloballaşmalar dövründə təhsili əqli və mənəvi inkişaf və zənginləşmənin ən mühüm vasitəsi sayan İntellekt erasında informasiyalar bolluğu burulğanında kompüter köməyinə arxalanan İnsan (bütün dil ailələrinə mənsub olanlar, sivilizasiyalılar) sacayağı suallara cavab axtarırlar: Biz kimik? Haradan gəlirik? Hara gedirik?

Bir vaxtlar İlahi Varlığı danma vasitəsi olan Elm indi Vahid və qüdrətli Yaradanın mövcudluğunu təsdiq və təhlil edən nailiyyətləri ilə diqqəti çəkir. Bütün dil, din və irqlər üzrə canlı varlıqlar - adamlar bütün bioloji-fizioloji cəhətləri ilə oxşardırlar. Eləcə də nəbatat və heyvanat aləmini təşkil edənlər arasında çox cüzi fərqlər var, fəqət oxşarlıq daha zəngin, daha qabarıq və təbiidir.

Ən maraqlısı budur ki, dünyanın müxtəlif guşələrində yaşayan xalqların təfəkkür və təxəyyülünün məhsulu olan bütün növ bədii-estetik yaradıcılıq məhsulları mövzu, süjet və motivlərinə görə oxşardır. Bu oxşarlıq hələ XVIII əsrdə Avropa alimlərinin diqqətini cəlb etmiş,  "sivilizasiya dəyərlərinin ancaq yunanlara məxsusluğu", "yunan və Roma incəsənəti və mədəniyyəti sivilizasiyanın əsasında dayanır və onun ana beşiyidir" fikri hökmran mövqe tutmuşdu.

Amerikanın kəşfi, burada yaşayan hindu tayfalarının aşkarlanması, onların mədəni-mənəvi dəyərlərinin Yunanıstan və Romadan uzaq məkanda mövcudluğu dünya xalqlarına məxsus oxşar mədəniyyətlərin mövcudluğunu, sivilizasiyada daxili çarpazlaşma ənənələrinin danılmazlığını ortaya qoydu. Beləliklə, oxşar mədəni dəyərlərlə bağlı müxtəlif, fəqət hər şeyin Şərqlə bağlılığını iddia edən, cəmiyyət inkişafında tarixi mərhələlərin oxşarlığını qəbul edən nəzəriyyələr yarandı.

XXI əsrdə oxşar mədəniyyətlərə yeni baxımdan yanaşmaqla dəyər vermək tarixilik yönümündən uğurlu addımdır.

"Dünya folklorundakı süjet oxşarlığı, şifahi yaradıcılığa məxsus oxşarlıq və qohumluq problemi XIX əsrin başlanğıcından folklor nəzəri fikrinin diqqət mərkəzində olmuşdur" fikrini vurğulayan filologiya elmləri doktoru, professor Azad Nəbiyev oxşarlıq və eyniliklərlə bağlı nəzəriyyələrin qəti fikrə gələ bilmədiklərini yeni nəzəri fikrin yaranması üçün əsas götürərək uzun müddətli müşahidə və eksperimentlərə başlamışdır. Beləliklə, BDU-nun Azərbaycan folkloru kafedrasının müdiri A.Nəbiyev ardıcıllıqla davam etdirilən eksperimentlər üzərində müşahidələrini, ciddi elmi arqumentlərə söykənən tədqiqatlarını ümumiləşdirərək dünya xalqlarının folklorundakı süjet oxşarlıqlarının xalqların tarixi gen birliyi ilə bağlılığı elmi-nəzəri qənaətinə gəlmişdir.

Azərbaycan MEA-nın müxbir üzvü A.Nəbiyev araşdırmalarını "Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" adlı monoqrafiyada (elmi redaktoru və ön sözün müəllifi akademik Fuad Qasımzadədir. Bakı: "Elm və Təhsil", 2009 - 100 s) əhatə edərək elmi ictimaiyyətə çatdırmışdır.

Oxşar mədəniyyətlərə yeni elmi baxışı əks etdirən geneoloji nəzəriyyəyə görə, oxşar mədəni dəyərlərin yaranması xalqların tarixi gen birliyi ilə bağlıdır. Müəyyən inkişaf mərhələləri keçmiş xalqların həyat şəraiti və inkişaf xüsusiyyətləri təhlil olunan monoqrafiyada geneoloji nəzəriyyənin riyazi modeli, inkişaf xüsusiyyətləri və fazaları barədə geniş məlumat verilmişdir.

Akademik F.Qasımzadənin "Oxşar mədəni dəyərlərə yeni elmi baxış"  kimi qiymətləndirdiyi tədqiqat bir neçə bölmədən ibarətdir.

Zəngin tarixi, filoloji, fəlsəfi ədəbiyyatları öyrənən folklorşünas alim birinci bölmədə oxşar mədəniyyətlərin öyrənilmə tarixini izləmiş, ayrı-ayrı tədqiqatçı fikrinə münasibət bildirmişdir. Həmin bölmədə ispan tarixçisi Pyetro Martira, fransız Jan de Leri, dominikanlı monarx Las Kazas Bartolome, Lafiton, Vikon, Jan Jak Russo, Gerder, Tik, Arnim, Brentanon, Şleqbe, Qrimm qardaşları, Benfey, Kroon, Taylor və b. alimlərin əsərləri mövzu baxımından diqqətlə, səriştəliklə elmi cəhətdən tədqiq, təhlil və təqdir edilmiş, yaxud fikir və mülahizələrə elmi etika dairəsində münasibət bildirilmişdir.

Monoqrafiyanın məzmun orijinallığı və elmi fikirlərə münasibət orijinallığı ilə maraq doğuran bölmələrindən biri "Oxşar mədəniyyətlərin mənşə birliyinə dair" adlanır.

Gen sözünün etimologiyası açıqlanmış, geneoloji tədqiqatların aparılmasının salnaməsi təsvir olunmuş, genlərin tam bölünməz irsiyyət vahidi hesab olunması mərhələsi təhlil edilmiş, N.Y.Marrın geneoloji baxışların nəzəri əsaslarına çox yaxınlaşması vurğulanmışdır.

Kitabın ayrıca bir bölməsində geniş fəaliyyət funksiyaları, parçalanma formaları və yaddaş kodunun dinamikası haqqında söhbət açılmışdır.

Professor A.Nəbiyev yazır ki, dünya xalqları üçün müştərək süjet qaynağı olan gen yaddaşı xalqların vəhşilik dövründən başlayaraq sivilizasiyaya doğru inkişafının birinci mərhələsində formalaşmışdır. Daha sonra müəllif gen  yaddaşının formalaşmasının çoxmərhələli və çoxfazalı olduğunu qeyd edərək, sonrakı dörd mərhələnin (fazanın)  səciyyəsini vermişdir. Həmin bölmədə gen-şəcərə, nəsil düşüncəsinin ümumi məzmun görüntüsünü ümumiləşdirən sxem,  gen düşüncəsi qaynağının riyazi ifadəsi - Gd=H1+(H2+H3)x(H4+H5) əksini tapmış, gen düşüncəsinin tarixi-genetik dəyərlər, tarixi-poetik dəyərlər, etnopoetik dəyərlər kimi tərkib hissələri, tarixi-poetik dəyərlərdən törənmiş etnopsixoloji və etnokulturoloji dəyərlər, gen yaddaşı modelinin fasiləsiz fəaliyyət funksiyası, gen yaddaşının inkişaf fazaları sxemləri, bunların şərhi, ayrı-ayrı folklor əsərlərindən süjet nümunələri verilmişdir.

Eksperimentlərinin təhlilini verən professor A.Nəbiyev təxminən 1 çap vərəqi həcmində bölmədə nəzəriyyənin perspektivlərindən söhbət açmışdır.

Kitabın sonunda geneoloji nəzəriyyə ilə bağlı müxtəsər məlumat Azərbaycan, rus və ingilis dillərində verilmiş, istifadə olunmuş ədəbiyyat göstərilmişdir.

Geneoloji nəzəriyyənin əhəmiyyəti nədədir? Bu sualı kitabın özündən qələm məhsuluna aşağıdakı abzasları daxil etməklə cavablandırmaq daha məqsədəuyğundur. Azərbaycan MEA-nın müxbir üzvü A.Nəbiyev nəticədə yazır ki, gen nəzəriyyəsinin perspektivlərinin "gələcək açılışı və yüksəlişi yeni yüzillikdə monoinformasiya texnikasının yeni yüksəliş nailiyyətləri ilə bağlı olacaqdır. Bu texnologiyalar vasitəsilə ilahi Varlıqdan müqəddəs səma kitablarında insanlığa ünvanlanmış informasiyalar açıqlanacaq, gen hüceyrə atlası tərtib edilib üzə çıxarılacaq, güclü hesablama texnologiyaları vasitəsilə insan dünya sirlərinin fövqünə yüksələcəkdir. İnsan gen-şəcərə düzümünün nailiyyətlərindən geniş şəkildə bəhrələnəcək, nəzəriyyənin yeni-yeni dəyərləri elmə məlum olacaqdır.

İndiki mərhələdə isə təqdim edilən nəzəriyyə oxşar mədəni dəyərlərə ən yeni yanaşma olub, oxşar süjetlərin gen düşüncəsindən xalqların folklor yaradıcılığının yayılmasının tarixi spesifikasını açıqlamağa imkan verir. Bu isə tarixən eyni geneoloji qaynaqdan olan xalqların yenidən özünə qayıdacağına, vahid xalqa çevrilib sərvətləri dünyanın yeni nizamına uyğun olaraq bölüşdürəcəyinə ümidləri artırır.

Bu isə müharibəsiz, terrorsuz, milli qarşıdurma və münaqişələrsiz dünyaya aparan başlanğıcı kimi sabahın reallıqlarındandır. Dünya bu sabaha doğru sürətli addımlarla irəliləməkdədir".

1000 nüsxə tirajla nəşr olunmuş kitabın "ümumnəzəri, məntiqi-fəlsəfi xarakter" daşıdığını ön sözdə qeyd edən akademik F.Qasımzadə "fəlsəfi-məntiqi təhlil üstünlük təşkil" edən əsəri haqlı olaraq "folklorumuzun fəlsəfəsi" adlandırmışdır. 

Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər namizədi,
Sumqayıt Dövlət Universiteti "Folklorşünaslıq"
elmi-tədqiqat laboratoriyasının rəhbəri, dosent

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov